Torpaqların
alınmasını zəruri edən dövlət
ehtiyacının və həmin torpaqları alan
orqanın müəyyən edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 354 Bakı
şəhəri, 24 sentyabr 2020-ci il
Azərbaycan Respublikası Prezidentinin “Torpaqların dövlət
ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə
tədbirlər barədə” 2011-ci il 15 fevral tarixli 382 nömrəli
Fərmanının 1.1-ci bəndinə əsasən, “Ələt
azad iqtisadi
zonasının yaradılması və fəaliyyətinin
təşkili haqqında” 2020-ci il 22 may tarixli 1032 nömrəli
Fərmanının 5.1-ci bəndinin icrasını təmin
etmək məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Ələt azad
iqtisadi zonasının yaradılması və
fəaliyyətinin təşkili haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli
1032 nömrəli Fərmanına əlavə edilmiş
yerquruluşu planlarında göstərilən
torpaqları dövlət ehtiyacları üçün
alan orqan Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidməti müəyyən edilsin.
2. Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi “Ələt azad iqtisadi zonasının yaradılması və
fəaliyyətinin təşkili haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli
1032 nömrəli Fərmanına əlavə edilmiş
yerquruluşu planlarında göstərilən
torpaqların dövlət ehtiyacları üçün
alınması ilə bağlı tədbirləri
“Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat
versin.
3. Qaradağ Rayon İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələlərin həlli ilə bağlı səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə zəruri kömək göstərilməsini təmin etsin.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 26 sentyabr.- S.3.