Xüsusi karantin rejimi ilə
bağlı bəzi məsələlər barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 323 Bakı şəhəri, 4
sentyabr 2020-ci il
“Sanitariya-epidemioloji
salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli
73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu
xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi
yarandıqda karantin-təşkilat, profilaktika
və digər zəruri tədbirlərin görülməsi
Qaydaları”na əsasən Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Bakı, Sumqayıt şəhərlərinin
və Abşeron rayonunun
ərazisində xüsusi karantin
rejiminin sərtləşdirilməsi ilə
bağlı əlavə tədbirlər barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli
208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 1.1.2-ci, 1.1.5-ci yarımbəndlər və 1.2-ci bənd ləğv edilsin;
1.2. 1.1-1-ci bənddə “5” rəqəmi “10” rəqəmi
ilə əvəz edilsin;
1.3. 2-ci hissədə “hərəkət məhdudiyyətlərinin
tətbiqi qaydalarının” sözləri “tələblərin”
sözü ilə əvəz edilsin;
1.4. 3-cü hissədə “hərəkət məhdudiyyətlərinin
tətbiqi qaydalarına” sözləri “tələblərə”
sözü ilə əvəz edilsin;
1.5. 4-cü hissə ləğv edilsin;
1.6. həmin Qərara əlavə - “Fəaliyyətinə icazə verilən sahələr” üzrə:
1.7.1. 6.10-cu bənddən “açıq hava sahəsində” sözləri
çıxarılsın;
1.7.2. aşağıdakı məzmunda
13-cü hissə əlavə edilsin:
“13. Təhsil müəssisələrinin fəaliyyəti.”.
2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.2. ölkənin şəhər və
rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin
daşımalarının dayandırılması;”;
2.2. 1.3-cü bənd ləğv edilsin;
2.3. 1.15-ci bənddən “, Gəncə, Lənkəran”
sözləri çıxarılsın və həmin bənddə
“22:00-dan 08:00-dək” sözləri “00:00-dan 09:00-dək”
sözləri ilə əvəz edilsin.
3. “Azərbaycan Respublikası
Nazirlər Kabinetinin “Bakı, Sumqayıt,
Gəncə, Yevlax, Masallı, Cəlilabad,
Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan,
Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində
xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə
bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli
208 nömrəli və “Koronavirus
(COVID-19) pandemiyası dövründə ictimai
iaşə müəssisələrinə müştəri qəbulu
ilə bağlı bəzi məsələlərin tənzimlənməsi
barədə” 2020-ci il 6 iyul
tarixli 237 nömrəli qərarlarında
dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2020-ci il 15 avqust tarixli
294 nömrəli Qərarının 3.1-ci bəndində
“Bakı, Sumqayıt, Gəncə, Yevlax,
Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin
və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl
rayonlarının” sözləri “Bakı, Sumqayıt şəhərlərinin
və Abşeron
rayonunun” sözləri ilə, “22:00-dək”
sözləri “00:00-dək” sözləri ilə əvəz edilsin və həmin bənddən
“açıq hava sahəsində” sözləri
çıxarılsın.
4. Müəyyən edilsin ki:
4.1. təhsil müəssisələrində tədris
və təlim-tərbiyə prosesinin təşkili
Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən müəyyən edilmiş
qaydada təmin edilir;
4.2. ictimai
iaşə obyektlərində müştərilərə
yerində xidmətlər “Koronavirus
(COVID-19) pandemiyası dövründə ictimai
iaşə müəssisə-lərinə müştəri
qəbulu ilə bağlı bəzi məsələlərin
tənzimlənməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli
237 nömrəli Qərarı ilə müəyyən edilmiş tələblər nəzərə
alınmaqla saat 09:00-dan 00:00-dək həyata
keçirilir;
4.3. bu Qərara əsasən
fəaliyyətinə icazə verilən sahələrin fəaliyyəti
mövcud qaydalara, sanitariya normalarına və metodiki
göstərişlərin tələblərinə uyğun təşkil olunur.
5. Bu Qərar 2020-ci il
8 sentyabr tarixindən qüvvəyə minir.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 5 sentyabr.- S.3.