Birinci dərəcəli məsələ insanların
sağlamlığıdır
Əgər vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarlarsa, – mən qeyd etməliyəm ki, son müddət ərzində biz bu məsuliyyəti doğrudan da görürük, hiss edirik, bu, real nəticələrdə öz əksini tapır, – hesab edirəm ki, qısa müddət ərzində biz normal, adi həyata qayıda bilərik. Amma buna nail olmaq üçün əlbəttə ki, vətəndaşların məsuliyyəti hazırda birinci dərəcəli məsələdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Pandemiya dövründə ölkədə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır . Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan, avqustun 31-də açılışı olan mod ul tipli növbəti hospitalı müasir standartlara cavab verməklə, həm də son model tibbi avadanlıqla təchiz olunub. Bu da öz növbəsində koronaviruslu xəstələrin müalicəsi işini yüksək səviyyədə aparm ağa geniş imkan verəcək.
Hospitalda koronavirus
infeksiyasına yoluxmuş xəstələrin
müalicəsi üçün bütün şərait yaradılıb. Bu il iyulun
7-də açılan 800 çarpayılıq modul tipli hospital
artıq 2277 çarpayılıq tibb
müəssisəsinə çevrilib. Burada hər bir
çarpayı oksigen xəttinə birləşmiş
cihazlarla təmin olunub.
Tibb müəssisəsində,
ümumilikdə 267 reanimasiya
çarpayısı var. Burada
quraşdırılan avadanlıqlar istər müalicə,
istərsə də müayinə işini
ən yüksək səviyyədə aparmağa
imkan verir.
Hospitalın laboratoriyalarında müxtəlif müayinələri
dəqiqliklə və operativ şəkildə
aparmaq mümkün olacaq. Tibb müəssisəsində
yaradılan məlumatların idarəetmə sistemi
sayəsində mərkəzi qərargahda müalicə
prosesinə aid bütün
məlumatlar qəbul edilir və müalicə
prosesi bu qərargahdan
idarə olunur.
Azərbaycan Prezidenti
İlham Əliyev hospitalın
açılışında videoformatda iştirak və şıxış edərək
ölkəmizdə yeni böyük
xəstəxananın açılışı münasibətlə
hər kəsi təbrik edib. İyul ayının əvvəlində həmin
ərazidə birinci xəstəxananın
açılışında iştirak
etdiyini qeyd edərək
bildirib ki, o xəstəxanada çarpayıların
sayı 800- dən çox olmaqla, ölkəmizin ən böyük
xəstəxanalarından biridir. Həmin gün avqustun sonuna qədər həmin ərazidə daha bir xəstəxananın
tikilməsi ilə bağlı göstəriş verdiyini xatırladaraq, avqustun
31-də açılışı edildiyini
deyib.
Qeyd edək ki, Prezident
İlham Əliyevin müvafiq
tapşırıqlarına əsasən, pandemiyanın
qarşısının alınması, əhalinin
sağlamlığının qorunması məqsədilə
həyata keçirilən önləyici kompleks
tədbirlər çərçivəsində ölkə ərazisində
ümumilikdə 10 modul tipli
xəstəxana kompleksi
quraşdırılıb. Mayın 7-də
Bakıda 1 saylı Kliniki Tibbi
Mərkəzdə ilk, iyunun
9-da 28 saylı Bilgəh qəsəbəsi Birləşmiş
Şəhər Xəstəxanasının, 1 saylı
Sumqayıt Şəhər Xəstəxanasının və Abşeron rayonunun Saray qəsəbə xəstəxanasının,
iyunun 24- də 1 saylı Gəncə
Şəhər Xəstəxanasının modul
tipli infeksion xəstəliklər
korpusları, iyulun 6-da Xətai rayonunda modul tipli hospital istifadəyə
verilib. Növbəti modul
tipli infeksion xəstəliklər
korpusu Qobustan rayonunda, daha sonra Şəkidə, Qəbələdə
quraşdırılıb. Bu komplekslər
rayon mərkəzi xəstəxanalarının
yaxınlığında quraşdırılaraq onlara təhkim olunur ki, bu da
koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə
olunması üçün vahid idarəetməni və tibbi
koordinasiyanı təmin edir.
Yeni açılan xəstəxanada
820-dən çox çarpayı mövcud olmasına baxmayaraq,
qısa müddət ərzində çarpayıların
sayını 1500-ə qədər artırmaq mümkündür.
Xəstəxanada 130 intensiv terapiya-reanimasiya yeri olduğundan, COVID --19 ilə aparılan
mübarizədə çox önəmli
rol oynayacağı bəllidir. Cəmi
altı ay ərzində ölkəmizin
çarpayı fondu böyük
dərəcədə artırılmışdır. Paytaxtda ən gözəl və ən müasir xəstəxana -- Yeni
Klinika açılmışdır. Yeni Klinikada
çarpayıların sayı 600-ə yaxındır.
