Azərbaycan bu gün Avrasiyanın mühüm nəqliyyat mərkəzlərindən biridir

Azərbaycan region üçün vacib layihələrin təşəbbüskarı olmaqla yanaşı, həm də Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi vacib beynəlxalq layihələrin əsas həmicraçısı, beynəlxalq nəqliyyat dəhlizlərində daşımaların, o cümlədən multimodal infrastrukturun təşviqinə dəstək verən Şərq-Qərb və Cənub-Qərb avtomobil yolları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər yerli layihələrin ­icraçısıdır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Prezidenti İlham Əliyev ötən il dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində 2019-cu ildə nəqliyyat sektoru istiqamətində regional əməkdaşlıqla bağlı görülən işləri müsbət qiymətləndirdiyini bildirib. Qeyd edib ki, Azərbaycan keçən il ərzində artıq mövcud olan nəqliyyat infrastrukturundan çox səmərəli şəkildə istifadə edib. Əvvəlki dövrlərdə yaradılan nəqliyyat infrastrukturu ölkəmizə əməkdaşlığın miqyasını genişləndirmək ­imkanı verib.

Dövlətimizin başçısı, həmçinin Bakı-Tbilisi-Qars layihəsinin yekunlaşdığını, bu yol üzərində yüklərin uğurla qəbul edildiyiniötürüldüyünü, artıq Əfqanıstan-Türkmənistan–Azərbaycan–Avropa dəmir yolu xətlərinin birləşdiyini, eyni zamanda, Rusiyadan da Azərbaycan üzərindən Türkiyəyə yüklərin daşınmasına başlandığını diqqətə çatdırıb.

Prezident İlham Əliyev daha sonra deyib: “Biz İrandan da Avropa istiqamətinə Azərbaycan üzərindən yükləri gözləyirik. Bildiyiniz kimi, Şimal-Cənub nəqliyyat dəhlizində də Azərbaycan çox fəal iştirak edir. Biz öz ərazimizdə bu dəhlizlə bağlı bütün işləri başa vurmuşuq. Ona görə bütün bu addımların nəticəsində Azərbaycan – açıq dənizlərə çıxışı olmayan bir ölkə beynəlxalq, yəni Avrasiya nəqliyyat mərkəzlərinin birinə çevrilibdir”.

Yeri gəlmişkən, son 16 il ərzində inkişaf edən infrastruktur sahələrindən biri kimi nəqliyyat sektoruna irihəcmli investisiyaların yönəldilməsi nəticəsində hava limanları, körpülər, tunellər və yol qovşaqlarının tikilməsi, yeni avtomobil və dəmir yollarının çəkilməsi, yenidən qurulması ilə bağlı mühüm işlər görülüb.

Tranzit potensialının reallaşdırılması istiqamətində də irimiqyaslı layihələr həyata keçirilib, o cümlədən Avropa-Qafqaz-Asiya (TRASECA) nəqliyyat dəhlizinin fəaliyyəti güclənib, Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilib, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı olub, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilib.

Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də ötən dövrdə digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı şərait yaradıb, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına nail olub.

Hazırda dünyanın bir sıra ölkələri tərəfindən Azərbaycanın tranzit imkanları yüksək qiymətləndirilir. Məsələn, ÇinAvropa arasında yükdaşımalarda Şərq-Qərb marşrutundanonun tərkib hissəsi kimi Azərbaycanın nəqliyyat-tranzit potensialından istifadə edilməsi vaxt və maliyyə baxımından daha sərfəli olduğu bildirilir. Ona görə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması ölkəmizin mühüm tranzit uğurlarından sayılır. Bu marşrut 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının birgə təşəbbüsü ilə yaradılıb. Daha sonra Ukrayna, Rumıniya və Polşanın da aidiyyəti qurumları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulub. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır.

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan bu gün regionun mühüm nəqliyyat və logistika mərkəzi kimi tanınır. Avropa İttifaqı ölkələri ilə bu sahədə uğurlu əməkdaşlıq həyata keçirilir. Ölkəmizin ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri yükdaşımalar üçün məsafə və müddət baxımından olduqca əlverişlidir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması, müasir gəmiqayırma zavodu, müasir standartlara cavab verən avtomobil yolları həmin nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir. Bu imkanlar fonunda tranzit yüklərin həcmi də getdikcə əhəmiyyətli dərəcədə artır. Statistik göstəricilər də bu fikri təsdiqləyir. Belə ki, 2018-ci ilin yanvar-noyabr aylarında təkcə dəmir yolu ilə təqribən 15 milyon ton yük daşınıb. 2019-cu ildə isə yükdaşımaların həcmi 13 milyon 950 min ton olub. Keçən il daşınan yüklərin əksəriyyəti tranzit yüklərdir.

