Yuxarı BaşDövlət tarix-memarlıq qoruğuna milli qoruq statusunun verilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 18 

  Bakı şəhəri, 24 yanvar 2020-ci il

 

 Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqındaAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 yanvar tarixli 1718 nömrəli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Yuxarı BaşDövlət tarix-memarlıq qoruğuna milli qoruq statusu verilsin.

2. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2020.- 26 yanvar.- S.2.