Milli Kitabxana ötən ili uğurla başa çatdırmışdır

2019-cu il mədəniyyət və ədəbiyyatın inkişafı dövrü kimi tarixə çevrildi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin təbliği işində də əsaslı nailiyyətlər qazanıldı. Bunda Milli Kitabxananın da öz payı var.

Ötən il cənab Prezidentin sərəncamları ilə Azərbaycanın görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin keçirilməsi mədəni həyatımızda mühüm hadisəyə çevrildi. Bu yubileylər kitabxanamızda da geniş şəkildə qeyd edildi.

Prezident böyük Azərbaycan şairi, mütəfəkkiri və filosofu Seyid İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin keçirilməsi ilə bağlı 2018-ci il noyabrın 15-də və 2019-cu ilin “Nəsimi ilielan olunmasına dair sərəncamlar imzaladı. Hər iki sərəncama müvafiq olaraq, bütün ilboyu həm ölkəmizdə, həm də Azərbaycandan kənarda çoxlu sayda tədbir, elmi konfranssimpoziumlar keçirildi, yüzlərlə yeni kitabelmi məqalələr dərc olundu. Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş tədbirlər planına müvafiq olaraq, Azərbaycan Milli Kitabxanası bu tədbirlərin təşkilində fəal iştirak etdi.

Martın 6-7-də Ankaradaİstanbulda nəsimişünas alimlərin və görkəmli musiqiçilərin, incəsənət xadimlərinin iştirakı ilə TÜRKSOY-un elan etdiyi “Nəsimi ilinin açılış mərasimləri keçirildiorada Milli Kitabxananın fondlarından böyük şairin əsərlərindən və haqqında yazılan ədəbiyyatdan ibarət geniş kitab sərgiləri təşkil olundu.

Tədbirlər planına uyğun olaraq, aprelin 24-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Mədəniyyət Nazirliyi və Azərbaycanın ­Macarıstandakı səfirliyi ilə birlikdə Budapeştdəki Yunus Əmrə İnstitutunda “Azərbaycanın böyük əməl və amal şairi -- İmadəddin Nəsimi” mövzusunda ədəbi-bədii və musiqili məclis və Azərbaycan Milli Kitabxanasının fondundan Nəsimi əsərlərindən ibarət geniş kitab sərgisi təşkil edildi. “Nəsimi ilinin ən mühüm yekunlarından biriMilli Kitabxananın Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirməyə başladığı “Milli-mənəvi sərvətlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində vaxtilə müxtəlif yollarla və səbəblərdən ölkəmizdən xaricə daşınan mədəni sərvətlərimizin rəqəmsal və ənənəvi nüsxələrinin Azərbaycana qaytarılmasını təmin etmək məqsədilə dünya milli kitabxanalarında mühafizə olunan Nəsimi əlyazmalarının surətlərinin ölkəmizə gətirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi oldu. Bugünədək Azərbaycan elminə və tədqiqatçılarına məlum olmayan Nəsimi əlyazmalarının ölkəmizə gətirilməsi, şübhəsiz, böyük şairin həyat və yaradıcılığının bir sıra qaranlıq məqamlarına işıq salacaqdır. Milli Kitabxananın “Nəsimi ili”nə verdiyi ən böyük töhfələrdən biriböyük şairin ədəbi irsinin bütün dünyada geniş təbliğini təmin etmək məqsədilə əməkdaşlarımız tərəfindən hazırlanaraq kitabxanamızın saytında yerləşdirilən “İmadəddin Nəsimi -- 650” adlı elektron məlumat bazası oldu.

Milli Kitabxananın həyata keçirdiyi tədbirlərin yekunu kimi əməkdaşlarımız tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından ilk dəfə olaraq, “İmadəddin Nəsimi” fundamental biblioqrafiya vəsaiti hazırlanaraq nəşr edildi.

Ötən il Milli Kitabxananın mənəvi dəyərlərimizin təbliği ilə əlaqədar həyata keçirdiyi beynəlxalq layihələrdən biriPrezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 17 yanvar 2019-cu il tarixli sərəncamına müvafiq olaraq, noyabrın 18–19-da Mədəniyyət Nazirliyi, TURKSOY, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu ilə birgə keçirdiyi böyük Azərbaycan yazıçısı və görkəmli ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr edilmiş Beynəlxalq elmi-praktik konfrans oldu. Milli Kitabxana, həmçinin “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdirdiyi “Cəlil Məmmədquluzadə. Biblioqrafiya” kitabının və “Cəlil Məmmədquluzadə – 150” elektron məlumat bazasının təqdimat mərasimi keçirildi. Konfransda Bolqarıstandan, Özbəkistandan, Türkiyədən dəvət olunmuş ədəbiyyatşünas alimlər, eləcə də Polşadan gəlmiş Cəlil Məmmədquluzadə nəslinin davamçıları – nəticəsi Martin Cavanşiri və kötücəsi Przemislav Cavanşiriiştirak etmişlər. Qeyd etmək lazımdır ki, C.Məmmədquluzadə nəslinin davamçıları son 68 il ərzində ilk dəfə olaraq AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibəylinin köməkliyi ilə Milli Kitabxana tərəfindən Azərbaycana gətirilmişlər.

