Aprel döyüşlərində də, Tovuz
istiqamətində də yaralandı... indi
yenə cəbhəyə hazırlaşır
Bu cəsur çavuş Səyyar İsmayılovdur. Qazaxın Dəmirçilər kəndindəndir. 37 yaşı var. 2001-ci ildə Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək üçün həqiqi hərbi xidmətə çağırılıb. 2003-cü ildə ordudan tərxis olunan Səyyar İsmayılov Vətəninin, soydaşlarının başına gətirilənlərlə, işğalda olan torpaqlarla heç cür barışa bilməyib. Məhz Vətən sevgisi, yurda olan bağlılığı onu yenidən döyüşə səsləyib. Ordudan qayıtdıqdan bir müddət sonra, 2008-ci ildə könüllü olaraq yenidən Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.
2016-cı ilin Aprel döyüşlərində iştirak edərkən aldığı
ağır yaralar Səyyarı qətiyyən
istəyindən, amalından döndərə bilməyib. Qarşıya qoyduğu məqsədə
çatmaq, torpaqlarımızı azad etməklə bağlı verdiyi
sözə əməl etmək üçün
yenidən orduya qayıdıb, istənilən
döyüşdə yenə də öndə getməyi,
vuruşmağı özünə müqəddəs borc bilib. Bəlkə də elə bu əhval-ruhiyyənin,
istəyin, amalın nəticəsidir ki, iyulun 12-dən başlayaraq
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində
gedən döyüşlərdə cəsur çavuş
igidlik göstərmək, sonadək, son damla qanınadək vuruşmaq üçün
yenidən döyüşə atılıb. Döyüş zamanı düşmən hücumunun
qarşısını alarkən ağır yaralanan
Səyyar buna görə çox
təəssüflənib. İndi yeganə
təsəllisi odur ki,
onsuz da yaraları sağalan kimi yenidən
döyüşə hazırlaşacaq və ən gərgin sərhəd
bölgəsinə yollanacaqdır. Deyir
ki, Tovuz
döyüşçləri düşmənə Azərbaycan
Ordusunun gücünü
bir daha göstərdi.
Mənfurlara sübut etdi
ki, “öz yerini bil, yoxsa...”
O bu gün
evindədir, balalarının yanındadır. Körpələri
bu döyüşlərin dəhşətlərini
hələ lazımınca dərk etməsələr də
atalarının sağ qalmağına çox sevinirlər.
Bu günlərdə Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun
hüquq-mühafizə orqanlarının rəhbərləri
ilə birlikdə igid çavuşu
evində ziyarət edib. Rayon rəhbəri qeyd edib ki,
“hər bir hərbçi, əyninə əsgər
paltarı geyinmiş hər kəs bizim üçün
doğmadır, əzizdir”. İcra hakimiyyətinin
başçısı hərbçimizə sağ-salamat
ailəsinin yanına qayıtmasına görə səmimi
ürək sözlərini söyləyib,Vətən uğrunda qəhrəmancasına
döyüşən hərbçimizin səhhəti və
qayğıları ilə maraqlanıb. Rayon rəhbəri ona tez bir
zamanda sağalaraq
yenidən döyüş
yoldaşlarının yanına qayıtmağı
arzulayıb. Əlavə edib ki, ölkədə cənab Prezidentimizin
əmrinə həmişə hazır olan,
“irəli” çağırışını gözləyən
sənin kimi minlərlə oğul var.
Səyyar İsmayılov qeyd
edib ki, bir hərbçi kimi
qürurlanıram. Bir daha
görürəm ki, arxamızda dövlətimiz
və ölkə rəhbərimiz dayanıb. Dövlətin,
dövlət başçısının
qayğısını hər zaman hiss etdiyini qeyd
edən S.İsmayılov xəstəxanada olduğu
müddətdə bir daha
bunun şahidi olduğunu dilə gətirib. O, xəstəxanada
olan zaman ailəsinə
baş çəkən, dəstək olan rayon rəhbərliyinə,
hüquq-mühafizə orqanlarının rəhbərlərinə
minnətdarlığını bildirib.
S.İsmayılov həkimlərimizə, digər tibb işçilərinə də təşəkkür
etməyi unutmayıb. Deyib ki,
onların yaralı əskərlərə və zabitlərimizə
göstərdiyi diqqət və qayğını heç vaxt yaddan çıxarmayacaq.
İki qız, bir oğul atası olan S.İsmayılov övladlarını da vətənpərvər ruhda
tərbiyə edir. Onlara
Vətəni sevməyi, elə-obaya bağlı böyüməyi
öyrədir.
Qardaşı Sərdar İsmayılov da Səyyarın bu gün öz ailəsinin
yanında olmasına görə çox sevinir. Deyir ki, atalarının arzusu
onları həbçi görmək olub.
“Hər söhbətində, nəsihətində Vətəni
sevməyi, orduda nümunəvi xidmət
göstərməyi tövsiyə edərdi. Bu
gün atamın arzularını
qardaşım reallaşdırıb və mən Səyyarla fəxr
edirəm”.
Qorxmaz çavuş Səyyar İsmayılovun anası Fəranə İsmayılova da ailə üzvləri adından övladına göstərilən qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə razılığını bildirib.
Hamlet QASIMOV, “Xalq qəzeti”nin
bölgə müxbiri
Xalq qəzeti 2020.- 5 sentyabr.- S.6.