Dünyanın
tanınmış qələm adamları ermənilərin Gəncə
və Bərdədə törətdikləri terrorla
bağlı bəyanat yayıb
ABŞ, Rusiya, Hindistan, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Türkmənistan, Bolqarıstan, Şimalı Makedoniya, Moldova, İslandiya, İspaniya, İraq, Gürcüstan və Azərbaycanın bir qrup tanınmış qələm adamı Ermənistan silahlı qüvvələrinin Gəncə və Bərdədə törətdikləri terrorla bağlı bəyanat yayıb.
AZƏRTAC-a
daxil olan bəyanatda deyilir:
“Biz, ayrı-ayrı ölkə
və ədəbi qurumu, media orqanını təmsil edən yazarlar, bütün dövrlərin böyük
şairi Nizami Gəncəvinin doğma yurdu Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən
ard-arda atəşə
tutulmasından sonra bu dəfə mütəfəkkir şairin
sevə-sevə vəsf
etdiyi Bərdə şəhərinin qadağan
olunmuş “Smerç”
kaset raketləri ilə atəşə tutulmasından sarsılmışıq.
Biz bununla bağlı
öz narahatlığımızı,
hiddətimizi bildiririk.
Biz, qələm adamları
çox narahatıq ki, döyüş bölgəsindən on kilometrlərlə
uzaqda yerləşən
Gəncə və Bərdənin (eləcə
də digər yaşayış məntəqələrinin
– Tərtər, Goranboy,
Ağcabədi və
b.) səbəbsiz yerə
ağır silahlardan atəşə tutulması
nəticəsində ölənlər,
yaralananlar var, xeyli mülki infrastruktur, dinc əhalinin evləri dağılıb. Rəsmi təsdiq
olunmuş bilgilərə
görə, sentyabrın
27-dən hazırkı vaxtadək
dinc yaşayış
məntəqələrinin atəşə tutulması
nəticəsində 90 mülki
şəxs həlak olub, 392 nəfər yaralanıb. Ən dəhşətlisi, ölən
və yaralanan azərbaycanlıların bir
hissəsi körpə,
uşaq, qadın və qocadır...
Artıq heç bir təminat yoxdur ki, atılan mərmilərdən daha biri Nizami Gəncəvinin
məqbərəsinə dəyməyəcək,
bütün dövrlərin
oxunan, öyrənilən
mütəfəkkir şairinin
ruhunu narahat etməyəcək. Hər günahsız insanın həyatını itirməsi
haqq dünyasında olan şairlərin, yazarların ruhunu incidir, yaşayan şairlərin, yazarların
həyatına və əsərlərinə çökür...
Biz istərdik, gələcək nəsillərə
körpələrin, uşaqların,
qadın və qocaların günahsız
ölümlərinin ağırlığını
deyil, beynəlxalq ictimaiyyətin ədalətini
ötürək. Dünyanı
ədalət xilas edəcək!
Biz, qələm adamları,
Ermənistanı mülki
əhalini hədəf
almaqdan çəkindirmək
üçün bütün
dünya yazarlarını
öz haqq səslərini qaldırmağa
çağırırıq. Bu bəyanat qoşulmaq üçün açıqdır.
Əziz
şairlər, yazıçılar,
publisistlər! Sizə
müraciət edirik! Ümidvarıq ki, sizlərin
dünyanın dörd
yanından ucalan səsiniz, ədalətli mövqeyiniz təcavüzkar
üçün çəkindirici
faktora çevriləcək.
Biz bu bəyanatımızla
BMT Təhlükəsizlik Şurasının
qəbul etdiyi 822, 853,
874 və 884 saylı qətnamələrin (nəhayət)
yerinə yetirilməsinin
həyati önəm daşıdığını bildiririk. Əgər dünyanın
hər yerindən, dünyanın ən mötəbər təşkilatının
qətnamələrinin yerinə
yetirilməsi tələb
edilsə, bu müsbət presedent yaradardı; qələmin,
qələm adamlarının
gücü görsənərdi;
bəlkə daha kimsə təcavüzkarlığa,
günahsız qan axıdılmasına həvəslənməzdi...
