Azərbaycanda regionların
inkişafı diqqətdə saxlanılır
Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal pandemiya dövründə Azərbaycanın bölgələrinin inkişafı istiqamətində atılan addımlar, reallaşdırılan layihələr diqqət çəkir. Ötən müddət ərzində dövlətimizin başçısının rayonlara səfərləri çərçivəsində mülki və hərbi obyektlərin, yeni müəssisələrin açılış mərasimlərindəki çıxışları, imzaladığı sərəncamlar, müvafiq strukturların nümayəndələrinə verdiyi tapşırıq və tövsiyələri də mühüm önəm daşıyır. Bu qayğı və diqqət bölgələrimizə yeni nəfəs gətirməklə yanaşı, yeni imkanlar açır, rayon mərkəzləri və kəndlərimiz daha da tərəqqi edir, abadlaşır.
Prezident İlham
Əliyev avqustun 24-də Faiq
Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir
Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı
vəzifələrinə təyin edilmələri ilə əlaqədar
videoformatda qəbulu zamanı
çıxışında rayonlarda
regionların sosial-iqtisadi inkişafı
Dövlət proqramları çərçivəsində mühüm layihələrin
reallaşdırıldığını, infrastruktur
tədbirlərinin uğurla icra edildiyini, hazırda isə
dördüncü regional
inkişaf proqramının yerinə yetirildiyini diqqətə çatdırıb: “Bu proqramlar,
məhz yerlərdən gələn müraciətlər əsasında
tərtib edilib və
ardıcıllıqla icra olunur.
Əgər 2004-cü ildə birinci proqram və ondan
sonrakı illərdə digər proqramlar
qəbul olunmasaydı, bu gün
Azərbaycan regionları bu qədər inkişaf edə bilməzdi. Biz bütün bölgələrdə
əsas infrastruktur layihələrini ya başa
çatdırdıq, ya da
ki, buna çox yaxınıq. O cümlədən,
Biləsuvar və Saatlı rayonlarında elektrik
enerjisi ilə bağlı məsələlər
öz həllini tapıbdır.
Qazlaşdırma təqribən 100 faizə
yaxınlaşır və 100 faiz
olmalıdır. Növbəti illərdə qazlaşdırma
100 faiz səviyyəsinə
çatmalıdır”.
Dövlətimizin başçısı həmin çıxışında diqqəti, eyni zamanda, ölkənin aqrar sektorundakı mövcud vəziyyətə yönəldib. Bildirib ki, bu sahədə gerçəkləşdirilən islahatlar artıq öz səmərəsini verir. Yeddi ay ərzində kənd təsərrüfatı istehsalında artım qeydə alınıb. Düzdür, bu, o qədər də yüksək rəqəmlərlə ölçülmür, daha da yüksək ola bilərdi. Ancaq quraqlıq kənd təsərrüfatında böyük problemlər yaradıb. Buna baxmayaraq, ölkə üzrə taxılçılıqda orta məhsuldarlıq bu il 30 sentnerə yüksəlib. Müasir texnologiyaların tətbiq olunduğu və suvarma problemlərinin öz həllini tapdığı təsərrüfatlarda isə bu rəqəm hər hektardan 70 sentnerə çatıb. Bu da Avropanın ən qabaqcıl ölkələrinin səviyyəsində olan nəticədir. Bu, onu göstərir ki, düzgün yanaşma reallaşdırılsa, bütün aqrotexniki qaydalara əməl edilsə, suvarma məsələləri öz həllini tapsa, o zaman qarşıya qoyulan məqsədə də nail olmaq mümkündür.
Regionlara göstərilən
diqqətin nəticəsidir ki, artıq
bölgələrdə sosial-iqtisadi sahələrdə
dinamik inkişaf nəzərə
çarpır. Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının xətti ilə
yeni layihələr gerçəkləşdirilir.
Eyni zamanda, hər il bu proqrama
əlavələr edilir. İnsanların maddi durumu da
diqqətdə saxlanılır. Öz sosial şəraitini tam təmin
edə bilməyən vətəndaşın köməyinə
dövlət gəlir. Hazırda respublikada
84 min ailə ünvanlı sosial yardım alır. Bu il 90 min insan
üçün ictimai
ödənişli işyerləri açılır.
