Prezident İlham Əliyev: Azərbaycanın
suverenliyi və ərazi bütövlüyü
tam şəkildə bərpa edilməlidir
Dağlıq Qarabağ qədim və tarixi
Azərbaycan torpağıdır. Qarabağ
Azərbaycandır!
Dayanıqlı İnkişaf
Məqsədlərinin 2030-cu il Gündəliyinə
əsasən, “sülh olmadan
dayanıqlı inkişaf, dayanıqlı
inkişaf olmadan isə
sülh mümkün deyil”. Dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin
edilməsi üçün işğala son
qoyulmalıdır. Beynəlxalq hüququn norma və prinsiplərinə riayət
olunması və BMT Təhlükəsizlik Şurasının
qətnamələrinin icrası təmin edilməlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin BMT Baş Assambleyasının
75-ci sessiyasının ümumi
debatlarında videoformatda
çıxışından
24 sentyabr 2020-ci il
Dilçi mütəxəssislər bildirirlər ki, elmi-texniki tərəqqinin sürətlənməsi, yeni fəaliyyət sahələrinin yaranması, siyasətçi və diplomatların ənənəvi leksikonunun müasirləşdirilməsi, eləcə də, digər bu kimi məsələlər istənilən xalqın dilinə yeni söz və ya ifadə gətirir və bu, tamamilə qəbulediləndir. Son zamanlar jurnalist və ekspertlərin leksikonunda daha çox işlədilən “inanılmaz həqiqət” ifadəsi də, məhz, həmin prosesin nəticələrindən biridir. Əvvəllər belə düşünürdük ki, inanılmazdırsa, deməli, həqiqət deyil, həqiqətdirsə, nə üçün ona inanmayaq?
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin BMT Baş Assambleyasının
75-ci sessiyasının ümumi
debatlarında videoformatda olan
çıxışına baxarkən “inanılmaz həqiqət”
ifadəsini bir neçə dəfə
xatırladım. Birinci, dövlət başçımız Ermənistan
– Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi haqqında dünya
siyasətçilərinə tarix dərsi
keçirmiş kimi dəfələrlə
əsaslandırılmış, təkzibi qətiyyən mümkün olmayan faktlardan və çoxsaylı arqumentlərdən
bəhs etdi. Bu, birinci “inanılmaz həqiqət” idi ki, dünya
ictimaiyyəti bu fakt və
rəqəmlərin hamısından xəbərdar olsa da, son
30 ildə Ermənistana öz yerini göstərən olmayıb. Həqiqətən
inanılmazdır və təəssüf ki,
həqiqətdir.
İkinci, Prezident İlham
Əliyev BMT Baş Assambleyası kimi mötəbər beynəlxalq tribunadan səsləndirilən yığcam
çıxışda bu qədər
faktı və hadisələri necə ümumiləşdiə
bildi, o qədər
arqumentləri bir neçə dəqiqədə
necə ifadə etmək mümkün oldu? Həqiqətən inanılmaz idi və şükürlər olsun ki, həmin
çıxışın bütün
cümlə, fikir və sözləri təkzibolunmaz
həqiqətlərdən ibarət idi.
Üçüncü: Azərbaycan
Prezidenti xatırlatdı ki,
bəzi hallarda BMT Təhlükəsizlik
Şurasının qətnamələri bir
neçə gün ərzində icra edilir. Ermənistan isə
təqribən 30 ildir ki,
BMT Təhlükəsizlik Şurasının qətnamələrinə
məhəl qoymamaqda davam
edir.
Həqiqətən inanılmazdır və çox təəssüf ki,
həqiqətdir.