Bir daha dünyanın harasında yaşamasından
asılı olmayaraq, bütün həmkarlarımızı,
böyük söz ustadlarının Vətəni
olan Azərbaycanın
günahsız körpə,
uşaq, qadın və qocaları daxil olmaqla, mülki şəxslərin
öldürülməsinə qarşı öz sözü, qələmi,
əsəri, kitabı
ilə etiraz etməyə çağırırıq!
Türkiyə:
İbrahim Yavuz Bildik – şair, keçmiş millət vəkili
Sami Gökmən – keçmiş
millət vəkili
Yaqub Öməroğlu – Avrasiya
Yazarlar Birliyinin rəhbəri, filologiya elmləri namizədi, dosent
Osman Baş – “Dünya – DER” rəhbəri, şair-publisist,
TİKA-nın Bakıdakı
keçmiş koordinatoru,
Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət
Şurasının üzvü
Kəramətdin Yılmaz – Ölüdəniz
Bələdiyyəsinin keçmiş
rəhbəri
Hikmət
Ərən –“EkoAvrasiya”
jurnalının qurucu-baş
redaktoru, araşdırmaçı-yazar,
DGTYB Məsləhət Şurasının
üzvü
Coşğun Qarabulud – şair,
ədəbiyyatşünas, Fəthiyyə Ədəbiyyat
Qrupunun (FƏQ) üzvü,
DGTYB Məsləhət Şurasının
üzvü
Oktay Yivli – şair, professor
Mustafa Doğan – Mersin Şairlər-Yazarlar
Dərnəyi rəhbəri
Nurcan Gökmən – şair,
FƏQ üzvü
Gülsərən Pars – sənətçi, FƏQ üzvü
Əsər Tuncoğlu – sənətçi,
FƏQ üzvü
Afi Can –
yazar, FƏQ üzvü,
İlkay
Çiğdəm – yazar,
FƏQ üzvü
Mahmut Özkoca – şair-yazar, Hatayda çıxan “Zeytun” jurnalının yayın yönətməni
Cəlal
Bozqurd – jurnalist, köşə yazarı
Məlahət Özçoban – Göllər
bölgəsi Şair-Yazarlar
Dərnəyi rəhbəri,
DGTYB Məsləhət Şurasının
üzvü,
Alptekin Cevherli – “Mələklər
Yayıncılığ”ın qurucu-başqanı, araşdırmaçı-yazar,
DGTYB Məsləhət Şurasının
üzvü
Eren Elmalı – “Yesevi Ocağı” rəhbəri
Yücel
Alpay Dəmir – “Türk Ocaqları” Kocaeli şöbəsinin rəhbəri
Süleyman Pekin – “Aydınlar
Ocağı” Kocaeli şöbəsinin rəhbəri
Bülənt Maşaoğlu – URAL Dərnəyi
rəhbəri
Dərya
Akdəmir – yazıçı,
“ANKA” Dərnəyi rəhbəri
Qazaxıstan:
Muxtar Şaxanov – Qazaxıstanın
Xalq şairi, Türk xalqları Aydınları Birliyinin rəhbəri
Akberen Elgezek – şair-publisist, Qazaxıstan Yazıçılar
Birliyi (QYB) sədrinin
I müavini, DGTYB Məsləhət
Şurasının üzvü
Devlətkərəy Kapoğlu – şair, Əməkdar mədəniyyət işçisi,
QYB Nur-Sultan filialını
rəhbəri, DGTYB Məsləhət
Şurasının üzvü
Devletbek
Baytursunoğlu – şair-publisist,
QYB-nin üzvü, “Alaş” Xalqlararası Ədəbiyyat mükafatı
laureatı
Kudiyar Bilal – QYB-nin üzvü, mədəniyyət
xadimi, Qazaxıstan
Erkinbek Serikbay – yazıçı,
Türk xalqları arasında ədəbi əlaqələri inkişafetdirmə
Fondunun rəhbəri,
DGTYB-nin üzvü
Qırğız Respublikası:
Nurlan Kalıbekov – şair, Qırğız Respublikası
Yazıçılar Birliyinin
sədri, Əməkdar
mədəniyyət işçisi,
DGTYB Məsləhət Şurasının
üzvü
Altınbek İsmail – şair-tərcüməçi,
DGTYB Xalqlararası koordinatoru
