Azərbaycan Respublikası Nazirlər Kabinetinin
“Məcburi dövlət sosial
sığortası üzrə ödəmələrin və əmək
qabiliyyətini müvəqqəti itirmiş
işçilərə sığortaedənin vəsaiti
hesabına ödənilən müavinətin hesablanması və
ödənilməsi haqqında Əsasnamənin təsdiq edilməsi
barədə” 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli, “Vətəndaşlıq
vəziyyəti aktlarının dövlət qeydiyyatı
Qaydasının təsdiq edilməsi haqqında” 2003-cü il 31 oktyabr tarixli
145 nömrəli, “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə
sərnişin və yük daşımalarına görə verginin
ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə
nişanı” və “Xüsusi fərqlənmə
nişanı”nın tətbiq edilməsi Qaydalarının təsdiq
edilməsi haqqında” 2006-cı il 9 fevral tarixli 40 nömrəli,
“Audiovizual əsərlərin və
fonoqramın gəlir götürmədən
şəxsi məqsədlər üçün
surətinin çıxarılmasına görə
qonorarın minimum məbləğinin
müəyyən edilməsi, bölüşdürülməsi
və ödənilməsi Qaydalarının təsdiq edilməsi
haqqında” 2007-ci il 24 avqust
tarixli 132 nömrəli və “Azərbaycan
Respublikasının vahid büdcə təsnifatının
təsdiq edilməsi barədə” 2018-ci il
11 oktyabr tarixli 440
nömrəli qərarlarında dəyişiklik edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 385 Bakı
şəhəri, 10 oktyabr 2020-ci il
Sosial
sığorta haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2020-ci il 8 may tarixli 89-VIQD nömrəli
Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 7 aprel
tarixli 568 nömrəli və “Sosial sığorta haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2018-ci il 30
noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında
dəyişiklik edilməsi haqqında” 2018-ci il 21 dekabr tarixli
421 nömrəli fərmanlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2
iyun tarixli 1046 nömrəli Fərmanının 4-cü hissəsinə
əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1998-ci il
15 sentyabr tarixli 189
nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹
9, maddə 596; 2000, ¹ 10, maddə 764; 2001, ¹ 3, maddə 214; 2003,
¹ 6, maddə 342; 2005, ¹ 7, maddə 661, ¹ 9, maddələr 857,
858, ¹ 12, maddə 1244; 2006, ¹ 1, maddə 58, ¹ 3, maddə
291, ¹ 4, maddə 370, ¹ 9, maddələr 819, 821, ¹ 10, maddələr
902, 903; 2007, ¹ 2, maddələr 185, 188, ¹ 5, maddə 544; 2008, ¹
2, maddələr 114, 129, 130, ¹ 9, maddə 853; 2009, ¹ 10, maddə
857; 2010, ¹ 3, maddələr 263, 264, ¹ 8, maddə
763, ¹ 12, maddə 1123; 2011, ¹ 5, maddə 449, ¹ 7, maddə 742;
2012, ¹ 2, maddə 180, ¹ 7, maddə 773; 2014, ¹ 4, maddə 459;
2016, ¹ 7, maddə 1343, ¹ 11, maddə 1973; 2017, ¹ 4, maddə 610, ¹
5, maddə 995, ¹ 9, maddə 1728, ¹ 10, maddə 1913, ¹ 12 (II kitab), maddə 2548; 2018, ¹ 6, maddə 1348,
¹ 9, maddə 1903, ¹ 11, maddə 2458, ¹ 12 (II kitab),
maddə 2736; 2019, ¹ 4, maddə 781, ¹ 7, maddə 1319; 2020, ¹ 4, maddə 480) ilə təsdiq edilmiş
“Məcburi dövlət sosial
sığortası üzrə ödəmələrin və əmək
qabiliyyətini müvəqqəti itirmiş
işçilərə sığortaedənin vəsaiti
hesabına ödənilən müavinətin hesablanması və
ödənilməsi haqqında Əsasnamə”nin 25-ci hissəsinin
yeddinci abzasının birinci cümləsində “Vergilər Nazirliyinə”
sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinə” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 10, maddə 627; 2005, ¹ 7, maddə 678; 2006, ¹ 2, maddə 185, ¹ 4, maddə 378, ¹ 5, maddə 470, ¹ 9, maddə 819, ¹ 10, maddə 902; 2007, ¹ 5, maddə 546, ¹ 10, maddə 1026; 2008, ¹ 2, maddə 114; 2010, ¹ 7, maddə 700; 2011, ¹ 7, maddə 737; 2012, ¹ 2, maddə 178, ¹ 11, maddələr 1203, 1212, ¹ 12, maddə 1359; 2013, ¹ 3, maddə 348, ¹ 5, maddə 580; 2014, ¹ 5, maddə 554, ¹ 8, maddə 1005; 2015, ¹ 5, maddə 669; 2016, ¹ 2 (II kitab), maddə 389, ¹ 7, maddə 1343, ¹ 9, maddə 1585, ¹ 11, maddə 1976; 2017, ¹ 7, maddə 1499, ¹ 12 (II kitab), maddə 2525; 2018, ¹ 12 (II kitab), maddə 2760; 2019, ¹ 3, maddə 516, ¹ 4, maddələr 763, 781, ¹ 8, maddə 1478; 2020, ¹ 3, maddə 369) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.18-ci bəndində “Vergilər Nazirliyinə” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə” sözləri ilə əvəz edilsin.
