“Biz
axıra qədər gedəcəyik!”
Biz köçkünlərimizi
öz evlərinə qaytaracağıq. Bu insanların sevincini – Cəbrayıl,
Füzuli, Tərtər
rayonlarının, Hadrutun təqribən
30 ildən sonra öz
torpaqlarına qayıdacaq sakinlərinin sevincini
təsəvvür edə bilərsiniz. … Kadrlardan
görünür ki, orada hər şey
dağıdılıb. Biz bunu bilirdik. Bu, Stalinqraddan da betərdir. Dağıdılmayanların isə
hamısı oğurlanıb, qarət edilib.
Bu, sadəcə, dövlət siyasəti
dərəcəsinə çatdırılmış quldurluqdur. Ona görə
də biz bu əraziləri
bərpa edəcəyik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyanın RBK telekanalına müsahibəsindən Bakı, 10 oktyabr 2020-ci il
Beynəlxalq aləmdəki bəzi
antitürk xislətli qüvvələrin
Ermənistana uzun illərdən bəri verdiyi maddi, mənəvi, siyasi və hərbi dəstəyin tarixçəsini
xatırlayanda türk xalqlarının bir məsəli yada düşür: “Axmağa
qorxma, qorxma, deyə-deyə
qayadan yıxarlar”. Qanında
terrorçuluq, genində
işğalçılıq, niyyətində türk qanı içmək, əməllərində
xəyanət, satqınlıq, namərdlik, rəqibə arxadan zərbə vurmaq,
separatçılığı ali məqsəd
elan etmək kimi mənfur
keyfiyyətlər cəmləşmiş erməni xalqı məhz
həmin “dəstəklərin” sayəsində özü haqqında mif
yaratmışdı. İndi isə Azərbaycan
əsgəri həmin mifi yerlə-yeksan etmişdir.
Dövlət
başçımız Rusiya, Azərbaycan
və Ermənistan xarici işlər nazirlərinin
Moskvada, az qala, yarım sutka davam etmiş
görüşündən və əldə edilmiş
müvəqqəti humanitar atəşkəs
razılığından əvvəl demişdi
ki, biz sülh
danışıqlarının tərəfdarıyıq:
“Azərbaycan danışıqlar masasında konstruktiv
tərəfdaşdır. Biz düşünürük ki,
ABŞ, Rusiya və Fransa
tərəfindən işlənib hazırlanmış
prinsiplər həll üçün əsas
olmalıdır...”
Bu, o zaman idi ki, Azərbaycan Ordusu öz
torpaqlarını işğaldan azad etmək üçün
sürətlə irəliləyir, ermənilər isə bütün döyüş
texnikalarını meydanda qoyub
canlarını xilas etmək üçün daşların arasında,
kolların arxasında və məqbul bildikləri hər yerdə
gizlənməkdən ötrü
qaçırdılar. Bu, o zaman idi ki, Azərbaycan Prezidenti xalqa müraciətində
işğaldan azad edilmiş ərazilərimizin
siyahısını səsləndirir, Ermənistanın baş naziri isə
qapı-qapı gəzərək, bütün
dövlət başçılarına yalvarırdı ki, öldürülmüş
əsgərlərin və əsirlərin dəyişdirilməsini
təmin etmək üçün humanitar atəşkəs elan
edilsin.
“Moskva İrəvanın göz yaşlarına” inandı və nəticədə, Nikol Paşinyan yenə də yalançı, vicdandan məhrum erməni olaraq qaldı. Belə ki, ermənilərin şərəfsizliyi, alçaqlığı, xəyanəti, sözünün üstündə dura bilməməsi nəticəsində Rusiya dövləti aldadılaraq hörmətsiz edildi. Paşinyanın atəşkəs razılığından dərhal sonra Gəncədə törətdiyi alçaqlığa işarə edən bəzi sosial şəbəkə müəllifləri yazırlar ki, Ermənistan bu addımı ilə Azərbaycanı da aldatdı. Tamamilə səhv yanaşmadır. Çünki biz atəşkəsə razılaşanda Paşinyanın deyil, Sergey Lavrovun xahişini nəzərə almışdıq. Yəni Nikol özünün növbəti erməni şərəfsizliyini bizə yox, Moskvaya qarşı törətmiş oldu.
Ona görə də ermənilərin əməl etmədiyi,
əksinə, onları daha da quduzlaşdıran atəşkəs məsələsi
havadan asılı qaldı. Dövlət
başçımız hələ iki ay əvvəlki
çıxışlarından birində demişdi
ki, münaqişədə olan tərəflər arasında dialoq da birtərəfli
ola bilməz, atəşkəs də. Son faktlar sübut
etdi ki, ermənilər
uzun illər dialoqdan
qaçdıqları kimi, indi
də atəşkəsdən qaçdılar. Deməli,
diplomatiyanın, sülh
danışıqlarının əhəmiyyətini dərk
edə bilmədilər. Bu isə o deməkdir ki, biz atəşkəsə birtərəfli əməl
etməliyik. Amma ataların dediyi kimi, “Quran
oxumaqla donuz darıdan
çıxmaz”.