 

Qeyd edək ki, 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti hazırda AsiyaAvropa arasında vacib logistik bağlantıdır. Bu, həm də beynəlxalq əməkdaşlıq formatı yaradır, xalqları və ölkələri bir-birinə bağlayır, sülh və sabitliyə xidmət edir. Mətbuata müsahibəsində Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi bütün tərəflər üçün sərfəlidir. Lakin Rusiyadan Aralıq dənizindəki Mersin limanınadək daşımalar da Rusiya üçün yaxşı perspektivlər açacaq. Çünki bu ölkənin iqtisadiyyatı üçün Avropaya yükdaşımalarında marşrutların diversifikasiyası böyük maraq kəsb edir. Rusiyanın yükdaşımalarının 80 faizi Türkiyə ərazisinə dənizlə həyata keçirilir. Qalanları isə avtomobil nəqliyyatı vasitəsilə reallaşdırılır. Amma indiyədək dəmir yolu ilə yükdaşımaları olmayıb. Lakin Azərbaycanın sayəsində bu marşrutla da yüklər daşınacaq və yaxın iki il ərzində yükdaşımaların həcmini 500 min tona çatdırmaq mümkün olacaq. Azərbaycanın nəqliyyat infrastrukturu bütün maraqlı ölkələrə böyük tranzit imkanları yaradır.

Azərbaycan rəhbərliyi hazırda ölkəmizin coğrafi mövqeyi və yuxarıda qeyd olunan nəqliyyat-tranzit infrastrukturundan səmərəli istifadə etməklə, regiondadünyada yük daşımalarında mövqeyinin daha da yüksəlməsinə nail olmaq üçün ciddi aparır. Təbii ki, bu istiqamətdə dünyanın ikinci iqtisadiyyatına malik olan Çin ilə əlaqələr xüsusi əhəmiyyətə malikdir.

Dünyanın ən böyük ixracatçısı və ən böyük ikinci idxalçı ölkəsi olan Çin özünün xarici ticari-iqtisadi əlaqələrini daha da dərinləşdirməkdən ötrü irəli sürdüyüBir kəmər, bir yol” strategiyası Azərbaycan üçünyeni əməkdaşlıq imkanları yaradır. Azərbaycan Çinin bu yeni təşəbbüsünün əməkdaşlıq, birgə inkişaf üçün yaratdığı imkanları düzgün qiymətləndirən, strategiyanı dəstəkləyən ilk ölkələrdən biri olub.

Onu da vurğulayaq ki, Azərbaycan müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla mühüm nəqliyyat mərkəzinə çevrilməklə bərabər, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığı genişləndirir. Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında münasibətlərin dərinləşdirilməsinə xidmət edir. Bir kəmər, bir yol” təşəbbüsü də nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edirAvrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində salınan, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla yaradılan Azad Ticarət Zonasının da Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi əhəmiyyəti danılmazdır. Azad Ticarət Zonası beynəlxalq yükdaşıma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynamaqla yanaşı, yerli istehsalın təşviqi, “Made in Azerbaijanbrendinin dünya üzrə tanınmasında müstəsna xidmət göstərəcək. Bu zonanın regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Rusiya və Türkiyənin bir hissəsinin daxil olduğu və 130 milyon insanı əhatə edən bir bazara xidmət göstərməsi planlaşdırılır.

Bakı Beynəlxalq Dəniz Limanı ilə bağlı bir məqamı da xatırlatmaq istərdik. Qazaxıstanın Kurık Liman Bərə Kompleksi vasitəsilə indiyədək dörd milyon tondan çox yük daşınıb. Limanda hər gün yüklərin daşınması üçün eyni vaxtda dördya səkkiz bərədən istifadə edilir. Keçən ilin on bir ayında liman vasitəsilə 1,2 milyon tondan çox müxtəlif yük daşınıb. Yüklərdən 760 min tonu idxal, 485 min tonu isə ixrac yönümlü olub.

Bu liman vasitəsilə taxıl, kömür, neft məhsulları, gübrələr, kimyəvi maddələr ixrac, ərzaq, sənaye avadanlıqları, tikinti materialları digər mallar isə idxal olunur. Limana yüklər Çin Mərkəzi Asiya ölkələrindən gəlir, onların əksəriyyəti tranzit yüklərdir. Yüklər Kurık Limanından Xəzər dənizi vasitəsilə AzərbaycanaBakı Limanına, oradan isə Gürcüstan, Türkiyə Avropa ölkələrinə göndərilir.

Qeyd edək ki, hazırda limandan Azərbaycana müntəzəm daşımalar mövcuddur. Ələt-Kurık-Ələt istiqamətində yükdaşımalar həyata keçirilir.

Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yaradılması prosesi artıq son mərhələyə qədəm qoyub. Bu dəhlizin önəmli hissəsi olan Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilib. Azərbaycan, eyni zamanda, İran ərazisində Astara-Rəşt-Qəzvin dəmir yolunun tikintisinin maliyyələşdirilməsində də iştirak edir. Azərbaycan İran tərəfinə Astara-Rəşt dəmir yolunun tikintisi və avadanlıqla təchiz olunması layihəsi üzrə 500 milyon dollar dəyərində kreditin ayrılmasını nəzərdə tutub.

Gələcəkdə Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası nəzərdə tutulur. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır. Bundan Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə, Avropa ölkələri, Çin, Qazaxıstan və digər Orta Asiya respublikaları istifadə edəcəklər.

Azərbaycanda son illər ərzində ölkənin müxtəlif bölgələrində yeni beynəlxalq aeroportların istifadəyə verilməsi, yeni yolların salınması, regional layihələrin icrasında aparıcı rol oynaması Azərbaycanın məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çevirir.

 

Xalq qəzeti.-2020.-18 yanvar.-S.1;3.