Dünyanın diqqəti Azərbaycanın yaratdığı yeni reallığa yönəlib

 

Ermənilər xain millətdir! Tarix boyu, müxtəlif dövrlərdə xislətlərini gizlətməyə çalışsalar belə, 2020-ci ildə bütün dünya erməniliyin üzünün şahidi oldu. Həmçinin ötən ili müstəqillik tariximizin ən əlamətdar ili hesab etmək olar. Şanlı ordumuz erməni əsarətində olan tarixi torpaqlarımızı işğaldan azad etdi. Ərazi bütövlüyümüz bərpa olundu. Müharibə bitdi. Mütləq zəfər qazanıldı. Azərbaycan Ordusu bölgəyə sülh, əmin-amanlıq gətirdi.

Azərbaycan xalqı uzun illər torpaqlarının işğaldan azad ediləcəyini gözləyib. Ölkəmiz münaqişənin həlli naminə hər zaman sülhün tərəftarı olub. Lakin yaşanan hadisələr bu problemin sülh yolu ilə həllinin mümkün olmadığını göstərirdi ki, Azərbaycan bu vəziyyəti öz xeyrinə çevirməyi bacardı.

Münaqişənin danışıqlar yolu ilə həll edilməməsinin ən başlıca səbəbi Ermənistanın ikiüzlü siyasəti idi. Prezident İlham Əliyevin dediyi kimi, bizim dövlət və xalq səviyyəsində danışıqların müsbət nəticələnəcəyinə inamımız var idi. Ölkə başçımız prezidentliyinin ilk illərində özününqeyd etdiyi kimi, böyük siyasətin riyakar üzünü görməmişdi. Bizi müxtəlif yalanlara inandırmağa çalışırdılar. Hələ kriminal xunta rejiminin keçmiş başçısı Sarkisyan, onlar üçün rüsvayçılıqla nəticələnən Aprel döyüşlərindən sonra söz vermişdi ki, torpaqlarımızı qısa müddət ərzində boşaldacaqlar. Biz Ermənistana dəfələrlə şans verdik. 2018-ci ildə Naxçıvan hadisələri zamanı yenə onlara dərs verdik. Bu ermənilər üçün bir xəbərdarlıq siqnalı idi. Çünki Azərbaycan Ordusu onlara göstərdi ki, bu məsələnin axırı Ermənistan üçün yaxşı bitməyəcək. Lakin bundan da dərs almadılar. Daha sonra baş verənlər isə hər kəsə məlumdur. Yeni hakimiyyət gəldi, yalançıların adı dəyişdi, amma mahiyyət olduğu kimi qaldı. Bütün bunlardan sonra Azərbaycan özünə aid olanları canı, qanı və dəmir yumruğunun gücünə geri aldı.

Torpaqların azad edilməsi bir xalqın illər boyu çəkdiyi həsrətin sonu idisə, digər tərəfdən erməni vandalizminin işıq üzünə çıxması demək idi. İşğaldan azad edilən hər rayon, hər kənd, hər küçə burada baş verənlərin canlı şahidi, erməni vəhşiliklərinin əyani subutudur. Düşmənin torpaqlarımızda törətdiyi cinayətlər gün işığına çıxdıqca, dünyada erməni millətinə qarşı mövcud olan, yalanlarla yaradılmış saxta miflər də öz inandırıcılığını itirməyə başladı. Hansı ki, mənfur düşmən əsrlər boyu nəinki dünyanı, hətta özünü də inandırmışdı ki, erməni xalqı məzlum xalqdır. Saxtalaşdırırılmış həqiqətləri dünyaya reallıq kimi çatdırmağı, əl açıb kömək diləməyi peşə halına gətirmiş düşmənin saman altından yeritdiyi bütün yalanlar bir-bir aşkara çıxdı.

