Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı bəzi məsələlər haqqında” 1999-cu il 12 yanvar tarixli 5 nömrəli, “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli, “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 1 may tarixli 125 nömrəli, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 40 nömrəli, “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 41 nömrəli, “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 11 iyul tarixli 285 nömrəli və “Lisenziyaya icazə verən orqanların lisenziyaya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər”in, “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər”in və “İnformasiya sistemlərinin “Lisenziyalar və icazələr” portalına inteqrasiyası üçün texniki tələblər”in təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 615 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 75              Bakı şəhəri, 19 mart 2021-ci il

 

 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 noyabr tarixli 192-VIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 1, maddə 46; 2008, ¹ 2, maddə 130; 2017, ¹ 9, maddə 1761; 2019, ¹ 3, maddə 512) ilə təsdiq edilmişXarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. dördüncü abzasdaekvivalent olmasını” sözləri “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını” sözləri ilə əvəz edilsin;

1.2. yeddinci abzasdaDiplomun ekvivalentliyi” sözləri “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 11, maddə 1072, ¹ 12, maddə 1247; 2012, ¹ 1, maddə 40, ¹ 3, maddə 256, ¹ 10, maddə 1016, ¹ 11, maddə 1207; 2013, ¹ 6, maddələr 745, 757, ¹ 7, maddə 868, ¹ 8, maddələr 1005, 1018, ¹ 11, maddə 1466, ¹ 12, maddə 1639; 2014, ¹ 1, maddə 69, ¹ 2, maddələr 191, 201, 207, ¹ 3, maddələr 307, 317, ¹ 4, maddə 449, ¹ 5, maddə 560, ¹ 6, maddələr 733, 747, ¹ 7, maddələr 920, 953, ¹ 10, maddələr 1287, 1319, ¹ 11, maddələr 1505, 1506, ¹ 12, maddə 1656; 2015, ¹ 1, maddə 71, ¹ 4, maddə 465, ¹ 5, maddə 609, ¹ 6, maddə 790, ¹ 7, maddə 893, ¹ 11, maddələr 1415, 1421, ¹ 12, maddə 1573; 2016, ¹ 2 (II kitab), maddələr 367, 384, ¹ 4, maddələr 774, 830, ¹ 5, maddə 955, ¹ 7, maddələr 1340, 1355, 1358, ¹ 8, maddələr 1446, 1448, ¹ 9, maddə 1578, ¹ 11, maddə 1928, ¹ 12, maddələr 2219, 2233; 2017, ¹ 2, maddə 277, ¹ 4, maddə 624, ¹ 5, maddələr 972, 986, ¹ 6, maddə 1247, ¹ 7, maddələr 1479, 1484, ¹ 9, maddələr 1720, 1725, 1754, ¹ 10, maddələr 1898, 1926, 1930, ¹ 11, maddələr 2162, 2180; 2018, ¹ 3, maddə 620, ¹ 4, maddələr 835, 1139, ¹ 7 (II kitab), maddə 1638, ¹ 8, maddə 1806, ¹ 10, maddələr 2141, 2162, 2177, ¹ 11, maddələr 2438, 2463, ¹ 12 (II kitab), maddələr 2724, 2733, 2740; 2019, ¹ 1, maddə 159, ¹ 3, maddə 565, ¹ 4, maddələr 763, 781, ¹ 7, maddə 1334) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nın 13.6-cı bəndində “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiyası)” sözləri “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasının” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 5, maddə 613; 2016, ¹ 6, maddə 1200, ¹ 12, maddə 2239; 2017, ¹ 4, maddə 671; 2018, ¹ 11, maddə 2430, ¹ 12 (II kitab), maddə 2741; 2019, ¹ 2, maddə 357) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 2.5-ci bəndində “təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmişXarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun” sözləri “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələri ilə müəyyən olunmuş qaydada” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 2, maddə 293; 2018, ¹ 2, maddə 352, ¹ 4, maddə 818; 2019, ¹ 3, maddə 517, ¹ 7, maddə 1356; 2020, ¹ 1, maddə 64) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 2.1.3-cü yarımbəndində “ixtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini” sözləri “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 2, maddə 294; 2018, ¹ 4, maddə 819, ¹ 11, maddə 2432; 2019, ¹ 3, maddə 517, ¹ 12, maddə 2071; 2020, ¹ 11, maddə 1409) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.2-ci bənddə “ixtisası nostrifikasiya edilmiş” sözləri “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınmış” sözləri ilə əvəz edilsin;

5.2. 2.1.3-cü yarımbənddə “ixtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini” sözləri “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 7, maddə 1482, ¹ 10, maddə 1906, ¹ 11, maddə 2177; 2018, ¹ 11, maddə 2432, ¹ 12 (II kitab), maddə 2730; 2019, ¹ 12, maddələr 2080, 2099) ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavə - “Dövlət qulluğu üzrə müraciət Forması”nın 7-ci hissəsində hər üç haldaDiplom xarici dövlətin təhsil müəssisəsi tərəfindən verildiyi və nostrifikasiyası tələb edildiyi halda” sözləri “Diplom xarici dövlətin təhsil müəssisəsi tərəfindən verildiyixarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması tələb edildiyi halda” sözləri ilə, 7.1.5-ci, 7.2.5-ci və 7.3.5-ci yarımbəndlərində “nostrifikasiya şəhadətnaməsinin” sözləri “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair şəhadətnamənin” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 615 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 12 (II kitab), maddə 2560; 2018, ¹ 11, maddə 2433, ¹ 12 (II kitab), maddə 2726; 2019, ¹ 1, maddə 165, ¹ 3, maddələr 558, 566) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər”in 8.2-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

7.1. “İnformasiya sisteminin adı” sütununda “tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarının sahibləri” sözləri “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınan şəxslər” sözləri ilə əvəz edilsin;

7.2. “İnformasiya sistemindən əldə olunan məlumatlar” sütunundadiplomun nostrifikasiya olunma” sözləri “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” sözləri ilə və “nostrifikasiyadan sonra verilmiş” sözləri “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair” sözləri ilə əvəz edilsin.

 

 

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Xalq qəzeti 2021.- 1 aprel.- S.6.