Dördüncü: BMT-nin ən mühüm qurumlarından biri
olan UNESKO dünya
xalqlarının mədəni dəyərlərinin, xüsusən,
maddi mədəniyyət nümunələrinin
məhv edilməsinin qarşısını almaq
üçün genişmiqyaslı tədbirlər
həyata keçirir və kifayət qədər
vəsait sərf olunur. Ermənistanda
isə… Prezident xatırladır: “Bugünkü Ermənistan ərazisində Azərbaycan
xalqına məxsus mədəni miras
dağıdılmış və talan edilmişdir. Ermənistan işğal
edilmiş ərazilərimizdə də Azərbaycanın
tarixi və dini abidələrini
dağıtmışdır. Məqsəd isə orada azərbaycanlıların bütün
izlərini silməkdir”. Yəni, daha bir inanılmaz həqiqət yada
salınır.
Dövlət
başçımız müasir Azərbaycanın
yeganə problemi olan
Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin indiyədək həll edilməmiş
qalmasının səbəbini Ermənistanın beynəlxalq
hüququn norma və
prinsiplərinə hörmətsizlik etməsi ilə əlaqələndirdi:
“Azərbaycan ərazisinin təqribən 20 faizi
30 ildən artıqdır ki, Ermənistanın
işğalı altındadır. Ermənistan BMT Nizamnaməsini
kobud şəkildə pozaraq
Azərbaycana qarşı hərbi güc
tətbiq etmiş, Azərbaycanın
Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etmişdir. Bir milyondan artıq azərbaycanlı
qaçqın və məcburi köçkün
vəziyyətinə düşmüşdür”.
Beşinci: Dünya
ictimaiyyətinə yaxşı məlumdur ki,
Azərbaycan planetin ən sabit
və multikultural ölkələrindən
biridir. Bu cümlədəki
həqiqətin təsdiqini dilə gətirmək üçün təkcə “Bakı prosesi” kimi tarixə düşmüş sivilizasiyalararası dialoq ənənəsini və ya
paytaxtımızda BMT missiyası altında keçirilən dialoq tədbirlərini yada
salmaq kifayətdir. Bəs Ermənistanda vəziyyət
necədir?
Dövlət başçımız dünya ictimaiyyəti qarşısında bu sualın cavabını növbəti dəfə verdi: “Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bütün azərbaycanlı əhali işğal edilmiş ərazilərdən qovulmuşdur. Ermənistan azərbaycanlı mülki şəxslərə qarşı bir sıra müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir. Torpaqlarımızın işğalına görə məsuliyyətdən yayınmaq məqsədilə Ermənistan həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaratmışdır”.
Dünya ictimaiyyəti Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə
reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq
kampaniyası çərçivəsində çoxsaylı
layihələrdən də, tarixi materiallardan da bilir ki, ermənilər – çox təəssüf ki,
uzun illər bu
işğalçı ölkəyə rəhbərlik etmiş Serj Sarkisyanın
başçılığı ilə Xocalı
soyqırımını törətmişlər. Həmin soyqırımı
nəticəsində Xocalının 106-sı qadın və
63-ü uşaq olmaqla
613 dinc sakini qətlə
yetirilmişdir. Ondan
artıq ölkə Xocalı soyqırımını
tanımışdır. BMT Təhlükəsizlik
Şurasının bütün
bunları nəzərə alaraq qəbul etdiyi 4 qətnaməsi Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın işğal
edilmiş ərazilərindən dərhal,
tam və qeyd-şərtsiz
çıxarılmasını tələb edir.
Ermənistan isə bu
çağırışlara nəinki əməl etmir, heç məhəl
də qoymur. İnanılmaz olsa da, həqiqətdir.
Altıncı: Mütərəqqi
təfəkkürlü dünya siyasətçiləri
və müdrik ziyalılar az qala hər gün həyəcan təbili çalırlar
ki, nəinki dövlət
başçıları və siyasətçilər, hətta,
istənilən fərd öz fəaliyyətində
təhrik və təxribatlardan uzaq olsun ki,
dünyanın başı üstündə qara
bulud kimi fırlanan
müharibə kabusunu yaxına buraxmayaq. Çünki bu gün dünyanın
demək olar ki, əksər
ölkələrində külli miqdarda silah-sursat
toplanmışdır və istənilən etinasızlıq
dünyanın alovlanmasına səbəb ola bilər.
