Qələbələrdən
– qələbələrə inamla
addımlayırıq
“Biz onları döyüş meydanında məğlub etdikdə onlar Azərbaycanı dayandırmaq üçün hər kəsə zəng edir və hər kəsə yalvarırlar. Biz müharibənin başlanmasına görə məsul deyilik. Dediyim kimi, biz Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Ermənistan ordusunun hücumuna məruz qalmışdıq. Bundan əlavə, Ermənistandakı indiki rejim danışıqlar prosesini məhv etmək üçün hər bir şeyi etmişdir. Düz bir il bundan əvvəl Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş ərazisində keçirilən aksiyada “Qarabağ Ermənistandır” bəyan etmişdir. Bu bəyanat faktiki olaraq danışıqlar prosesini məhv etdi. Çünki danışıqlar masasında olan və münaqişənin həlli üçün əsas təşkil edən prinsiplər işğal altındakı ərazilərin Azərbaycana qaytarılmasını tələb edir”. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu sözləri dünyanın aparıcı medialrından biri olan “Euronews” televiziyasına müsahibəsində deyib.
Hərb meydanında Ali Baş Komandan, sərkərdə
kimi zəfər qazanan,
tarix yazan ölkə Prezidenti siyasət, diplomatiya,
informasiya məkanında və səngərdə
də dərs verir. Dövlət
başçımızın həm “Euronews”-a, həm Rusiyanın nüfuzlu
“Perviy Kanalı”ına, həm də
Türkiyənin “CNN-Türk”
televiziyasına müsahibələri düşmənə, onun havadarlarına, Azərbaycanın əleyhdarlarına
tərs sillə oldu.
Artıq bütün bunlar öz nəticəsini
göstərdi və Ermənistanın baş
naziri danışıqlar masasında oturmağa məcbur oldu. Bu barədə Rusiyanın paytaxtı Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan xarici
işlər nazirlərinin üçtərəfli görüşü zamanı birgə bəyanat
da qəbul edilib.
Ölkə Prezidenti
bütün müsahibə-lərində bir daha Azərbaycan – Qarabağ həqiqətlərini olduğu kimi, bütün dünya
ictimaiyyətinə çatdırdı, həmçinin
düşmənin, onun
havadarlarının, açıq-gizli dəstəkçilərinin
iç üzünü
açaraq, beynəlxalq aləmə nümayiş etdirdi. Ali Baş
Komandan sərrast, tutarlı, məntiqli
arqumentləri ilə düşmənin və dəstəkçilərinin
anti- Azərbaycan təbliğatını,
yalanlarını yerlə-yeksan etdi. Bir daha dünyaya
nümayiş etdirdi ki, işğalçı kimdir,
işğala məruz qalan
kim, haqsız kimdir,
haqlı kim.
Ali Baş Komandan sentyabrın 27-də düşmənin növbəti qanlı təxribatından sonra baş verənlərə bir daha toxunaraq, birmənalı şəkildə qeyd etdi ki, müharibənin başlanmasına görə, biz məsul deyilik. Biz Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Ermənistan ordusunun fiziki hücumuna məruz qalmışıq. “Ermənistandakı indiki rejim danışıqlar prosesini məhv etmək üçün hər bir şeyi etmişdir. Düz bir il bundan əvvəl Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş ərazisində keçirilən aksiyada “Qarabağ Ermənistandır” – deyə bəyan etmişdir. Bu bəyanat faktiki olaraq danışıqlar prosesini məhv etdi. Çünki danışıqlar masasında olan və münaqişənin həlli üçün əsas təşkil edən prinsiplər işğal altındakı ərazilərin Azərbaycana qaytarılmasını tələb edir. Ermənistanın baş naziri Azərbaycana bir santimetr torpağın belə qaytarılmayacağını, “Qarabağ Ermənistandır” – deyəndə, onlar Cenevrə Konvensiyasının kobud pozuntusu sayılan əcnəbi şəxslərin işğal olunmuş ərazilərdə məskunlaşmasını təşkil edəndə danışıqlar prosesini məhv edirlər. Bundan sonra bizi buna görə günahlandırmaq üçün onlar bizə üç dəfə – iyul, avqust və sentyabr aylarında hücum edirlər” – deyən Prezident bildirdi ki, biz onları – düşməni, işğalçını döyüş meydanında məğlub etdikdə, onlar Azərbaycanı dayandırmaq üçün hər kəsə zəng edir və hər kəsə yalvarırlar.
Bəli, dayanmaq istəyirik,
lakin biz
işğalın dayanmasını istəyirik. Buna görə Ermənistanın
ünvanına əsas mesaj ondan ibarət olmalıdır ki,
biz öz
torpağımızdayıq. Eyni zamanda, hər üç
müsahibədə düşmənin havadarlarına, o cümlədən, ATƏT-in Minsk
qrupunun, həmsədrlərinə
qarşı ittihamlar səsləndirən
Prezident İlham
Əliyev xüsusilə, ermənilərdən daha
çox ermənilik edən həmsədr
Fransanın və onun bədnam dövlət
rəhbəri Makronun ünvanına
sərt və haqlı iradlar söylədi.
