Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Orta ixtisas təhsili müəssisələrinə
bakalavrların, ali təhsil müəssisələrinin
bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb
təhsilinə) müvafiq ixtisaslar
üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı
(əsas (baza ali)
tibb təhsilini) başa
vurmayan şəxslərin orta
ixtisas təhsili müəssisələrinə
köçürülməsi Qaydalarında dəyişiklik
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 353 Bakı
şəhəri, 24 sentyabr 2020-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 5, maddə 964) ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.2-ci və 3.3-cü bəndlərə ismin müvafiq hallarında “pilləsi” sözündən sonra ismin müvafiq hallarında “və ya yüksək texniki peşə təhsili səviyyəsi” sözləri əlavə edilsin.
2. 3.2-ci bəndin ikinci cümləsinə “orta ixtisas” sözlərindən sonra “və ya peşə” sözləri əlavə edilsin.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 26 sentyabr.- S.3.