Pandemiya şəraitində regionlarda makroiqtisadi sabitliyin
qorunması, iş yerlərinin və məşğulluğun
saxlanılması, eləcə də inkişafı, büdcə
gəlirlərinin iqtisadi bazası olan daxili tələbin və
investisiyaların dəstəklənməsi, habelə
“kölgə iqtisadiyyatı”nın aradan qaldırılması
istiqamətində ciddi addımlar
atılması da bölgələrdə
iqtisadi dinamikaya öz müsbət təsirini göstərib.
Pandemiya şəraitində
regionlarda iş yerlərinin
yaradılmasına, özünüməşğulluğun təmin
olunmasına da prioritet
istiqamət kimi yanaşılıb. Buna görə
də Azərbaycanda əmək və məşğulluq sahəsində
həyata keçirilən islahatlar nəticəsində
əmək qanunvericiliyi beynəlxalq əmək
normalarına uyğunlaşdırılıb, əmək
bazarının təkmilləşdirilməsi, əmək
münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr
və sazişlərlə tənzimlənməsi istiqamətində
uğurlu nəticələr əldə olunub. Bu, statistik
göstəricilərdə də öz
ifadəsini tapıb. Dövlət Statistika
Komitəsinin məlumatına görə, bu
ilin ilk
yarısında fəaliyyətə başlayan
iş yerlərinin 44,6 faizi
qeyri-dövlət sektorunda
yaradılıb. Yeni iş yerlərinin 71,8 faizi Bakı şəhərinin, 0,8 faizi Naxçıvan Muxtar
Respublikasının, 27,4 faizi digər
regionların, o cümlədən, 8,2 faizi Aran, 6,6 faizi Lənkəran, 4,2 faizi
Gəncə-Qazax, 2,2 faizi Dağlıq Şirvan, 2 faizi Abşeron, 1,8 faizi
Yuxarı Qarabağ, 1,3 faizi
Şəki-Zaqatala, 0,9 faizi Quba-Xaçmaz, 0,2 faizi isə
Kəlbəcər-Laçın iqtisadi
rayonlarının payına düşüb.
Dövlətimizin başçısının
pandemiya dövründə bölgələrə
vaxtaşırı səfərləri çərçivəsində
müxtəlif təyinatlı infrastruktur
obyektləri, yeni müəssisələr
istifadəyə verilib. Məsələn,
bu ilin ötən
aylarında Naxçıvan Muxtar
Respublikasında 2 ambulatoriya-poliklinika
müəssisəsi, Sumqayıt şəhərində 2 tibbi maska istehsalı, qoruyucu kombinezonların istehsalı müəssisələri,
modul tipli xəstəxana,
Gəncə şəhərində tikinti
materialları istehsalı zavodu, Gəncə
Şəhər Xəstəxanasının modul
tipli infeksion xəstəliklər korpusu,
200 çarpayılıq xəstəxana binası, Azərbaycan
Dövlət Aqrar Universitetinin
yeni tədris korpusu,
Şəki şəhərində modul tipli xəstəxana, 200 çarpayılıq
xəstəxana binası, Abşeron rayonunda modul tipli xəstəxana, Ağcabədi rayonunda “Asan Həyat” kompleksi, dənli bitki toxumlarının emalı zavodu,
Ağstafa rayonunda “Azərxalça”
ASC-nin filialı, Aqrar
Sənaye Kompleksi, Balakən rayonunda regional “Asan xidmət” mərkəzi, Balakən Şəhər
Uşaq İncəsənət Məktəbinin
yeni binası, Qazax rayonunda əhəng zavodu,
Şəmkir rayonunda “Şəmkirçay”
Sutəmizləyici Qurğular Kompleksi və s. mühüm əhəmiyyətli obyektlər
istifadəyə verilib.
Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarına uyğun olaraq son illər Azərbaycanda uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin, həmçinin indiyədək qazlaşdırılmayan kənd və qəsəbələrin mavi yanacaqla təmin edilməsi istiqamətində genişmiqyaslı işlər aparılıb.