Qanunsuz yollarla işğal etdikləri torpaqlardan bir xalqın tarixini, irsini, qanını silməyə çalışan barbar düşmən bu illər boyu anlaya bilmədi ki, daş yerində ağırdır. Gec-tez haqq yerini tapacaq və Azərbaycan xalqı öz ata-baba torpaqlarına qayıdacaq.

Torpaqlarımızın azad olması ilə birlikdə üzə çıxan faktlar bu zamana qədər Azərbaycanın hayqıraraq, dünyaya çatdırmaq istədiyi həqiqətlərin sübutu idi. Ermənipərəst dövlət və təşkilatlar qəbul etməmək üçün ayaq dirəsələr də, məlum oldu ki, erməni xalqı quldur xalqdır. Düşmənin Xocalıda, Kəlbəcərdə, ümumilikdə bütün işğal olunmuş rayon və şəhərlərimizdə törətdiyi vəhşiliklərin şahidi olan xalqımız üçün təəccüb doğurmasa da, ortaya çıxan mənzərə dünya ictimaiyyətini heyrətə gətirdi.

Bölgəyə səfər edən beynəlxalq təşkilatların, xarici media qurumlarının nümayəndələri gördüklərindən dəhşətə gəlir, işğalın həqiqi mahiyyətini başa düşürdülər. Hələ müharibənin davam etdiyi günlərdə, cəbhə bölgəsi ilə heç bir əlaqəsi olmayan, Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə endirilən raket zərbələri onu göstərdi ki, Ermənistanın bu günə qədər sülhlə bağlı ortaya qoyduğu hər şey böyük riyakarlıq nümunəsidir. Şəhərin, xüsusən insanların ən sıx məskunlaşdığı ərazilərinin hədəf seçilməsi isə düşmənin nə qədər aciz durumda olduğunun göstəricisi idi.

Gəncə hadisələri zamanı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə şəhərin atəşə məruz qalmış, dağıdılmış bölgələrinə səfər edən Azərbaycandakı xarici ölkə səfirləri, həmçinin hərbi atteşələrin nümayəndələri düşmənin törətdiyi insanlıq cinayətləri ilə əyani şəkildə tanış oldu.

Aydın məsələdir ki, müasir dövrdə media müharibələrinin ön plana çıxdığı vaxtda, bu səfərlər, həqiqətlərin dünyaya çatdırılması üçün önəmli əhəmiyyət kəsb edirdi. Hadisə ilə yerində tanış olan xarici ölkə nümayəndələri qərəzli mediada nümayiş etdirilən ermənipərəst məlumatların tam yalan olduğunu öz gözləri ilə görmüş oldular.

Ağdama səfər zamanı gördüklərindən dəhşətə gələn qambiyalı diplomatın “Bura ruhlar şəhərinə bənzəyir” ifadəsi, əslində, işğal zamanı və sonrakı illərdə bölgədə törədilən quldurluğun qısa bir icmalı idi.

Yeri gəlmişkən, aprel ayının 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda Prezident İlham Əliyev xarici qonaqların suallarını cavablandırarkən bəzi önəmli məsələlərə aydınlıq gətirdi. Regionun gələcəyi ilə bağlı həyata keçirilməsi planlaşdırılan layihələrdən bəhs edən Prezident İlham Əliyev, münaqişənin bitməsi ilə bölgədə yaranan vəziyyətin həssaslığından danışdı. Konfrans iştirakçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bölgədə yaranan yeni siyasi-iqtisadi reallıqla bağlı suallar səsləndirdilər. Pakistanın QlobalStrateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm bildirib ki, konfrans, Facebook vasitəsi ilə Pakistanda da canlı yayımlanır. Çox sayda gənc bu konfransı izləyir. Onlar yazırlar ki, Azərbaycan Prezidentinin liderliyi təkcə azərbaycanlı gənclər üçün yox, həmçinin pakistanlı gənclər üçünmotivasiya mənbəyidir.