Hazırda təqribən 400-ə yaxın çarpayı
hazır vəziyyətdədir. Bununla bərabər,
modul tipli 11 xəstəxana
inşa edilmişdir. Bu xəstəxanalarda çarpayıların
sayı 4100 səviyyəsindədir. Nəzərdə
modul tipli daha 7 xəstəxananın tikintisi
tutulsa da, hazırda buna ehtiyac yoxdur.
Çünki ölkəmizdə xəstələrin
sayı azalır və əgər ehtiyac yaranarsa, qısa müddət ərzində əlavə
1400 çarpayılıq xəstəxanalar inşa
oluna bilər. Ehtiyat
variantı kimi iki Olimpiya Kompleksi də xəstəxana
vəziyyətinə gətirilib və orada
da 300-dən 500-ə qədər xəstə
müalicə ala bilər.
Bütün bunlar bir daha onu göstərir ki, COVID ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, qəbul edilmiş qərarlar vaxtında və yüksək keyfiyyətlə icra edilir. Bu və digər amillər imkan verdi ki, vəziyyət nəzarət altında saxlanılsın. Hazırda COVID xəstələri üçün 41-i son 17 il ərzində inşa edilmiş 46 xəstəxana fəaliyyət göstərir. Məhz regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bütün bölgələrimizdə, bütün şəhərlərimizdə müasir tibb ocaqları yaradılıb. Əgər vaxtında bu xəstəxanalar tikilməsəydi, bu gün xəstələrimiz çox ağır vəziyyətə düşə bilərdik. Ötən dövrdə nəinki xəstəxanalar tikilib, həm də ən müasir avadanlıqlarla təchiz olunub və bu gün də bu proses davam etdirilir.
COVID – 19 - la mübarizədə
ölkəmizin səhiyyə sisteminin maddi-texniki bazası xüsusi
rol oynayır. Bununla bərabər,
laboratoriyaların sayı bir neçə
dəfə artıb. Pandemiya başlayanda 6 laboratoriya olan ölkədə bu gün o
laboratoriyaların sayı 45-ə çatdırılır.
Ölkəmizdə 928 mindən çox test keçirilibdir.
Adambaşına düşən testlərin sayına görə
Azərbaycan dünya miqyasında
qabaqcıl yerlərdədir. Bu da təbiidir, nə qədər çox test keçirirsən,
o qədər də çox
yoluxma halları aşkarlanır.
Çıxışında koronavirusla mübarizədə fədakarlıq
göstərən Azərbaycan həkimlərinə xüsusi diqqət göstərildiyini, səhiyyə
sistemində çalışanların daim
dövlət tərəfindən qayğı ilə əhatə
olunduğunu, iş
yerlərinin müasirləşdirilməsinin, eyni
zamanda, onların maliyyə vəziyyətinin
yaxşılaşdırılmasının
daim diqqət mərkəzində olduğunu deyən Prezident
pandemiya dövründə bu
diqqətin daha da
genişmiqyaslı olduğunu qeyd edib. Əsas problemin həkimlərin sayında olduğunu, bütün
ölkələrdə həkimlərin sayının normal həyat rejiminə hesablandığını diqqətə çatdıran dövlət
başçısı, əlavə həkimlərin Azərbaycana
dəvət edilməsini gündəlikdə duran
məsələlərdən biri hesab edərək, beş
ölkədən – Türkiyədən, Rusiyadan,
Çindən, İtaliyadan, Kubadan həkim briqadalarının gəlməsinin
əhəmiyyətini vurğulayıb.
Prezident bildirdi ki, biz Ümumdünya Səhiyyə Təşkilatı ilə ilk günlərdən sıx təmasda idik. Bu gün də bu təmaslar davam edir: “Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülən işlərə çox yüksək qiymət vermişdir və Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Bu, həqiqətən də belədir. Yəni, görülmüş işlər, bu sahəyə ayrılan dövlət vəsaiti, səfərbərlik işləri, xəstəxanaların, laboratoriyaların inşası, sosial proqramların həyata keçirilməsi – bütün bunlar əminəm ki, bizim mübarizədə əsas rol oynamışdır. Ona görə bu gün də bu təmaslar davam edir və əminəm ki, biz birgə səylərlə bu məsələnin – COVID-in nəzarətdə saxlanmasını təmin edəcəyik”.
Hazırda dünyada gedən
araşdırmalar, tədqiqatlar, peyvəndlər üzərində
işin aparılması ümidverici
siqnallar verir. Bir neçə şirkətlə COVID – 19 -a qarşı peyvəndin ölkəmizə gətirilməsi
ilə əlaqədar fəal iş
aparılır. Azərbaycan bu sahədə
də peyvəndi əldə edən birinci
ölkələr sırasında olacaqdır. Çünki
ölkəmizdə artıq bir müddətdir
ki, bu məsələ
ilə əlaqədar işə başlanılıb. Ancaq burada əsas şərt
peyvəndin bütün sınaq mərhələlərindən
keçməsidir. Mütəxəssislər bildirirlər ki, istənilən yeni peyvənd
bir neçə mərhələdən keçir və yalnız ondan
sonra bazara
çıxarılır, insanların vaksinasiyası üçün istifadə olunur.
