Azərbaycan İlahiyyat
İnstitutunda təhsilalanların
aylıq yemək xərcinin məbləğinin və xüsusi geyim forması ilə
təmin olunması normalarının təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 322 Bakı şəhəri, 3
sentyabr 2020-ci il
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan
İlahiyyat İnstitutunda bir təhsilalana verilən aylıq
yemək xərci 60 manat məbləğində təsdiq
edilsin.
2. Bu
Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş
aylıq yemək xərci bakalavriat səviyyəsində təhsilalanlara
4 ildən, magistratura səviyyəsində təhsilalanlara 2
ildən, doktorantura səviyyəsində təhsilalanlara isə
3 ildən çox olmayan müddət üzrə ödənilsin.
3.
“Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların
xüsusi geyim forması ilə təmin olunması
normaları” təsdiq edilsin (əlavə olunur).
4. Müəyyən edilsin ki, bu Qərarın 1-ci və 2-ci hissələrinin icrası ilə bağlı xərclər dövlət büdcəsində publik hüquqi şəxslər üçün nəzərdə tutulmuş vəsaitin bölgüsündə Azərbaycan İlahiyyat İnstitutuna ayrılan vəsait hesabına ödənilir.
Əli
ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 5 sentyabr.- S.3.