İƏT-lə əlaqələrin gücləndirilməsi əsas prioritetlərimizdəndir

 

Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasına nail olduğu ilk illərdən etibarən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən biri kimi bu təşkilatın fəaliyyətində iştirakına xüsusi əhəmiyyət veriröz xarici siyasət kursunun əsas istiqamətlərindən biri hesab edir. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin də Azərbaycanın haqlı mövqeyini daim dəstəkləmələri ölkəmizdə həmişə təqdirlə qarşılanır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Prezident İlham Əliyev aprelin 8-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edib. Ölkə başçısı Azərbaycan Respublikası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə baş katibiDostluqordeni ilə təltif edib. Dövlət başçımız bu münasibətlə deyib:

– Fürsətdən istifadə edərək, Azərbaycan və Ermənistan arasında münaqişənin həll olunması ilə bağlı Azərbaycana davamlı dəstəyinizə görə sizə minnətdarlığımı bildirmək istəyirəm. Bildiyiniz kimi, münaqişə bizim tərəfimizdən birtərəfli qaydada həll olunub. 44 günlük müharibə Azərbaycan torpaqlarının 30 il davam edən və bir milyondan çox azərbaycanlının iztirabına, şəhər və kəndlərimizin tamamilə dağıdılmasına gətirib çıxaran işğalına son qoydu. İndi əcnəbi jurnalistlər və diplomatlar işğaldan azad olunmuş ərazilərə səfər edəndə onlar görürlər ki, ermənilər hər şeyi dağıdıblar. Bütün şəhərlər, bütün kəndlər, tarixidini məkanlar, məscidlər, qəbiristanlıqlar dağıdılıb. Bu, islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin təzahürüdür. Çünki dəfələrlə dediyim kimi, bizim şəhərlərimiz Birinci Qarabağ müharibəsi ərzində deyil, sonradan işğal dövründə dağıdılıb. Bu, bütün Azərbaycan və İslam irsini Azərbaycanın bu tarixi torpaqlarından silmək və həmin torpaqların mənşəyini dəyişdirmək üçün qəsdən yürüdülən siyasət idi.

Dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən baş katib, dövlət başçısını qələbə münasibəti ilə təbrik edib:

–Cənab Prezident, bu böyük qələbə münasibətilə Sizi təbrik edirəm. Bu, yalnız Sizin deyil, bizim də qələbəmizdir və biz çox xoşbəxtik. Mən Sizin liderliyinizi və səbir nümayiş etdirməyinizi təqdir edirəm. Siz 30 il ərzində torpaqların işğalı məsələsində təmkinlə davrandınız, bunun başqa bir ölkədə ola biləcəyinə inanmıram. Sizin məsələniz haqq işi iditorpaqlar sizin idi, beynəlxalq hüquq tərəfinizdə idi, İslam Əməkdaşlıq Təşkilatı yanınızda idionun qətnamələri sizi dəstəkləyirdi. Burada söhbət ölkənizin ərazisinin 20 faizindən, Azərbaycanın böyük bir hissəsindən gedir. Allaha şükürlər olsun ki, Sizin müdrikliyiniz və təmkinliyiniz öz bəhrəsini verdi və məsələ müsbət həll olundu.

Həmçinin, bu günlərdə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavrsa Sengendo Ağdama səfər edib. Səfər zamanı Sengendo Kavrsa belə bəyanat verib: “İƏT hər zaman Azərbaycanın torpaqlarını azad etmək hüququnu tanıyıb və bunu ədalətli mövqe kimi qəbul edib. Öz qətnamələrində bunu Azərbaycanın haqqı olaraq tanıyıb. İƏT-ə üzv olan ölkələr Azərbaycana hər zaman dəstək göstərib. İndi biz bu ərazilərin azad olduğunu görürük. Amma mən Allaha dua edirəm ki, burada həyatını itirmiş şəxslərə cənnəti nəsib etsin. Eyni zamanda, İƏT-ə üzv olan dövlətləri bu ərazilərin yenidən qurulmasına və bərpa işlərinə qatılmağa çağırıram. Ümidvaram ki, onlar dəstək verməyə davam edəcəklər. Allah bundan sonra da Azərbaycana sülh nəsib etsin. Kifayət qədər görüləsi var. İƏT hər zaman Azərbaycanın yanında olacaq.”

