“Turizm Reyestrinin
aparılma Qaydası”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 16
Bakı şəhəri,
23 yanvar 2020-ci il
“Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamının 3.2-1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
“Turizm Reyestrinin aparılma
Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda
dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il
24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “İcra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının hazırlanması və qəbul
edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə
uyğun edilə bilər.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının
Baş Naziri
Xalq qəzeti.- 2020.- 26 yanvar.-S.2.