Kaliça Jakup – şair,
DGTYB-nin üzvü
Özbəkistan:
Babaxan Şərif – tərcüməçi,
filologiya elmləri doktoru, professor
Cabbar İşənkul – filologiya
elmləri doktoru, ədəbiyyatşünas, professor, DGTYB Məsləhət Şurasının
üzvü
Şahina
İbrahimova – tərcüməçi,
filologiya elmləri namizədi
Qoşqar
Norkobil – yazıçı-dramaturq,
“İnsan və qanun” qəzetinin baş redaktoru
Xasiyyət Rüstəm – “Kitab
Dünyası” qəzetinin
baş redaktoru, DGTYB Məsləhət Şurasının
üzvü
Fəxriyar Nizam – şair-tərcüməçi,
DGTYB Məsləhət Şurasının
üzvü
Türkmənistan:
Murat Toylu – jurnalist, TRT “Türkmən masası”nın rəhbəri,
DGTYB Məsləhət Şurasının
üzvü
ABŞ:
Ocean Vuonq – şair-publisist,
“American Book Award” mükafatı laureatı
Traci Dauqherri – yazıçı,
PEN Yazarlar qurumunun üzvü
Rusiya:
Svetlana Şilina – şair, biblioqraf
Afaq Şıxlı - şair-tərcüməçi,
Rusiya Yazıçılar
Birliyinin üzvü
Ukrayna:
Tudora Arnaut – şair-publisist, dosent-doktor
Lesya Pimonenko – türkoloq, “Maydan” Tərcümə Bürosunun müdiri
Artem Bulgari – Ukrayna Qaqauzlar Birliyinin sədri
Bolqarıstan:
Rafet Uluturk – “BULTÜRK – Bolqarıstan
türkləri Mədəniyyət
və Xidmət Birliyinin sədri, araşdırmaçı-yazar, DGTYB Məsləhət Şurasının
üzvü
Ərdal
Karabaş – Bolqarıstan
Statejik Araşdırma
Mərkəzi rəhbəri
Seniha Rasim Sabri – Avropa
Bolqarıstan Türkləri
Dərnəyi rəhbəri
Hindistan:
Anita
Desai, yazıçı, Xalqlararası
“The Guardian” Uşaq kitabları
mükafatı laureatı
Şimali
Makedoniya:
Enes İbrahim – Quzey Makedoniya Xalq Məclisinin deputatı, araşdırmaçı-yazar, ictimai-siyasi xadim
Hüsrev
Emin – Quzey Makedoniya Türk QHT-ləri Birliyi
(MATÜSİTEB) rəhbəri
Leyla Şərif Emin – şair-publisist, “Köprü”
kültür-sənət jurnalının
baş redaktoru
Moldova:
Güllü Qərənfil – şair-publisist,
Komrat Dövlət Universitetinin müəllimi
Alla Böyük – şair-publisist,
DGTYB üzvü
İslandiya:
Sjon Siqurdsson – yazar, tənqidçi, “Quzey ədəbiyyat Ödülü”
laureatı
İspaniya:
Joan Margarit i Consarnau
– şair, Xalqlararası
“Servantes” mükafatı
laureatı
İraq:
Fövzi
Əkrəm Tərzioğlu
– İraq parlamentinin keçmiş deputatı,
İraq Türkman Şair-Yazarlar Birliyinin sədri, DGTYB Məsləhət
Şurasının üzvü
Şəmsəddin Kuzəçi – Türk
Dünyası Gənc
İlətişimçilər Birliyi rəhbəri, şair, DGTYB Məsləhət
Şurasının üzvü
Gürcüstan:
Baqatel Arabuli – Gürcüstan Yazıçılar Birliyinin
(GYB) rəhbəri
Eka Kaçaya – “Mpobi” jurnalının baş redaktoru
Allahverdi
Təkləli - GYB Azərbaycan
bölməsinin rəhbəri
Azərbaycan:
Əkbər Qoşalı (Yolçuyev)
– şair-publisist, Xalqlararası
“Alaş” ədəbi
mükafatı laureatı
DGTYB Məsləhət Şurasının rəhbəri”.
Kredo 2020.- 29 oktyabr.- S.16.