Xüsusilə də Azərbaycan tərəfində
muzdluların olması, döyüşməsi barədə Fransa Prezidentinin səfsəfəsini
alt-üst etdi: “Mən
bütün bu
günlər ərzində bu barədə
deyirəm. Belə informasiya
tullantılarına görə heyrətlənirəm və Fransa Prezidenti ilə telefon söhbətlərimdə mən bizim mövqeyimizi kifayət
qədər əsaslandırılmış şəkildə
müdafiə etmişəm. Əvvələn, sübutlar təqdim etməsini, əgər belə
sübutlar yoxdursa, onda Azərbaycan xalqından üzr
istəməsini xahiş etmişəm. İkincisi, mən demişəm ki, bizim muzdlulara
ehtiyacımız yoxdur”.
Bu gün
Azərbaycan Ordusu bütün
beynəlxalq reytinqlərə görə, dünyanın ən
güclü 50 ordusunun
siyahısına daxildir. Ehtiyatda
olanları, döyüşə hazır olan
digər hərbiləşdirilmiş dəstələri nəzərə
almasaq, bizim nizami orduda 100 min döyüşçümüz
var. Bu gün
Azərbaycan Ordusu ərazilərimizi
düşməndən azad edir.
Dövlətimizin
başçısı bildirdi ki, döyüş əməliyyatları
yerindən çəkilmiş videolarda bizim artilleriyanın, pilotsuz
uçuş aparatlarının necə
işləməsi, azərbaycanlı əsgər və zabitlərin
işğaldan azad edilmiş torpaqlarda
bayraqlarımızı necə ucaltmaları görünür.
Buna görə də həmin ittihamlar əsassızdır, biz
onları qətiyyətlə rədd edirik
və bu cür
şayiələrin, yoxlanılmamış məlumatların
ictimai rəylə manipulyasiya
edilməsinə yol verə bilmərik.
Ölkə Prezidentinin də
qeyd etdiyi kimi, qoy, sübutlar
təqdim etsinlər, fakt ortaya
qoysunlar. Ancaq fəal döyüş əməliyyatlarından on gündən artıq vaxt
keçsə də, bu barədə Azərbaycana
heç bir sübut təqdim edilməyib. Edə də
bilməzlər, çünki ortada fakt-sübut yoxdur. Bəli, bunlar bir daha düşmənin
və onun havadarlarının ancaq və ancaq yalana, böhtana, iftiraya, qarayaxma
kampaniyasına üstünlük verdiklərini,
haqdan, ədalətdən uzaq
olduqlarını göstərir. Bəli, bizə qarşı qara təbliğat indi deyil, uzun illər ərzində
aparılır. Bunun da
bir neçə səbəbi var. Onlardan biri
də Azərbaycanın dünya
miqyasında müstəqil siyasət aparmasıdır.
Aparılan siyasətin mərkəzində də Azərbaycan
xalqının maraqları dayanır. Biz başqa ölkələrin əlində alət
olmamışıq, olmaq da
istəmirik və olmayacağıq. Bugünkü
Azərbaycanın bütün istiqamətlər
üzrə əldə etdiyi inkişaf göstərir ki,
Azərbaycan haqq yolundadır.
Bizim beynəlxalq münasibətlərdə böyük uğurlarımız var. Bu gün Azərbaycan dünya miqyasında məsuliyyətli və etibarlı ölkə kimi tanınır. Biz hazırda Birləşmiş Millətlər Təşkilatından sonra ikinci böyük beynəlxalq təsisata, Qoşulmama Hərəkatına sədrlik edirik. Buna 120 ölkənin dəstəyi ilə nail ola bilmişik. Azərbaycan bu gün Avropa ilə Asiya arasında həm siyasi, həm coğrafi, həm də enerji körpüsüdür. Yəni, bütün bu uğurları, müstəqil siyasət sayəsində əldə etmişik. Bu, bəzi ölkələrin xoşuna gəlmirdi və Azərbaycana yuxarıdan aşağı baxmağa çalışırdılar. Ancaq bizim qətiyyətli mövqeyimiz buna imkan verdi. Ona görə bizə olan təzyiqlərin səbəblərinin biri də məhz budur ki, müstəqil siyasət aparırıq, öz yolumuzla gedirik, heç kimin sözü ilə oturub-durmuruq, heç kimin qarşısında baş əymirik. Bundan sonra da belə olacaq, belə davam edəcəyik, öz müstəqil inkişaf yolumuzla zəfərlərdən-zəfərlərə, qələbələrdən-qələbələrə doğru inamla addımlayacağıq.
Jalə ƏLİYEVA, Milli Məclisin
deputatı, professor
Xalq qəzeti 2020.- 14 oktyabr.- S.5.