Dinc əhalinin hədəfə alınması beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətdir!

Müsahibimiz Demokratiyaİnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadədir

Çingiz müəllim, Ermənistanın siyasi və hərbi rəhbərliyi cəbhədə ağır məğlubiyyətə uğradığı­nı görərək, bunu mülki əhaliyə raketlərdən və ağır artilleriya qurğusundan atəş açdırtmaqla ört-basdır etmək istəyir. Bu barədə sizinfikrinizi bilmək istərdik.

– Azərbaycan Ordusunun cəbhədə mühüm üstünlük əldə etməsi – minlərlə düşmən hərbçini, yüzlərlə hərbi texnikanı sıradan çıxarması Ermənistanda daxili siyasi vəziyyəti daha da mürəkkəbləşdirib. İşğalçı ölkədə böhran getdikcə dərinləşir, ordudakı məğlubiyyət Paşinyan iqtidarına olan inamı heçə endiribbu reallıq açıq şəkildə üzə çıxmağa başlayıb. Artıq yerli əhali fa­şizm ideologiyasının davamçısı olan Paşinyandan canını qurtarmaq üçün yollar axtarır.

Təcavüzkar ölkə ağır artilleri­ya qurğularından, qadağan olun­muş silahlardan, həmçinin ballistik raketlərdən istifadə etməklə faşist xislətini ortaya qoyub. Hətta Dağlıq Qarabağ ərazisindən xeyli kənarda yerləşən yaşayış məntəqləri, şəhər və rayonlar atəşə tutulur, dinc əhali arasında ölən və yaralananlar var. Əhalinin təsərrüfatına, mülklərinə, ya­şayış məkanının infrastrukturuna cid­di ziyan vurulub. Düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiya­larını və onların əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozur. Ermənistanın hərbi təcavüzü nəticəsində son 13 gün ərzində Tərtər rayonunun Qapanlı, Ağdam rayonu­nun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv bombardman edilməsi Gəncə və Mingəçevir şəhərlərinin isə raket atəşinə tutul­ması nəticəsində 41 dinc sakin həlak olub, 205 sakin yaralanıb. Yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı 1165, çoxmənzilli yaşayış bina­larının sayı 57, mülki obyektlərin sayı isə 146-ya çatıb.

Cəbhədə vəziyyət gərginləşəndən Ermənistan silahlı qüvvələrinin ətrafdakı yaşayış məntəqələrini istifadəsi qadağan olunan silahlardan atəşə tutması davam edir. Gəncə və Mingəçevirdə mülki əhaliyə qarşı “Skad” raketindən istifadə etdiyi bəlli olub. Bu ballistik raketlər nüvə başlı­ğını daşımaq iqtidarındadır. ANAMA tərəfindən aparılan hərtərəfli istintaq da bunu təsdiq edir. Ballistik raket mülki əhalinin sıx yaşadığı əraziyə böyük ziyan vurub. Ermənilərin dinc sakinləri kasetli bombalarla hədəfə alması, təhlükəli silahlardan dinc əhaliyə qarşı istifadə etməsi, nədənsə, beynəlxalq aləmi nara­hat etmir. Axı, kasetli bombalardan istifadə də müharibə qanunlarına ziddir.

Dünya birliyi Ermənistanın beynəlxalq hüquq normaları­nı tapdamasına nə vaxta qədər dözəcək?Axı dinc əhalini vəhşicəsinə qətlə yetirmək beynəlxalq hüquqda cinayət hesab edilir.

– Özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən beynəlxalq təşkilatlar, müstəqil ölkələrə “demokratiya dərsi” keçən dövlətlər hələ də gözləmə mövqeyindədirlər. Mən ATƏT-in Minsk qrupu həmsədrlərinin biganəliyini xüsusi qeyd etmək istərdim. Əgər üzərinə götürdüyün missiyanı yerinə yetirə bilmirsənsə, çəkil kənara. 30 ilə yaxındır ki, yerində sayan bu təşkilat görəsən, daha neçə il işğal­çının nazı ilə oynamaq fikrindədir? Cəbhədən kənarda yaşayan insanlar təşviş içərisindədirlər. Onlar evlərində hər an ölümlə üz-üzədirlər. Biz bunu Gəncədə dinc insanların gecə yatarkən evlərinin vurulması zamanı da gördük. Müharibə dövründə dinc əhalini vəhşicəsinə qətlə yetirmək beynəlxalq hüquqda cinayət hesab edilir.

Ermənistanın ölkəmizə qarşı müəyyən növ silahlardan istifadə etməsi təcavüz faktıdır. Bu, beynəlxalq konvensiyalarda təsbit olunub. 1974-cü ildə BMT Baş Məclisi tərəfindən qəbul edilmiş “Təcavüzün müəyyən edilməsi haqqında” qətnamədə göstərilir ki, təcavüz təkcə müəyyən bir ərazinin işğal edilməsi demək deyil, təcavüz, hətta o deməkdir ki, bir dövlət tərəfindən başqa bir dövlətə qarşı qadağan olun­muş silahlardan istifadə edilir.

