QHT-lərin səmərəli fəaliyyəti üçün yenidaha çevik mexanizmlərin yaradılması zəruridir

 

Bu il 214 QHT-nin layihəsi COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunub

Ölkədəki istənilən uğurlu addımın üstünə kölgə salmağa çalışan bədxahlarımız indi də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin QHT-hökumət dialoqu çərçivəsində keçirdiyi görüş-müzakirələrdən narahat olurlar. 10-15 il əvvəl “Dövlət rəsmiləri nə üçün xalqın arasına getmir, siyasi partiyaların, QHT-lərin problemləri ilə tanış olmurlar?” – sualını bayraq edənlər indi də “Bu görüşlər nəyə lazımdır, bu müzakirələrin əhəmiyyəti nədir?” – deyə əvvəlki fikirlərini təkzib edirlər

Həmin qaragüruhçulara və bədxahlarımıza deyirik ki, bu ad­dımlar ölkədə aparılan hərtərəfli islahatların tərkib hissəsidir və təkcə QHT sədrləri ilə deyil, həm də siya­si partiya rəhbərləri ilə bu qəbildən olan görüş-müzakirələr aparılıb. Əsas məqsədlərdən biri odur ki, cəmiyyətin heç bir zümrəsi, siyasi qütbüya qeyri-hökumət təşkilatı üzləşdiyi problemlə təklikdə qalmasın. İkinci, dövlət başçımızın fikrincə, biz hədəf kimi seçdiyimiz ümumi inkişafa nail olmaq üçün bu yolda nəinki bütün siyasi partiya və QHT-lərin, hətta hər bir fərdin xidmətindən, təklifindən, təşəbbüsündən bəhrələnməliyik.

Fikrimizcə, bu, daha da inkişaf etmək istəyən gənc müstəqil dövlət üçün olduqca məqbul bir yoldur. Çünki ulu öndər Heydər Əliyev vaxtilə demişdir ki, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsi, demokratikləşmə prosesinin sürətlənməsi, hüquqi dövlətin qurulma­sı sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir. Vətəndaş cəmiyyəti isə hamının birgə fəaliyyəti və xidməti nəticəsində qurulur. Yəni Hikmət Hacıyevin davam etdirdiyi bu görüşlər problemlərin öyrənilməsi, eləcə də, əsaslandırılmış təklif və təşəbbüslərin verilməsi baxımından da əhəmiyyətlidir.

Hikmət Hacıyevin sentyabrın 17-də QHT-hökumət dialoqu çərçivəsində sosial, iqtisadi, humanitardemok­ratiya sahəsində fəaliyyət göstərən 96 QHT-nin rəhbəri ilə görüşməsi və çoxsaylı məsələləri müzakirə etməsi barədə olan bu sətirləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Azərbaycan Açıq Hökumət Platformasının koordi­natoru Əliməmməd Nuriyevin mətbuata verdiyi müsahibədən seçdiyimiz bir sitatla başlamaq istəyirik.

Həmin müsahibədə deyilir: “Pre­zidentin köməkçisi Hikmət Hacıyevin QHT-lərlə silsilə görüşlər keçirməsi əvvəlki müzakirələrdən çox ciddi şəkildə fərqlənir. Bu müzakirələrdə mən də iştirak etmişəm və sizi əmin edirəm ki, həm QHT nümayəndələri çox açıq şəkildə problemləri və gözləntiləri dilə gətirdilər, eyni zamanda Hikmət müəllimin çıxışı, söylədiyi fikirlər göstərdi ki, Prezi­dent Administrasiyasının müvafiq strukturları və şəxsən o, vəziyyətin kifayət qədər dərin analizinə malikdirlər. Dövlət rəsmiləri mövcud problemlərin həll olunmasının vacib­liyi düşüncəsindədirlər. Tam əminliklə deyirəm ki, bu müzakirələr, indi dəbdə olan terminlə ifadə etsək, substantivdir və əvvəlkilərdən yanaşma, baxış fərqi ilə seçilir. Həmçinin Hikmət müəllimin bu sektora bələdçiliyi, işgüzar xa­rakteriöz müsbət rolunu oynayır. Şübhəm yoxdur ki, bütün bu amillərin cəmi konkret müsbət nəticələr verəcək”.

Güman edirik ki, bu sitat yuxarıda yada saldığımız suallara verilə biləcək ən yaxşı cavablardandır.

Xatırladaq ki, sentyabrın 17-dəki görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası­nın sədri Azay Quliyev Şuranın daim sosial, iqtisadi, humanitardemok­ratiya sahəsində fəaliyyət göstərən QHT-lərin müxtəlif istiqamətlərdə irəli sürdükləri təşəbbüsləri dəstəklədiyini, ictimai aktuallıq kəsb edən layihələrə maliyyə ayırdığını, bilik və bacarıqların artırılmasına yardım etdiyini qeyd edib. Diqqətə çatdırıb ki, Şuranın dəstəyilə həyata keçirilən bu layihələrdən on minlərlə ölkə vətəndaşı faydalanıb. Azay Quliyev Şuranın 2020-ci il qrant müsabiqələri çərçivəsində 214 QHT-nin layihəsinin COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunduğunu, bunlardan 197-də sosial dəstəyə ehtiya­cı olan ailələrə müxtəlif növ birdəfəlik yardımlar göstərildiyini deyib.