Biz bu dəstəyi əvvəllər də hiss etmişik. İƏT-lə Azərbaycan əlaqələri keçən əsrin 90-cı illərindən başlamış və zaman keçdikcə daha da qüvvətlənmişdir. İslam Əməkdaşlıq Təşkilatı İslam ölkələrinin ortaq maraqlarını müdafiə edən, bu ölkələrin üzləşdikləri problemlərin aradan qaldırılması naminə müvafiq addımlar atan beynəlxalq təşkilatdır. Təşkilatın əsas funksiyalarından biri də, üzv dövlətlər arasında qarşılıqlı iqtisadi-siyasi əlaqələri gücləndirməkdir. Dünya arenasında, xüsusən də İslam coğrafiyasında qarşılaşdıqları müxtəlif çətinliklər zamanı üzv dövlətlərin haqlı mövqeyinin müdafiəsində səylərin birləşdirilməsi, regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq İƏT-in başlıca amallarındandır.

1969-cu ildə Rabatda (Mərakeş) yaradılan təşkilata Azərbaycan 1991-ci ildə üzv qəbul edilmişdir. Müstəqillik qazandıqdan sonra kommunikasiya blokadasında olan Azərbaycanın bu təşkilata üzv olması, beynəlxalq arenada ölkənin haqlarının müdafiə olunması, həmçinin tanınması sarıdan mühüm əhəmiyyət kəsb edirdi. Ölkəmiz üzv olduğu ildən etibarən Azərbaycan, İƏT-in fəal üzvlərindən biri kimi fəaliyyət göstərmişdir. Azərbaycan daim İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi olduqca fəal rol oynamağadünyada İslam həmrəyliyi işinə töhfə verməyə çalışır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın İƏT ilə əlaqələri daha da güclənib.

Bu mənada, 2004-cü ildə təşkilatın Gənclər Forumunun təsis yığıncağı Azərbaycanda keçirilib. 2018-ci il İƏT Gənclər və idman nazirlərinin IV konfransı zamanı ölkə başçısı Azərbaycanın təşkilat çərçivəsində qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrdən bəhs edib: “İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələr Azərbaycanın böyük İslam sivilizasiyasının təşəkkülündə özünəməxsus mövqeyinə diqqəti bir daha yönəltmişdir.

Azərbaycan İslam ölkələri gənclərinin həmrəyliyinin möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlayır. Bizim təşəbbüsümüzlə Bakıda 2004-cü ildə İslam Əməkdaşlıq Təşkilatı tarixində ilk dəfə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu təsis edilmişforumun birinci iclası da burada keçirilmişdir”.

Ölkəmiz idman sahəsindəki əməkdaşlığı da xalqlarımız arasında həmrəyliyin mühüm amillərindən biri hesab edərək, bu istiqamətdə mühüm addımlar atmışdır. Azərbaycan “İslam həmrəyliyi ili”ndə 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmiş, bu oyunların beynəlxalq standartlara tam uyğun və mütəşəkkil keçirilməsinə nail olmuşdur. İƏT-lə qarşılıqlı əlaqələrin gücləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biridir. Təşkilat daim Ermənistanın Azərbaycana qarşı olan qəsbkar mövqeyini pisləyib və onu təcavüzkar dövlət kimi qəbul edib. İstər müharibədən əvvəlki dövr, istərsə də 44 günlük müharibədə Azərbaycanın haqlı mübarizəsini dəstəkləyən təşkilat dəfələrlə Ermənistan əleyhinə qətnamələr qəbul edib. İlk dəfə İƏT-in Xarici İşlər Nazirləri Şurasının Kəraçidə keçirilən sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü müvafiq qətnamə ilə ittiham olunub. Prezident İlham Əliyev 2004-cü ildə ərəb ölkələrinə səfəri zamanı o vaxtkı adi ilə İKT-ni BMT-də də Ermənistanın Azərbaycana qarşı təcavüzünə qarşı həmrəyliyə çağırıb.

