Azərbaycan Respublikası Nazirlər Kabinetinin
“Mediatorların hazırlığı və
ixtisaslarının artırılması ilə bağlı təlim
Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 5 sentyabr tarixli
383 nömrəli və “Mediasiya prosesinin həyata keçirilməsi
Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli qərarlarında dəyişiklik
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 356 Bakı şəhəri, 26 sentyabr
2020-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 383 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 9, maddə 1537) ilə təsdiq edilmiş “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”nın 1.2-ci bəndində “iqtisadi mübahisələr” sözləri “kommersiya mübahisələri” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 9, maddə 1539) ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın 7.2-ci bəndində “iqtisadi mübahisələr” sözləri “kommersiya mübahisələri” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 29 sentyabr.- S.3.