Ərazilərinin 20 faizi 30 il namərd qonşusunun
işğalı altında olan Azərbaycanın
münaqişənin ədalətli həllinə nail olmaq üçün
hərb yolunu seçməməsi də məhz
dünyada yeni
müharibə alovunun qalxmaması niyyətinə
xidmət edir.
Azərbaycan Prezidenti
qeyd edir ki, Ermənistan təmas xətti və Ermənistan–Azərbaycan
sərhədi boyu mülki
vətəndaşları məqsədyönlü şəkildə
hədəfə alır və təxribatlar törədir.
2016-cı ilin aprel
ayında Ermənistan Azərbaycana qarşı
genişmiqyaslı hərbi hücum həyata
keçirmişdir. Həmin hücum nəticəsində biri
uşaq olmaqla, 6 dinc sakin qətlə yetirilmiş, 26 mülki vətəndaş
isə yaralanmışdır. Azərbaycan
Silahlı Qüvvələri əks-hücum tədbirləri
həyata keçirmiş və işğal olunmuş
torpaqların bir hissəsini azad etmişdir. 2020-ci il iyulun 12-də Ermənistan
dövlət sərhədi istiqamətində növbəti təxribata
əl atmışdır. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə tutulması nəticəsində
hərbçilərimiz və 76 yaşlı mülki
vətəndaşımız həlak olmuş,
mülki infrastruktura ciddi zərər dəymişdir: “Təxribatın məqsədi regionda
yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan
tərəfindən işğalı məsələsini ikinci plana keçirmək,
üçüncü dövlətləri
münaqişəyə cəlb etmək və Azərbaycanın
strateji infrastrukturuna zərər
vurmaqdan ibarət idi”.
Yeddinci: Bu gün
Azərbaycan özünün ixrac neft-qaz kəmərləri
ilə Avropanın enerji təminatında mühüm rol oynamaqla yanaşı, həm də Londondan Şanxaya qədər
– Avrasiya ölkələrinin
hamısının iqtisadiyyatını bir-birinə qovuşduran nəhəng nəqliyyat-logistika
layihəsinin əsas halqalarından biri
kimi çıxış edir.
Bakı – Tbilisi – Qars
dəmir yolu və Transxəzər Beynəlxalq
Nəqliyyat Dəhlizi dünyanın demək olar
ki, hər yerində maraqla
qarşılanır və dəstəklənir.
Ermənistan isə dünyanın maraq dairəsində olan
Azərbaycanı yeni müharibə ilə
hədələyir və beynəlxalq iqtisadi
layihələrə zərbə endirəcəyini söyləyir.
Prezident deyir: “Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda
iştirak etməyə məcbur ediləcək
on minlərlə mülki
vətəndaşdan ibarət silahlandırılmış mülki könüllü
dəstələrinin yaradılmasını elan
etmişdir. Ermənistanın
müdafiə naziri “yeni
ərazilər uğrunda yeni
müharibəyə” çağırır. Ermənistan
Azərbaycanın böyük şəhərlərinə
və mühüm mülki
infrastrukturuna – Mingəçevir su anbarı və Bakının
yaxınlığında yerləşən dünyanın ən
iri neft-qaz
terminallarından biri olan
və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən
Səngəçal terminalına zərbə endirməklə
hədələyir”.
İlk baxışda, oxucuya elə gəlir ki, Azərbaycan Prezidenti bu çıxışıyla sadəcə mövcud reallıqları dünya ictimaiyyətinə çatdırdı. Ancaq bəzi ekspertlərin fikrincə, İlham Əliyev bu faktları dilə gətirməklə, nə zamansa, ermənilərin başına gələcək bəlaların günahkarının məhz Ermənistan rəhbərliyinin olacağı barədə xəbərdarlıq edib.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti 2020.- 27 sentyabr.- S.1;2.