Əslində, bu
yazını Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 10-da
Rusiyanın RBK telekanalına verdiyi
müsahibə əsasında qurmaq istəyirdik.
Çünki orada Azərbaycan
dövlətinin sülhə, danışıqlara, dialoqa böyük önəm
verdiyi barədə mühüm
məqamlar vardır. Biz, həmçinin
razılaşdığımız humanitar
atəşkəsin beynəlxalq ictimaiyyət tərəfindən
müsbət qarşılanacağına da
inanırdıq. Yəni öz daimi insanlıq mövqeyimizdə
qalırdıq. Elə ermənilər də özlərinin daimi barbarlıq, vəhşilik, qaniçənlik
mövqeyindən əl çəkməyəcəklərini sübut etdilər.
Dövlət başçımız RBK-ya müsahibəsində demişdir: “Moskvada baş verənləri, bütövlükdə, müsbət qiymətləndirirəm. Ona görə ki, danışıqların yekunları ilə bağlı yayılmış bəyanatda humanitar mülahizələrə əsasən, atəşkəs rejiminin elan edilməsi bildirilir. Prinsipial əhəmiyyətli bir məqam da odur ki, bu, Azərbaycanın mövqeyi idi. Mən şadam ki, həmin mövqe bu sənəddə öz əksini tapıb. Ermənistan ilə Azərbaycan arasında substantiv danışıqlar başlanır, həmçinin danışıqların formatının dəyişməz qalması təsdiqlənir. Ermənistanın yeni hakimiyyəti bu iki mövqeyi pozmağa çalışırdı. Ona görə ki, heç kəs üçün sirr deyil, İrəvandan səslənən bəyanatlar mahiyyət etibarilə uzun illər ərzində işlənib hazırlanmış danışıqlar prosesini, o cümlədən baza prinsiplərini, danışıqların formatını pozmağa yönəlmişdi. Buna görə prinsipial əhəmiyyətli məqam odur ki, Ermənistan tərəfi anlamağa məcbur oldu ki, baza prinsipləri nizamlama üçün əsasdır, həmin prinsiplərdə isə münaqişənin necə nizamlanmalı, Azərbaycanın işğal edilmiş ərazilərinin hansı ardıcıllıqla qaytarılmalı olduğu dəqiq göstərilib”.
Fikrimizcə, Ermənistan rəhbərliyinin
atəşkəs razılaşmasından bir
gün belə keçməmiş daha da
quduzlaşmasının əsas səbəbi də məhz sənəddə
Azərbaycanın işğal edilmiş ərazilərinin hansı
ardıcıllıqla qaytarılmalı olduğunun
dəqiq göstərilməsi barədəki bənd idi. Məhz həmin məqamla razılaşa
bilməyən Ermənistan rəhbərliyi Gəncədə yuxuda olan mülki
vətəndaşların, körpə uşaqların,
günahsız insanların qanını tökdü.
Rusiyalı jurnalist Azərbaycan
Prezidentindən soruşur ki,
atəşkəs nə qədər davam
edəcək? Bu atəşkəsin amanabəndliyini
Siz necə qiymətləndirirsiniz? O, nədən
asılı olacaq? Dövlət
başçımızın bu suala konkret, doğru və dəqiq cavab
verməsi onun erməniləri və
onların havadarlarını yaxşı
tanıdığının göstəricisi idi.
Azərbaycanın lideri sanki on - on iki saatdan sonra nələrin
baş verəcəyini
bilirdi. Cavab belə olmuşdu: “Buna görə hər şey erməni tərəfindən asılı
olacaq. Əvvələn, o, atəşkəsə riayət edəcəkmi?
Ona görə ki, bu gün
səhər və dünən, yəni bu gecə və
səhər mənim aldığım məlumata
görə, erməni
qüvvələri bir
neçə istiqamətdə
genişmiqyaslı əks-hücum
cəhdləri göstərib,
Hadrutu geri almağa, Cəbrayıl rayonunda, şimal istiqamətində bizim azad etdiyimiz əraziləri geri almağa cəhd göstəriblər. Yəni onlar
Moskvada tərəflərin
razılığa gələ
biləcəyini başa
düşdüklərindən itirdiklərini və onlara məxsus olmayanları maksimum həcmdə özlərinə
qaytarmağa çalışıblar.
Buna görə də atəşkəs rejiminin möhkəmliyinin
əsas amili bu olacaq ki,
Ermənistan bu ərazilərin bizdə olması ilə, onun həmin əraziləri bir daha heç vaxt görməyəcəyi
ilə barışmalı
və bunu hərbi yolla geri almağa heç bir cəhd göstərməməlidir”.
Paşinyanın atəşkəsdən qaçmasının
əsas səbəblərindən
biri də odur ki, İlham
Əliyevin danışıqlar
masası arxasında Ermənistan tərəfindən
konstruktiv yanaşma tələb edəcəyini
yaxşı bilir. Türk qardaşımız
Əli Ağbaş yazır ki, Paşinyan son iki ildə İlham Əliyevlə olan görüş və ya debatlarda sarsıdıcı
və öldürücü
məğlubiyyətlər yaşadığına görə
indi bir daha üz-üzə gəlməyin qorxusundan Gəncəni bombaladı.
