Biz XXI əsrin müharibəsini aparmış və düşməni məhv etmişik

 

Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər.

 

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Fransız yazıçısı və ədəbi tənqidçisi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1921-ci il) Anatol Fransın məşhur ifadələrindən biri də şəxsin qətiyyəti, söylədiyi fikirlərdə nümayiş etdirdiyi mərdlik haqqındadır: “Ən nadir mərdlik – fikir mərdliyidir”. Ədibin fikrincə, siyasətçi, sərkərdə və ya hansısa digər peşə sahibi həyata keçirmək istədiklərini açıq şəkildə deyirsə, fikirləşdiklərini ictimailəşdirirsə, bu, mərdlikdir, həm də nadir mərdlik.

 

Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin qaniçən və qəddar düşmənlərimizə qarşı danışarkən nümayiş etdirdiyi açıq siyasət və mərdanəlik ən yüksək qiymətlərə layiqdir. Mövcudluğu fitnəkarlıq, xəyanət, terror və təxribatlar üzərində qurulmuş ermənilərə və Ermənistan dövlətinə qarşı bu şəkildə ləyaqətli və əxlaqlı mübarizə aparılması İlham Əliyevin türk-azərbaycanlı soy-kökündən, ərsəyə gəldiyi mühitdən, aldığı tərbiyədən və mənimsədiyi mükəmməl təhsildən qaynaqlanır.

Ekspertlər yazırlar ki, o, heç zaman öz çıxış, nitqya müsahibələrində qaranlıq nöqtə saxlamır. Yaxşı bilir ki, danışdıqlarına təkcə ermənilər və ya onların havadarları deyil, bütün dünya qulaq asır. Dünya ictimaiyyətinə, beynəlxalq aləmə isə istənilən məsələ aydın şəkildə çatdırılmalıdır. Dünyaya yalan sırımaq (ermənilər əsrlərdir ki, bu işin uzmanı kimi hamını geridə qoyurlar) zəiflik və günahkarlıq göstəricisidirsə, istənilən məsələ barədə açıq və həqiqəti əks etdirən şəkildə danışmaq isə diplomatik etika, siyasi əxlaq nümunəsidir.

Azərbaycan Prezidentinin reytinqini durmadan artıran məqam onun indi dediklərini üç, beş aydan sonra da məhz ilk variantda dediyi kimi söyləməsidir. Düşmən ölkənin siyasətçiləri isə istənilən müzakirədə dediklərini iki-üç saatdan sonra ya danır, ya da başqa formada dilə gətirirlər.

Hamı görür ki, İlham Əliyev bu günson 17 ildə dediyi fikirlərin üstündə durur: “Mən ... həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq – həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq”.

Dövlət başçımız hansısa bir orta məktəb binasının açılış mərasimində deyirdi ki, biz öz ərazi bütövlüyümüzün bərpasına nail olmaq üçün iqtisadi qüdrətimizi artırır, ordumuzun maddi-texniki bazasını möhkəmləndirir, peşəkarlığını yüksək səviyyəyə qaldırırıq: “Şagird və tələbələrimiz isə yaxşı oxumaqla, vətənpərvərlik nümunəsində tərbiyə olunmaqla ümumi işimizə öz töhfələrini verə bilərlər”. Hamımız şahidik ki, bu tezislər həyatda öz təsdiqini dəfələrlə tapıb.

İndi isə daha ali instansiyalı tədbirdə deyilənlərə diqqət yetirək. Prezident 2020-ci il sentyabrın 24-də– Ermənistanın Azərbaycana qarşı növbəti təxribatından 3 gün əvvəl BMT Baş Assambleyasının videoformatda keçirilən 75-ci sessiyasının ümumi debatlarında demişdi ki, BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının yenilənmiş zaman qrafiki tərtib edilməlidir: “BMT-nin müvafiq təsisatları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına və azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına töhfə verməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr icra edilənə qədər qüvvədədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması isə qəbuledilməzdir”.

Ekspertlərin fikrincə, dövlət başçımızın nümayiş etdirdiyi həmin qətiyyət bir ölkə prezidentininya bir xalqın liderinin daşıdığı məsuliyyətin miqyasından çıxaraq, dünyanın ən mötəbər beynəlxalq təşkilatının təəssübünü çəkən siyasətçinin ifadə etdiyi narahatlıq kimi qiymətləndirilirdi. Prezident İlham Əliyevin həmin tribunadan bu fikirlərin ardınca səsləndirdiyi başqa fikirlər isə bilavasitə Azərbaycan xalqının və dövlətimizin maraqlarını ifadə edirdi: “Ermənistan–Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!”

Azərbaycan Prezidentinin bu qətiyyətinin hansı dərəcədə həqiqət olduğunu 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələri daha açıq şəkildə ortaya qoydu.

Burada cənab Prezidentin 2020-ci il noyabrın 10-da xalqa ünvanladığı müraciətin bir məqamını xüsusilə qabartmaq zərurəti yaranır. Dövlət başçımız Ermənistanın kapitulyasiya aktını imzaladığı barədə xəbəri xalqa çatdırdıqdan dərhal sonra cəbhədə canını fəda etmiş insanları yada saldı. Olduqca böyük qədirbilənlik nümunəsi idi: “Birinci Qarabağİkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu qələbəyə görə onlara borcluyuq. Onlar torpağımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmişişğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik”.

Bəli, biz dedik ki, düşməni torpaqlarımızdan qovacağıq! Dedikqovduq. Çünki xalqımızın mütləq əksəriyyəti başa düşürdü ki, əgər Prezident İlham Əliyev hansısa bir məsələnin həll ediləcəyini deyirsə, deməli bu, mütləq baş verəcək. İş o yerə çatıb ki, erməni ziyalıları da öz hökumətlərinə xəbərdarlıq edirlər ki, Azərbaycanın əsəbləri ilə oynamayın: “Görürsünüz ki, İlham Əliyev dediklərinin hamısını reallaşdırır”.

Dövlət başçımız həmin həqiqəti bu il martın 20-də – Şuşada bayram tonqalını yandırarkən daha açıq şəkildə dilə gətirmişdir: “Biz Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq müstəvidə dünya ictimaiyyətinə çatdırmalı idik və çatdıra bildik. Beynəlxalq təşkilatlarda fəal işləyirdik və bizə sərf edən, həqiqəti əks etdirən, beynəlxalq hüququ əks etdirən, ona əsaslanan vacib qərar-qətnamələri qəbul etdirə bildik. Bu, qələbəmizin hüquqi əsası idi, haqq-ədalətin bərpasının hüquqi əsası idi. Biz iqtisadi güc toplamalı idik və topladıq. Son illər ərzində Azərbaycan qədər sürətlə inkişaf edən ölkə bəlkə də dünyada yoxdur. Biz hərbi güc toplamalı idikbu istiqamət birinci dərəcəli vəzifə idi. Təsadüfi deyil ki, mənim prezidentlik dövrümdə hərbi xərclər hər zaman birinci yerdə idibunu mən deyirdim, bəyan edirdim ki, biz hərbi xərclərimizi bundan sonra da artırmalıyıq. Biz müharibəyə hazırlaşmalıyıq, hazırlaşırıq. Açıq deyirdim bütün dünyayadeyirdim ki, əgər düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz düşməni qovacağıq. Belə də oldu... Bizim müharibəmiz– İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik”.

 

 

İttifaq MİRZƏBƏYLİ

Xalq qəzeti  2021.- 10 aprel.- S.3.