3. “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə
sərnişin və yük
daşımalarına görə verginin
ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə
nişanı” və “Xüsusi fərqlənmə
nişanı”nın tətbiq edilməsi Qaydaları”nın təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2006-cı il
9 fevral tarixli 40 nömrəli
Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹
2, maddə 188; 2008, ¹ 1, maddə 46; 2009, ¹ 10, maddə 853; 2016,
¹ 4, maddə 780; 2018, ¹ 7 (II kitab), maddə
1625; 2019, ¹ 1, maddə 158, ¹ 3, maddə 545)
aşağıdakı dəyişikliklər edilsin:
3.1. adına və 1-ci hissəyə “verginin” sözündən sonra “və məcburi dövlət sosial sığorta haqqının” sözləri əlavə edilsin;
3.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə
sərnişin və yük
daşımalarına görə verginin
ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə
nişanı” və “Xüsusi fərqlənmə
nişanı”nın tətbiq edilməsi Qaydaları”nda
aşağıdakı dəyişikliklər edilsin:
3.2.1. adına və 1.1-ci bəndə “verginin” sözündən sonra
“və məcburi dövlət sosial
sığorta haqqının” sözləri əlavə edilsin;
3.2.2. 2-ci hissə üzrə:
3.2.2.1. adına “ödənilməsi”
sözündən əvvəl “və məcburi dövlət sosial sığorta haqqının” sözləri
əlavə edilsin;
3.2.2.2. 2.1-ci bəndində “hesablanır və” sözləri “, məcburi dövlət sosial sığorta haqqı isə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.1-1.10-cu və 14.5.1-2-ci maddələrində nəzərdə tutulmuş qaydada hesablanaraq” sözləri ilə əvəz edilsin;
3.2.3. 3-cü hissə üzrə:
3.2.3.1. 3.1-ci, 3.5-ci, 3.7-ci, 3.8-ci və 3.9-cu bəndlərində
ismin müvafiq
hallarında “Vergilər Nazirliyi” sözləri
ismin müvafiq
hallarında “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidməti” sözləri ilə əvəz edilsin;
3.2.3.2. 3.3-cü bəndinə “vergi” sözündən sonra
“, habelə fəaliyyətini həyata keçirdiyi
ərazidən asılı olaraq, “Sosial sığorta haqqında” Azərbaycan
Respublikası Qanununun 14.5.1-1.10-cu və
14.5.1-2-ci maddələrində nəzərdə tutulmuş qaydada məcburi
dövlət sosial sığorta haqqı”
sözləri əlavə edilsin;
3.2.3.3. 3.6-cı bəndinə “vergilər”
sözündən sonra “və məcburi
dövlət sosial sığorta haqqı”
sözləri və “verginin” sözündən
sonra “və məcburi dövlət sosial sığorta haqqının” sözləri
əlavə edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 24 avqust tarixli 132 nömrəli
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007, ¹ 8, maddə 858; 2008, ¹ 7, maddə
683; 2018, ¹ 8, maddə 1809) ilə təsdiq edilmiş “Audiovizual əsərlərin
və fonoqramın gəlir götürmədən şəxsi
məqsədlər üçün surətinin
çıxarılmasına görə qonorarın minimum məbləğinin müəyyən
edilməsi, bölüşdürülməsi və ödənilməsi
Qaydaları”nın 10-cu hissəsində “Azərbaycan
Respublikasının Vergi Məcəlləsi
ilə müəyyən edilmiş ödəmə
mənbəyində vergi” sözləri
“ödəmə mənbəyində Azərbaycan
Respublikasının Vergi Məcəlləsi
ilə müəyyən edilmiş vergi və “Sosial
sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məcburi dövlət sosial sığorta haqqı” sözləri ilə
əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹
10, maddə 2155; 2019, ¹ 3, maddələr 528, 534, 544, 563, 566,
568, ¹ 4, maddə 753, ¹ 5, maddələr 935, 945, 971, ¹ 7, maddə
1325, ¹ 8, maddə 1475, ¹ 10, maddə 1677, ¹ 11, maddə 1878, ¹ 12,
maddələr 2091, 2095; 2020, ¹ 3, maddə 344, ¹ 4, maddə 479,
¹ 5, maddə 643; Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 8 iyun tarixli 194 nömrəli
Qərarı) ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının büdcə gəlirlərinin
təsnifatına əlavə”də aşağıdakı dəyişikliklər
edilsin:
5.1. 1.2.1.4-cü yarımbəndə
“sağlamlıq imkanları məhdud” sözlərindən sonra “18 yaşınadək” sözləri əlavə
edilsin və həmin yarımbənddə
“(alınan əmlak və torpaq payı
hesabına şəxsi yardımçı və digər təsərrüfatlar
daxil olmaqla)” sözləri
“torpağın sahəsindən asılı olaraq,” sözləri ilə əvəz edilsin;
5.2. 1.2.1.7-ci yarımbəndə “gəlirlərindən” sözündən sonra “(xərclər çıxılmaqla)” sözləri əlavə edilsin.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 14 oktyabr.- S.6.