Həmin gün sayca 6-cı və ən çox­saylı QHT qruplarından biri ilə görüş keçirildiyini xatırladan Hikmət Hacıyev bildirib ki, bu qrupdakı QHT-lərin fəaliyyət sahəsi çox geniş olmaqla yanaşı, həm də cəmiyyət həyatında əhəmiyyətli rola malikdir: “Ölkəmizdə sosial, iqtisadi, humanitar və demokrati­ya sahəsində görülən işlər sübut edir ki, Azərbaycanda həyata keçirilən siyasət bütün çalarları ilə məhz insan amilinin yüksəlişinə xidmət edir”.

Görüşdə Azərbaycan Prezidentinin çağırışına uyğun olaraq QHT-lərin mərkəzi və yerli icra hakimiyyəti or­qanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində daha yaxından və effektiv formada iştirak etməsinin vacibliyi vur­ğulanıb. Prezidentin köməkçisi bununla bağlı yenidaha çevik mexanizmlərin yaradılmasının zəruri olduğunu söyləyib.

Görüşdə vurğulanıb ki, Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevrilib. Ölkəmiz ümumi daxili məhsulun artım tempinə görə dünyada liderliyini qoruyub saxlaya bilmiş, yox­sulluğun səviyyəsi kəskin aşağı enmiş, dövlət büdcəsinin gəlirləri artmışdır. Bundan başqa, bildirilib ki, hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Ölkəmizdə son illərdə dövlətin təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.

Təhsil və mədəniyyət sahəsində Heydər Əliyev Fondununonun rəhbəri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri olduğunu vurğula­yan dövlət rəsmisi xatırladıb ki, yeni müstəqillik tariximizdə Azərbaycanın demokratiya yolunda qət etdiyi məsafəni dünyanın inkişaf etmiş əksər ölkələri daha uzun müddətə keçib. Bu gün ölkəmizdə sözfikir azadlığı­nın, siyasi plüralizmin, çoxpartiyalı sistemin mövcudluğu, vətəndaşların azad seçiminə yüksək şərait yaradılma­sı, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə edilməsi Azərbaycanda demokratik mühitin vacib göstəriciləri sırasında yer alır.

Xatırladaq ki, Azərbaycanda qeyri-hökumət təşkilatlarının təşəkkülü bir neçə mərhələdən keçib. İlkin mərhələ qeyri-hökumət təşkilatlarının yaranmasında sistemliyin olmaması və pərakəndəliklə xarakterizə edilir­di. Həmin dövrdə dövlət tərəfindən qeyri-hökumət sektoruna münasibətdə ümumi yanaşma və prioritetlərin müəyyənləşdirilməsi prosesi gedirdi. Həyatın müxtəlif sahələrini əhatə edən yüzlərlə qeyri-hökumət təşkilatlarının yaranması və cəmiyyətimizdəki de­mokratik proseslərə qoşulması onların fəaliyyətinin müəyyən koordinasiyasını, dövlət orqanları və beynəlxalq qurum­larla daha səmərəli əlaqələrin qurulma­sını zəruri edirdi.

1999-cu ildə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təsis olunma­sı bu boşluğu xeyli dərəcədə aradan qaldırdı. QHT-lərlə İş üzrə Resurs və Təlim Mərkəzinin təşkilati və texniki dəstəyi ilə 11 iyul 1999-cu ildə Milli QHT Forumu 95 təşkilat tərəfindən təsis edildi. Bununla, ölkə QHT-lərini öz ətrafında toplayan Milli QHT Forumunun üzərinə böyük vəzifə düşdü. Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələrin mövcudluğu şəraitində birbaşa dövlətçilik maraqları­nı müdafiə etməli olan Milli QHT Foru­mu həm müstəqil fəaliyyət göstərməli, həm cəmiyyətin bütün təbəqələrini əhatə etməli, həm də dövlət quruculu­ğunda fəal iştirak etməli idi.

Ötən müddət ərzində Milli QHT Forumunun həyata keçirdiyi layihələr, gördüyü işlər QHT sektoru­nun fəaliyyətinin cəmiyyətə təsirinin sübutudur. Bu mərhələ qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin ins­titusional mexanizmlərinin yaradıl­ması, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının təkmilləşdirilməsi, siyasi-hüquqi, vətəndaş mədəniyyətinin formalaş­dırılmasında QHT-lərin iştirakı və vətəndaş cəmiyyəti institutlarının yeni beynəlxalq əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi ilə səciyyəvidir.

 

 İttifaq MİRZƏBƏYLİ

Xalq qəzeti  2020.- 19 sentyabr.- S.4.