Dövlət başçımız jurnalistə də xatırladır ki, biz onların danışıqlar prosesini imitasiya etmək cəhdlərindən əl çəkdiklərinə, təhrikçi əməllərdən, bəyanatlardan çəkindiklərinə və nizamlama yolunun tapılması məqsədinə sadiq olduqlarına əmin olmalıyıq : “Son bir il ərzində erməni tərəfindən gördüklərimiz məhz danışıqlar prosesini pozmağa və məsuliyyəti Azərbaycanın üzərinə qoymağa yönəlmişdi. Buna görə də baxarıq, biz öz bəyanatlarımıza sadiqik, Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri həmişə yerinə yetirən ölkədir. Mən həmişə demişəm ki, bizim imzamız da sözümüz kimi əhəmiyyətlidir. Lakin atəşkəs birtərəfli proses deyil və biz baxarıq, görək erməni tərəfi özünü necə aparır”.
Baxdıq və gördük ki, Paşinyan və onun havadarları münaqişəni siyasi yolla həll etməyə hazır deyil və onlar açıq şəkildə müharibə istəyirlər. Qafqazdakı hansısa müharibə isə ABŞ, Rusiya, Avropa İttifaqı və hətta Çin üçün də tamamilə arzuolunmaz haldır. ABŞ və Avropa İttifaqı Qafqazdan – yəni Azərbaycandan Avropaya karbohidrogen ehtiyatları nəql edən kəmərlərin təhlükəsizliyinə görə burada müharibənin alovlanmasını istəmir. Müxtəlif sərhədlərində çoxsaylı problemlərlə üz-üzə qalan Rusiya indi də erməni hikkəsi ilə cənub sərhəddində müharibənin başlanmasına imkan verməz. Çin isə Avrasiyanın bütün iqtisadi imkanlarını qovuşdurmaq iqtidarında olan Şanxay– London dəmir yolunun əsas halqalarından olan Azərbaycanda müharibənin başlanmasını nəinki istəməz, hətta, bunun qarşısının alınması üçün lazım olan addımları da atar. Əgər bütün bunlar günümüzün reallığıdırsa, onda nə üçün Paşinyana qulaqburması verən, Ermənistana öz yerini göstərən yoxdur? Bu gün dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycanın səbrini bu qədər sınamaq beynəlxalq güclərin özlərinə də heç nə vəd etmir.
RBK əməkdaşı Azərbaycan
Prezidentindən soruşur ki,
danışıqlar nə vaxt başlanacaq, bu barədə
artıq anlaşma varmı? Dövlət
başçımız çox konkret cavab verir:
“Biz sabah başlamağa hazırıq. Buna
görə hər şey ATƏT-in Minsk qrupunun fəaliyyətindən,
onların iş qrafikindən
asılıdır”.
ATƏT-in Minsk
qrupunun fəaliyyəti isə elə bir biabırçı, rüsvayçı, ölüvay gündədir ki,
atəşkəsin “sabahı” danışıqlar yox, çoxsaylı mülkü
şəxsin öldürülməsi məqsədilə Azərbaycanın
ən mühüm obyeklərinə
çoxsaylı qırğın törədə biləcək
qadağan edilmiş raketlər atıldı. Yəni bir dəli erməni Minsk qrupunun fəaliyyət qrafikini
ayaq altına ataraq təhqir
etdi. İndi gərək
Minsk qrupu o biri üzünü
çevirsin ki, bir üzü çox təhqir edilməsin.
Bu, onların öz işləridir. Biz onların qayğısına qalmaq istəyində deyilik. Bizim özümüzə gəlincə isə qayğımıza qalan var və o, həm qətiyyətli, həm də müdrikdir. O –Azərbaycan Prezidenti RBK televiziyasına verdiyi müsahibədə dedi: “Biz axıra qədər gedəcəyik. Biz dayanmamışıq. Bizim məqsədimiz dəyişməz qalır. Azərbaycanın bütün dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa edilməsi, azərbaycanlıların əvvəlki, ənənəvi yaşadıqları yerlərə, o cümlədən Şuşaya, Dağlıq Qarabağdakı digər yaşayış məntəqələrinə və əlbəttə, keçmiş DQMV-nin inzibati hüdudlarından kənardakı bütün başqa ərazilərə qaytarılması. Biz həmişə münaqişəni siyasi yolla həll etməyə çalışmışıq, həmişə də eşitmişik ki, hərbi həll yoxdur... Düşünürəm ki, Azərbaycan cəmiyyəti baş verənləri çox düzgün qəbul edəcək və bizim siyasətimizi bundan sonra da dəstəkləyəcək. Çünki biz həmişə xalqa həqiqəti demişik. Həmişə xalqın mənafelərini müdafiə etmişik. Döyüş meydanında baş verənlər bunu bir daha hamıya sübut etdi”.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti 2020.- 14 oktyabr.- S.2.