Sözügedən sahəyə xüsusi diqqətin nəticəsidir ki, artıq ölkə üzrə əhali sektorunun qazlaşdırma səviyyəsi 96 faizi ötüb.
Xatırladaq ki, Azərbaycanda
qazlaşdırmanın səviyyəsi 2010-cu il
yanvarın 1-də 62,2 faiz təşkil edirdi. Həmin vaxtdan indiyədək
bu göstərici 33,8 faiz
artıb.
Bu il may ayının 1-nə aid
statistikaya görə, ölkədə
ümumilikdə qazdan istifadə edən əhali
qrupu abonentlərinin sayı 2 milyon 277 min 298-ə bərabər
olub.
Bütün bunlar Azərbaycanda
investisiyaların qeyri-neft sektoruna,
xüsusən də regionların inkişafına yönəldilməsinin,
əlverişli sahibkarlıq və biznes mühitinin
formalaşdırılmasının, işsizlik
probleminin həllinin, əhalinin həyat
şəraitinin yaxşılaşdırılması məsələlərinin
Prezident İlham
Əliyevin yeritdiyi iqtisadi
siyasətin məntiqi nəticəsidir.
Onu da vurğulayaq ki, dövlətimizin
başçısı hökumətin həyata keçirdiyi tədbirlərin icra
prosesini daim nəzarətdə
saxlayır, habelə ölkənin strateji
resurslarını qlobal layihələrin
reallaşdırılması istiqamətində səfərbər
edir.
Prezident İlham Əliyev pandemiya dövründə də
vaxtaşırı bölgələrdə səfərdə olur, yerlərdə əmək kollektivləri
ilə görüşür,
insanların sosial probleri
ilə dərindən maraqlanır, eyni zamanda, müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni
müəssisələrin istifadəyə verilməsi mərasimlərində
iştirak edir.
Yeri gəlmişkən, burada bir məqamı
xüsusilə vurğulamaq istərdik. Belə
ki, ölkə rəhbərinin müvafiq tapşırıqları əsasında
respublikamızda kənd yollarının inşası və yenidən
qurulması geniş vüsət alıb. Bütün bölgələrdə kənd
yollarının tikintisi ilbəil daha da genişləndirilir.
Bu, həm sosial, həm
də iqtisadi layihələrdir. Həmin
layihələrin icrası nəticəsində on minlərlə yeni iş yeri
açılır. Təzə kənd yolları yerlərdə
aqrar bölmənin əsaslı şəkildə
inkişafına təkan verir, kənd təsərrüfatı
məhsullarının bazarlara rahat və operativ şəkildə
çatdırılmasına əlverişli şərait
yaradır. Kənd yollarının inşasının
genişləndirilməsi məqsədilə büdcə vəsaiti
ilə yanaşı, Prezidentin Ehtiyat Fondundan da əlavə vəsait ayrılır.
Lakin bütün
bunlara baxmayaraq, əhalini
narahat edən bir
sıra çətinliklər də var ki, ölkə rəhbəri həmin problemlərin
həllinə həssaslıqla yanaşır. Məsələn,
içməli su və meliorasiya
sahəsində görülməli işlər çoxdur. Kollektor-drenaj
sistemlərinin təmizlənməsinə, subartezian
quyularının qazılmasına, yeni
içməli su xətlərinin çəkilməsinə
ciddi ehtiyac duyulur və hazırda bu
istiqamətdə mühüm layihələr
reallaşdırılır.
Yeri gəlmişkən, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda yuxarıdakılarla bərabər, suvarma suyundan güzəştli istifadənin yeni mexanizminin hazırlanması, suvarılan torpaqlarda əkin strukturunun müəyyənləşdirilməsi və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, II Bakı su kəmərinin məhsuldarlığının artırılması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın işlənilməsi, Oğuz–Qəbələ–Bakı su kəmərinin məhsuldarlığının artırılması, III Şollar su kəmərinin mənbəyinin yaradılması və digər məsələlərin həllini tapması da qarşıya mühüm vəzifələr kimi qoyulub.
V.BAYRAMOV
Xalq qəzeti 2020.- 12 sentyabr.- S.1.