Rəhmət Babacan (1998) - Özbəkistanda, Xarəzm
vilayətinin Şovot
bölgəsində anadan
olub. Urgənc kollecində təhsil alıb. "Kitab dünyası" qəzetində
çalışır və
şeirləri Özbəkistanın
ədəbi mətbuatında
("Kitab dünyası",
"Şərq ulduzu",
"Cahan ədəbiyyatı",
"Gənclik" və
s.) vaxtaşırı olaraq
dərc edilir. Gənc ədibin əsərləri türk,
Azərbaycan, rus, ingilis, ispan, hind dillərinə çevrilib. Rəhmət
eyni zamanda Azərbaycan dilindən özbək dilinə (və tərsinə) tərcümələr edir,
hər iki ölkənin ədəbiyyatlarının
təbliğinə öz
töhfələrini verir.
Ruhum ağrılardan qıvrılır yenə
Ruhum ağrılardan
qıvrılır yenə,
Vücudun soyuyub
sönməyi vardır.
Bu suçsuz ürəyim sızlayır
yenə,
Yenə yarın məndən dönməyi
vardır.
Sənə gəlməkdəyəm
könlümdə umud,
Gecəni, gündüzü
düşünüb yordum:
Ya sözün kölgəli bəyaz bir bulud,
Ya qara gözlərin əzabın
yurdu.
Sonra Allah dedim, bax, mən allahsız,
Köksümdə daşlaşdı bir
qərar: - İlğım!
Hamı günahkardı, hamı günahsız,
Əzab dalımızca düşüb,
yazığıq.
Bilirəm, yanında xətrim
əzizdir,
Bu canın
o cana enməyi vardır.
Asi ürəyimdə gözlənti
izi,
Yenə yarın mənə
dönməyi vardır.
O sakit gözlərdə
rəqs eləyir eşq
O sakit
gözlərdə rəqs
eləyir eşq,
Ahımda,
ofumda
ismi
naayan.
Hər bir nöqtəsində
əks eləyir eşq,
Bir nəğməm vardır
ki,
Allaha
ayan.
Ruhu zərrə-zərrə yığdım neçə
yol,
Gəldim hüzuruna mən
könlü nalan.
Ələmi qəlb yaxan,
həsrəti qatil
Bir cəzam vardır
ki,
Allaha
ayan.
Özümü dikəltdim sənin
gözündə,
Gələnlər getdilər gah o
yan-bu yan.
Ariflər də görməz
köksüm içində
Bir əzam vardır
ki,
Allaha
ayan.
Mən ki, öz-özümə
kəfən biçmədim,
Üstümdə torpaq da etmədi
üsyan,
Mən ona keçsəm
də, o heç keçmədi
Bir xətam vardır
ki,
Allaha
ayan.
Mən sənə məktublar yazdım
Mən sənə məktublar
yazdım
hər axşam,
sözlər sehrlədi dörd
bir yanını.
Ehtimal,
üzünə sürtdün məktubu,
ehtimal, dişlədin bal
dodağını.
Bu dəmdə
diksinib birləşdi
ruhlar,
həsrətlər bərabər qol-qola
girdi.
Mən səni aradım
dünyabadünya,
Sən də yol-yol gəldin
mənim yanıma.
Qarşında qəlbini açıb
tökər kim
hərfbəhərf, sözbəsöz, məktubbaaməktub?
Bilmirəm,
əzabmı, sevincmi bizə
-
eşq hansı məktubu
sayacaq məqbul.
Ağlım vücudumda yanar,
titrəyər,
bu təsadüf vüsal
xəyala dönər.
İndi hər nəfəsdə səslərəm,
canım,
gəlsənə, gəlsənə, gəlsənə
mənə.
Dar hücrəm
doludur dilsiz kağızla,
İnlədi qələmdən ayrı
əllərim.
Özünü şüşəyə çırpdı dünyanın
qanadlı, qanadsız kəbutərləri.
Bağışla!
Nə yazım, dilimdə
söz yox,
təəssüf, görmədin qəlbimdəkini.
Hansı asimana, yavrum, sevinclə
Sənsiz gözlərimlə baxım
mən indi?
Qələmi sındırdım,
iş oldu tamam.
Bir sirri anlatdım,
köhnədir, dinlə:
"Baxışımdan köçər
baxışlarına
Könlümdə yazılan ən
gözəl namə...".
Mən sənə məktublar
yazdım
hər axşam...
Tərcümə etdi:
Səlim Babullaoğlu
Ədəbiyyat
qəzeti.-2020.-22 avqust.-S.32