“Azərbaycan
Respublikasının vahid büdcə təsnifatının
təsdiq edilməsi barədə” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2018-ci il
11 oktyabr tarixli 440
nömrəli Qərarında dəyişiklik edilməsi
haqqında
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
№
74 Bakı şəhəri, 19
mart 2021-ci il
“Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2020-ci il 18 dekabr tarixli 221-VIQD nömrəli Qanununun tətbiqi
ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643, № 6, maddə 784, № 8, maddə 1134, № 9, maddə 1222, № 10, maddə 1273, № 11 maddə 1403, 1408; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 dekabr tarixli 485 nömrəli, 14 dekabr tarixli 494 nömrəli və 2021-ci il 16 fevral tarixli 38 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın 1.1.4.7.3.0-cı yarımbəndində “dövlətlərin” sözü “dövlətlərdə qeydiyyatda olan” sözləri ilə əvəz edilsin.
Əli
ƏSƏDOV,
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti 2021.- 1 aprel.- S.6.