Ermənistan və Azərbaycan dövlətləri1949-cu il “Müharibə qurban­larının beynəlxalq hüquqi müdafiəsi haqqında” Cenevrə beynəlxalq konvensiyalarının 4-nə qoşulub­lar. Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə başlayan gündən götürdüyü beynəlxalq öhdəliyə əməl etmir, həmin konvensiyaların müddəalarını kobud şəkildə pozur. Təəccüblüdür ki, bu vaxta qədər hər hansı bir beynəlxalq təşkilat və ya inkişaf etmiş dövlətlər indiyədək buna münasibət bildirməyiblər. Bu gün mülki əhalinin qətlə yetirilməsi, yaşayış məntəqələrinin dağıdılması, dinc əhalinin, hətta uşaqların ağır ya­ralanması beynəlxalq cinayət hesab olunur.

Dinc əhalinin qadağan olun­muş silahlardan, istərsə də adi silahlardan atəşə tutulması və öldürülməsi beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır. Beynəlxalq humanitar hüquq müharibə dövründə insan hüquqlarının müdafiəsinə yönəlmiş müharibə aparılmasının metod və vasitələrini məhdudlaşdırır, onları reqlamentləşdirir.

İnsanlıq əleyhinə yönəlmiş çirkin əməllərindən əl çəkməyən Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, Cenevrə Kon­vensiyasını, o cümlədən, beynəlxalq humanitar hüquq normalarını ko­bud şəkildə pozması Gəncəni raket atəşinə tutması zamanı da özünü açıq şəkildə büruzə verdi. Halbuki, bu hadisədən bir gün əvvəl, 2020-ci il oktyabrın 10-da saat 12.00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün Rusiya Xarici İşlər nazirinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri atəşkəs elan olunma­sı barədə razılığa gəlmişdilər. Bu razılaşmanın mürəkkəbi qurumamış erməni faşistləri Gəncəni qadağan olunmuş silahlardan atəşə tutdu­lar və sıralarında uşaq olmaqla 10 dinc sakin həlak oldu. 16 qadın, 6 azyaşlı olmaqla, 34 nəfər yaralandı, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəydi. Bu, Ermənistanın faşizm ideologiyasına sadiqlyinin bariz nümunəsidir.

Beynəlxalq humanitar hüquq iki hissədən ibarətdir: Haaqa və Cenevrə hüququ. Haaqa hüququ müharibənin aparılmasının üsul və vasitələrini müəyyənləşdirən hüquq sistemidir, Cenevrə hüququ isə müharibə iştirak­çılarının, o cümlədən, mülki şəxslərin hüquqlarını qoruyan hüquq sistemidir. Bu gün Ermənistan hər iki hüququn prinsiplərini kobudcasına pozur.

Əhalini məhvetmə insanlıq əleyhinə cinayət kimi Nürnberq tribunalı nizamnaməsinin 6-cı maddəsində, BNŞ-nın10 nömrəli qa­nununun 11-ci maddəsində, YBCT və RBCTnizamnamələrinin 5-ci və 3-cü maddələrində, Sülh və Bəşəriyyətin Təhlükəsizliyi Əleyhinə Cinayətlər Məcəlləsi layihəsinin 2-ci maddəsində və BCM Statutunun 7-ci maddəsində öz əksini tapmışdır.

İkili standartlardan əl çəkməyən beynəlxalq təşkilatların Ermənistanın hərbi təcavüzünü Dağlıq Qarabağ ətrafında olan münaqişə kimi qələmə vermələrində məqsəd nədir?

– Təəssüf ki, Ermənistanın hava­darları bu ölkənin insanlıq əleyhinə cinayətini ört-basdır etmək üçün bu vəhşiliyi, dediyiniz kimi, Dağlıq Qarabağ ətrafında olan münaqişə kimi qələmə verirlər. Hətta bir çox qurumlar Dağlıq Qarabağ ərazisinin mübahisəli zona olduğunu deyərək, münaqişənin nizamlanmasına, dinc əhalinin vəhşicəsinə qətlə yetirlməsinə laqeyd yanaşırlar. Belə düşüncə sahiblərindən soruşmaq lazımdır ki, Gəncənin, Mingəçevirin, Xızının Dağlıq Qarabağla nə əlaqəsi? Deməli, Ermənistanın siyasi rəhbərliyinin əsas məqsədi “böyük Ermənistan” dövləti yaratmaqdır. Özüqonşu dövlətlərin beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı hesabına.

Ermənistanın dinc əhalini hədəfə alması məqsədli xarakter daşıyır. Təcavüzkarlar tərəfindən, əsasən, iriçaplı silahlardan dinc əhalini yaşa­dıqları yerlərdən tərk etməyə vadar etmək üçün istifadə olunur. Bu da beynəlxalq konvensiyalarla yanaşı, dinc əhalinin konstutision hüquq­larının pozulması, insan haqlarının tapdalanması deməkdir.

 

Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV

Xalq qəzeti  2020.- 14 oktyabr.- S.8.