Dövlət başçısı bununla
bağlı dedi: “Ona görə bütün
mərhələlər, şirkətlərin
apardığı bütün
araşdırmalar öz nəticəsini
verəndən, bütün sınaq testləri
və beynəlxalq sertifikatlaşdırma aparılandan sonra biz bu
peyvəndi ölkəmizə gətirəcəyik və ümid edirəm, ondan
sonra demək olacaq ki, bu dəhşətli vəziyyət
arxada qalıb. Hesab edirəm ki, biz o
vaxta qədər öz
addımlarımızı mövcud vəziyyətə
uyğun atmalıyıq. ...Əgər
müsbət dinamika davam
edərsə və xəstələrin sayında artım olmazsa, onda əminəm ki, bundan sonra
da yumşalma tədbirləri
görüləcəkdir. Çünki
hazırda ölkəmizdə hər gün
100-dən 200-ə qədər insan yoluxur və əvvəlki aylarla
müqayisədə bu, əlbəttə ki, daha yaxşı nəticədir.
Ancaq vəziyyəti daim
nəzarət altında saxlamaq üçün həm gündəlik monitorinq aparılır və
aparılacaqdır, eyni zamanda,
yumşalma addımları elə
atılmalıdır ki, xəstələrin
sayı kəskin artmasın”.
Dövlət
başçısı çıxışında hazırda
bir neçə ölkənin artıq öz sərhədlərini və bir çox obyektlərini
açdığını, turistləri qəbul etməyə
başladıqlarını və bunun nəticəsində
də, orada xəstələrin
sayının kəskin artdığını bildirdi.
Həqiqətən də inkişaf
etmiş Avropa ölkələrində
avqust ayında xəstələrin
sayı pik həddə
çatıbdır, hətta aprel
ayının səviyyəsinə qalxıbdır. Əslində,
aprel ayından yay
aylarına qədər bütövlükdə dünyada, o cümlədən
Avropada xəstələrin
sayının azalması müşahidə olunurdu.
Bu, bir daha onu
göstərir ki, bu xəstəlik
heç də yoxa
çıxmayıb və belə olan halda dövlət tərəfindən bütün lazımi addımlar
atılmalıdır, eyni zamanda,
vətəndaşlar da çox
sadə qoruyucu metodlardan
istifadə etməlidir -- məsafə saxlamalıdır, maska taxmalıdır, dezinfeksiya
vasitələrindən istifadə etməlidir.
Prezident, həmçinin təəssüflə
qeyd etdi ki, bu gün
hələ də bu vəziyyəti dərk
etməyənlər, məsuliyyətini itirmiş
insanlar da mövcuddur və qaydaların kobudcasına
pozulması halları da vardır. Bununla bağlı fikir
söyləyən dövlət başçımız dedi: “Cəza tədbirləri bütün
kateqoriyalardan olan insanlara tətbiq edilir. Heç bir
ayrı-seçkiliyə yol verilməməlidir
və verilmir. İctimai
vəziyyətinə, ictimai statusuna baxmayaraq qanun qarşısında hamı bərabərdir.
Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas
prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə
çağırıram. Birincisi, özlərini, öz
yaxınlarını qorumaq üçün daha məsuliyyətli
olmalıdırlar, digər tərəfdən qaydaları pozanlar, böyük
kütləvi tədbirlər təşkil edənlər və
beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar
mütləq öz cəzasını
alacaq və alır. İctimaiyyət də
bu məsələ ilə bağlı məlumatlandırılır.
Hesab edirəm ki, Azərbaycan
vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə
heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir
və edilməyəcək”.
Ölkəmizdə həqiqətən də COVID–19-a qarşı mübarizə tədbirləri çərçivəsində görülmüş bütün işlər bir məqsədi güdür ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq və buna da nail oluruq. COVID-lə bağlı ölkəmizdə əldə edilmiş nəticələr doğrudan da çox dəyərlidir. Bizdə məhz bu tədbirlər nəticəsində minlərlə insanın həyatını qorumaq mümkün oldu, xəstəlik geniş vüsət almadı, vəziyyət nəzarətdən çıxmadı. Əminik ki, birgə səylər nəticəsində, həm də bundan sonra dövlətin qətiyyətli və düşünülmüş ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, ölkəmiz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez bir zamanda normal, adi həyata qayıdacağıq.
Zərifə
BƏŞİRQIZI
Xalq qəzeti 2020.- 5 sentyabr.- S.4.