Balaxanı qəsəbəsində
gördüyüm abadlıq işləri
məni heyrətləndirdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar. Mən bu hadisə barədə reportajı televiziyadan diqqətlə izlədim və çox sevindim.
Səhərisi gün yolumu Balaxanıya saldım. Nə gizlədim, burada gördüklərimə inana
bilmirdim. Axı, Balaxanının bundan qabaq nə
vəziyyətdə olduğuna
yaxşı bələd
idim. İndi qəsəbənin dünəni ilə bugünü arasında yerlə göy qədər fərq yaranıb. Bir sözlə, qəsəbənin
bu qədər dəyişərək gözələşəcəyini
təsəvvür etmirdim.
Burada görülən
işlərin vüsəti
və həcmi adamı, həqiqətən
heyrətə gətirir. Qəsəbədəki inam və inanc
yerləri, su ovdanları, hamamlar, digər maddi-mədəniyyət
obyektləri xüsusi
zövq və səliqə ilə bərpa olunub.
Qəsəbə sakinləri, təbii ki, öz sevinc
və minnətdarlıq
hisslərini gizlətmirdilər. Kimlə görüşüb
həmsöhbət oldumsa,
hamı bir ağızdan möhtərəm
Prezidentimiz İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını
bildirirdi.
Qeyd etmək
lazımdır ki, Balaxanı Bakının ən qədim yaşayış yerlərindən
biridir. XX əsrin
əvvəllərindəki neft bumuna qədər
Balaxanı Böyük
İpək Yolunun üstündə yerləşdiyindən
strateji mövqeyə
sahib idi. Uzun əsrlər
boyu bu yer
Çindən İspaniyaya
qədər uzanan karvan yolunun əsas məntəqələrindən
biri olub.
Bakının bu qədim qəsəbəsi
artıq yeni turizm marşrutu kimi təsdiqlənib. Bu, qəsəbədə yeni
sahibkarlıq subyektlərinin,
xüsusilə, sənətkarlıq,
xidmət və ticarətin inkişafına
təkan verəcək.
Abadlıq prosesi həm də yerli sakinlər
üçün yeni iş yerləri deməkdir. Təmir-bərpa işlərində iştirak edənlərin
70 faizi məhz yerli sakinlərdən ibarətdir.
Mən uzun illərdir turizm sahəsində çalışmışam. Demək istəyirəm
ki, son illər ölkəmizdə, bütövlükdə,
turizmin, o cümlədən
mədəni turizmin inkişafına diqqət və qayğı artıb. Məsələn,
bir neçə il əvvəl
Heydər Əliyev Fondu tərəfindən bərpa edilərək istifadəyə verilən
Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi hazırda minlərlə yerli və xarici turistin axışdığı
məkanlardandır.
Dövlətimizin qayğısı ilə “Atəşgah” məbədi”
Dövlət Tarix- Memarlıq Qoruğu cəlbedici turizm obyektinə çevrilib. Bundan əlavə,
Abşeron təbiətinin
bənzərsiz guşəsi
olan Yanardağda təbiət və dövlət qoruğu yaradılıb. Bunlar, eləcə
də dünya şöhrətli Qobustan Dövlət Tarixi-Bədii
Qoruğu açıq
səma altında muzeylərdir. Azərbaycan
Milli Tarix Muzeyi, Azərbaycan Milli Ədəbiyyat Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi və digər muzeylər turistlərin ən çox ziyarət etdikləri məkanlardır.
Mən zərrə
qədər şübhə
etmirəm ki, Balaxanı qəsəbəsi
də tezliklə yerli və xarici
turistlərin sevimli məkanına çevriləcək.
Minaxanım ƏSƏDLİ,
Azərbaycan Turizm və Menecment Universitetinin professor
Xalq qəzeti 2020.- 26 sentyabr.- S.7.