Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli . 51 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

¹ 352 Bakı şəhəri, 24 sentyabr 2020-ci il

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, ərazilərdən səmərəli istifadə edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli Qərarı (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2014, ¹ 2, maddə 206) ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4.13-cü bəndi aşağıdakı redak­siyada verilsin:

“4.13. Ərazi zonalarında tikinti sıxlığı göstəricilərinin yolverilən hədləri aşağıdakı cədvəl üzrə müəyyən edilir:

Ərazi zonaları

Ərazinin tikinti əmsalı

Ərazinin tikinti sıxlığı əmsalı

Yaşayış zonaları

çoxmərtəbəli, çoxmənzilli yaşayış binaları

0,5

2,0

ortamərtəbəli çoxmənzilli yaşayış binaları

0,5

1,4

azmərtəbəli çoxmənzilli yaşayış binaları

0,5

1,1

mənzilyanı torpaq sahələri olan bloklaşdırılmış yaşayış binaları

0,4

1,1

həyətyanı torpaq sahələri olan fərdi yaşayış evləri

0,4

0,6

İctimai-işgüzar zona

çoxfunksiyalı tikinti

1,0

3,0

ixtisaslaşdırılmış ictimai tikinti,

o cümlədən:

0,8

2,4

ayrıca yerüstü qaraj binası*

1,0

4,0

İstehsalat zonası

sənaye

0,8

2,4

elmi-istehsalat

0,6

1,0

kommunal-anbar

0,6

1,8

Qeydlər:

1. Tikinti sıxlığının əsas göstəriciləri aşağıdakılardır:

1.1. ərazinin tikinti əmsalı - bina qurğular altında olan sahənin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti;

1.2. ərazinin tikinti sıxlığı əmsalı - bina qurğuların bütün yerüstü mərtəbələrinin sahəsinin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti.

2. Yaşayış ictimai-işgüzar zonalar üçün ərazinin tikinti tikinti sıxlığı əmsalları məhəllənin bütün ərazisi üçün zəruri olan xidməti idarə müəssisələr, qarajlar, avtomobil dura­caqları, yaşıllıqlar, meydançalar digər abadlıq obyektləri nəzərə alınmaqla verilmişdir.

İstehsalat zonası üçün bu əmsallar istehsalat tikintisi (bir ya bir neçə obyektlər) olan məhəllələr üçün verilmişdir.

3. Ərazinin tikinti sıxlığı əmsalı hesablanarkən mərtəbələrin sahələri binanın xarici ölçüləri ilə müəyyən edilir. Bu zaman yalnız yerüstü mərtəbələr (mansarda mərtəbəsi daxil olmaqla) nəzərə alınır. Bina qurğuların yeraltı mərtəbələri nəzərə alınmır.

4. Məhəllələrin sərhədləri qırmızı xətlə tənzimlənir.

5. Yaşayış ictimai-işgüzar zonaların formalaşmış möv­cud məhəllələrinin yenidən qurulması zamanı (mansardaların, mərtə-bələrin artırılması da daxil olmaqla), bu məhəllələrin əhalisi üçün tələb olunan xidməti idarə müəssisələr nəzərdə tutulmalıdır. Xidmət radiuslarına riayət edilməklə, qonşu məhəllələrdəki xidməti müəssisələr (məktəbəqədər təhsil müəssisələri istisna olmaqla) nəzərə alına bilər.

6. Mövcud yaşayış zonalarında ərazilərin yenidən qurul­ması zamanı yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparıl-masının əsas şərtləri, tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya təbii işıqlandırma şəraiti təmin edilməklə, ərazinin tikinti əmsalı 0,6-dan artıq olmamaq şərtilə, tikinti tikinti sıxlığı əmsalının 30 faizdən çox olmayaraq artırılmasına yol verilir.

*Ayrıca yerüstü qaraj binasının ümumi sahəsinin 25%-ə qədərinin digər sahibkarlıq məqsədləri üçün istifadəsinə yol verilir.”.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Xalq qəzeti  2020.- 26 sentyabr.- S.3.