Bundan sonra da çalışmalıyıq ki, bütün dünya ictimaiyyətinin diqqəti bu ərazilərə yönəlsin. Əlbəttə, bunun üçün müvafiq addımlar atılır. Hətta Prezident İlham Əliyev bu günlərdə bildirdi ki, biz bu torpaqlara həyatı qaytaracağıq. İnfrastruktur yenidən qurulacaq, dağıdılan tarixi-mədəni abidələrimiz bərpa ediləcək. Lakin dünyanın burada baş verənləri unutmaması üçün hər rayonda kiçik bir ərazi işğal zamanı baş verənlərin əyani sübutu kimi, olduğu vəziyyətdə saxlanılacaq.

Bu gün Azərbaycan beynəlxalq proserlərdə söz sahibi olan ölkələrdən biridir. Ölkəmiz heç bir sahədə xarici güclərdən asılı deyil. Biz təkcə siyasi cəhətdən deyil, iqtisadi cəhətdən də müstəqillik qazanmışıq.

Aydın məsələdir ki, kənar qüvvələrdən asılı olan bir dövlət XXI əsrin müharibəsini apara bilməzdi. Prezident İlham Əliyev hər zaman olduğu kimi, Hərbi Qənimətlər Parkının açılışındakı çıxışı zamanı da bu məqamı xüsusi qeyd edərək bildirdi ki, qələbəmizin təməlində inkişaf dayanır: Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq.

Biz, inkişaf edərək torpaqlarımızı azad etdik. Çünki inkişaf bizim Qələbəmizin əsasıdır. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, biz bunu təmin etməsəydik, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik”.

Hazırda dünyanı ağuşuna alan COVID-19 virusuna qarşı Azərbaycanda aparılan mübarizə ilk gündən böyük dövlətlərin, o cümlədən Dünya Səhiyyə Təşkilatının təqdirini qazanıb. Azərbaycanın təşəbbüsü ilə pandemiyaya qarşı müxtəlif beynəlxalq tədbirlər keçirilib. Ötən il ölkə başçımızın təklifi ilə BMT Baş Assambleyasının COVID-19-la mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində keçirilən xüsusi sessiyası da bu tədbirlərdən biridir. Bu, onu göstərir ki, Azərbaycan koronavirusla mübarizədə təkcə bölgədə deyil, eləcə də dünyada qabaqcıl ölkələrdəndir. Həmçinin Azərbaycan Qoşulmama Hərəkatına (QH) sədrlik edir. Dünya ölkələrinin çoxunu öz sıralarında birləşdirən QH-yə sədrlik etməsi Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuzun göstəricisidir.

Torpaqlarının işğaldan azad edilməsi ilə birlikdə Azərbaycan Qarabağ regionunun iqtisadi imkanlarına yenidən sahib oldu. II Qarabağ müharibəsindən sonra regionda yeni geosiyasi vəziyyət yarandı. Bu vəziyyətin fonunda əsas istiqamət iqtisadi əlaqələrin bərpa edilməsi olmalıdır. Torpaqlarının işğaldan azad edilməsi ilə birlikdə Azərbaycan Qarabağ regionunun iqtisadi imkanlarına yenidən sahib oldu.

Bu ərazilərdə yeni dəhliz, yeni bağlantı yaranır ki, bu da region dövlətləri üçün, o cümlədən Cənubi Qafqazda “Şimal-Cənub”, “Cənub-Qərb”, “Şərq-Qərb” dəhlizlərinin inkişafı naminə yeni imkanlar deməkdir. Bu iqtisadi bağların möhkəmlənməsi üçün önəmli amillərdən biridir. Əlbəttə, bütün bunlar bölgədə canlanma yaradacaq. Eləcə də, yol-nəqliyyat infrastrukturu layihəsinin həyata keçirilməsi regional inkişafın yeni mərhələsi deməkdir. 10 noyabr müqaviləsi ilə əldə olunan razılıqlar bölgənin kommunikasiya imkanlarının da tezliklə bərpa edilməsi deməkdir.

 

İmran ƏLİYEV

Xalq qəzeti  2021.- 15 aprel.- S.4.