Ötən il dövlət başçısının sərəncamına uyğun olaraq, böyük dramaturqumuz Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyi ilə əlaqədar Milli Kitabxanada elmi konfrans, habelə professor A.Rüstəmlinin “Cəfər Cabbarlı və Azərbaycan milli istiqlal hərəkatı”, “C.Cabbarlı və cabbarlışünaslıq” kitablarının, eləcə də C.Cabbarlının “Ölkəm” şeirlər kitabının və “Cəfər Cabbarlı – 120” mövzusunda elektron məlumat bazasının təqdimat mərasimləri də keçirilmişdir. Milli Kitabxananın bu sahədəki səmərəli fəaliyyəti “2019-cu ilin Cəfər Cabbarlı mükafatı”na layiq görülmüşdür.

2019-cu ildə Milli Kitabxananın ən böyük uğurlarından biri də Bakıda ənənəvi olaraq hər iki ildən bir keçirilən Beynəlxalq kitab sərgi yarmarkası çərçivəsində təşkil etdiyiMilli kitabxanalar mobil informasiya mərkəzləri kimimövzusunda beynəlxalq elmi praktik konfrans oldu. Dünyanın 14 ölkəsindən gələn milli kitabxana rəhbərlərinin və mütəxəssislərinin iştirakı ilə keçirilən bu tədbirdə müvafiq mövzulara dair geniş elmi müzakirələr aparıldı, qabaqcıl təcrübələrinə dair məruzələr dinlənildi, elmi məlumatlar təqdim olundu. Bu tədbir çərçivəsində, həmçinin “Nəsimi əlyazmaları dünya kitabxanalarında” mövzusunda kitab sərgisinin də açılış mərasimi keçirildi.

Beynəlxalq elmi praktik konfransın ən mühüm yekunlarından biriMilli Kitabxanada dünyanın 13 ölkəsinin milli kitabxanasının ekspozisiyalarını özündə birləşdirən “Beynəlxalq əməkdaşlıq zalı”nın açılış mərasiminin təşkili olmuşdur. Türkiyə, Rusiya, ABŞ, Belarus, Qazaxıstan, Ukrayna, Özbəkistan, Qırğızıstan, BosniyaHerseqovina, Litva, Latviya, TacikistanMoldova milli kitabxanalarının təqdim etdikləri öz ölkələrinin tarixinə, mədəniyyətinə və incəsənətinə, ədəbiyyatına dair kitabları əhatə edən ekspozisiyalar və onların qarşısında həmin ölkələrə dair elektron məlumat bazalarına və milli kitabxanaların saytlarına birbaşa çıxışları təmin edən kompüterlərin quraşdırılması bu tədbirin dəyərini daha da artırmış oldu. Hər iki tədbirin açılış mərasimlərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da iştirak etdi.

Ötən il kitabxanamız Mədəniyyət Nazirliyi ilə birgə 2016-cı ildən həyata keçirdiyi “Azərbaycan musiqisinin dünyada təbliği” layihəsi çərçivəsində Azərbaycan bəstəkarlarının əsərlərinin və xalq musiqimizin not və səs yazılarını dünyada ən çox yayılmış “Petruçi Musiqi Kitabxanası” saytında yerləşdirdi. İlin sonunadək Müəllif Hüquqları Agentliyinin yaxından dəstəyi ilə 345 Azərbaycan bəstəkarının əsərlərinin və xalq musiqimizin not və səs yazılarının həmin saytda yerləşdirilməsi təmin olundu.

2019-cu ilin oktyabrından Mədəniyyət Nazirliyi ilə birgə Azərbaycan musiqisinin təbliği istiqamətində daha bir layihənin həyata keçirilməsinə start verildi. XX əsrin 50–80-ci illərində Moskvada və Bakıda nəşr olunan not məcmuələrinin “Milli musiqi xəzinəmizdən”(Azərbaycan Milli Kitabxanasının fondlarından) layihəsi çərçivəsində yenidən çap olunaraq bütün musiqi və incəsənət məktəblərinə və kitabxanalara göndərilməsi işlərinə başlanıldı. İndiyədək görkəmli Azərbaycan bəstəkarları F.Əmirovun, T.Quliyevin, V.Adıgözəlovun, E.Nəzirovanın və digər bəstəkarlarımızın fortepiano üçün not məcmuələri nəşr olunaraq müvafiq ünvanlara göndərilməsi təmin edilib .

 

Kərim Tahirov,

M.F.Axundzadə adına Milli Kitabxananın direktoru, professor

Xalq qəzeti.-2020.-11 yanvar.-S.6.