Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
14 may tarixli 146
nömrəli Qərarı ilə təsdiq edilmiş
“Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi
Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 76 Bakı şəhəri, 19 mart
2021-ci il
“Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2020-ci il 6 oktyabr tarixli 176-VIQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2020-ci il 4 noyabr tarixli 1172 nömrəli
Fərmanının 2.1-ci bəndinin icrasını təmin
etmək məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 146 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve-ricilik Toplusu, 2014, ¹ 5, maddə 573; 2015, ¹ 11, maddə 1418; 2016, ¹ 10, maddə 1711; 2018, ¹ 8, maddə 1803; 2019, ¹ 3, maddə 567) ilə təsdiq edilmiş “Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.2. Mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabat həmin axtarış işlərini aparan şəxs tərəfindən işlərin başa çatdığı vaxtdan 10 (on) gün müddətində sifarişçiyə və Mərkəzə təqdim edilir.”.
2. 3.2-1-ci bənddə “mühəndis-axtarış işləri haqqında tərtib edilmiş proqramın layihəsinin razılaşdırılması və sonradan həmin işlərin nəticələrinə dair hesabata” sözləri “mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabata” sözləri ilə əvəz edilsin.
3. 3.6-cı bənd ləğv edilsin.
4. 3.8-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.8. Bu Qaydaların 3.1-ci, 3.2-ci və 3.3-cü bəndlərinə uyğun olaraq mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabat təqdim edildiyi gündən, həmin texniki hesabata rəy verilməsi tələb olunan hallarda isə rəyin verildiyi gündən 3 (üç) iş günü müddətində Mərkəz tərəfindən elektron formada Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilir. Mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabat, habelə həmin texniki hesabata dair rəy barəsində məlumatlar Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Dövlət məlumat fondunda saxlanılır. Mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabata rəy verilməsi tələb olunan hallarda rəyin verildiyi gündən 3 (üç) iş günü müddətində Mərkəz tərəfindən rəyin bir nüsxəsi kağız formasında sifarişçiyə təqdim edilir.”.
5. 3.11-ci bənddə “razılaşdırılmamış və rəy verilməmiş mühəndis-axtarış sənədləri” sözləri “rəy verilməmiş mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabat” sözləri ilə əvəz edilsin.
Əli
ƏSƏDOV,
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti 2021.- 1 aprel.- S.6.