Qarşılıqlı əlaqələrin güclənməsi fonunda İKT-in Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyası 2006-cı ildə Bakıda keçirilmişdir. İKT-nin Bakı sessiyası zamanı qəbul edilən Bakı bəyannaməsinin 14-cü maddəsində təşkilatın üzvləri tərəfindən Ermənistanın Azərbaycana təcavüzü bir daha pislənilib və adı çəkilən ölkənin silahlı qüvvələrinin hüquqi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilib. Bundan əlavə, işğal olunan ərazilərdə özbaşına erməni əhalinin məskunlaşdırılmasına, təbii ehtiyatların qanunsuz istismar edilməsinə etiraz bildirilib. Həmin il Heydər Əliyev Fondunda keçirilən görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ISESCO-nun prezidenti Osman əl-Tveycri tərəfindən ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Mehriban Əliyeva İslam ölkələrində təhsilin, səhiyyənin, qarşılıqlı əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə bu məqama layiq görülüb.

Ümumuilikdə, İƏT-ə üzv olan dövlətlərin hökumət başçılarının zirvə görüşlərində, o cümlədən, Xarici İşlər nazirləri səviyyəsində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair çoxsaylı qətnamələr qəbul olunub.

Bu qətnamələrə misal olaraq doqquzuncu Zirvə Görüşündə (Doha, Qətər) qəbul olunmuş “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında” qətnaməni, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında” qətnamələri, onuncu Zirvə Görüşündə (Putrajaya, Malayziyada) qəbul olunmuş “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” qətnaməni, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında” qətnaməni, mədəniyyət məsələləri mövzusuna dair Mədəniyyət və İslam işləri üzrə qətnamələrin “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında” qətnaməni, on birinci Zirvə Görüşündə (Dakar, Seneqal Respublikası) qəbul olunmuş “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqındaqətnaməni, “Üzv dövlətlərə və İKT-yə üzv olmayan ölkələrə və müsəlman icmalarına iqtisadi yardım edilməsinə aid fəaliyyət haqqında” qətnaməsinin “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” bölməsini, mədəniyyət və sosial məsələlər üzrə qətnamələrdə “İslam müqəddəs yerlərinin müdafiəsi haqqında” qətnaməni qeyd etmək olar.

Həmçinin, ötən il noyabrın 27-28-də Niger Respublikasının paytaxtı Niamey şəhərində İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasını 47-ci iclası zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı siyasi, iqtisadi və mədəni məsələlərlə əlaqəli qətnamələr qəbul olunub. İƏT tərəfindən hər il qəbul edilən bu qətnamələrə yaranmış yeni vəziyyətə uyğun olaraq yeni müddəalar əlavə edilib.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnamədə 2020-ci il 27 sentyabr tarixində Ermənistanın ölkəmizə qarşı yeni təcavüzü, təcavüz zamanı mülki şəxslərə və milli infrastruktura böyük ziyanın vurulması, habelə cəbhə bölgəsindən kənarda yerləşən Gəncə, Bərdə, Tərtər şəhərlərinin, xüsusən insanların sıx məskunlaşdığı nöqtələrinin ağır artilleriya, ballistikkaset raketləri hücumuna məruz qalması birmənalı olaraq pislənilib. Mülki əhaliyə qarşı həyata keçirilən aktlar müharibə cinayəti kimi qiymətləndirilib. Sənəddə Azərbaycanın əks-hücum əməliyyatları nəticəsində işğal olunmuş ərazilərinin böyük hissəsini azad etməsi və hərbi əməliyyatların dayandırılması ilə bağlı 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı üzv ölkələr tərəfindən alqışlanıb. İclasda, həmçinin “Azərbaycan Respublikasına iqtisadi yardım” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəni ziyarətgahlarının dağıdılması və təhqir edilməsi” adlı qətnamələr qəbul olunub. Qətnamələr İƏT-in 57 üzv ölkəsi tərəfindən təsdiq edilib.

 

İmran ƏLİYEV

Xalq qəzeti  2021.- 10 aprel.- S.4.