Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

¹ 100          Bakı şəhəri, 19 aprel 2021-ci il

 

Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmişYoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 9, maddələr 1209, 1231, ¹ 10, maddələr 1274, 1275, 1278, 1283, 1298, 1314, 1315,

¹ 11, maddələr 1387, 1394; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 dekabr tarixli 484 nömrəli, 8 dekabr tarixli 488 nömrəli, 25 dekabr tarixli 511 nömrəli, 2021-ci il 16 yanvar tarixli 9 nömrəli, 29 yanvar tarixli 23 nömrəli, 3 mart tarixli 48 nömrəli, 19 mart tarixli 71 və 72 nömrəli qərarları) 1.1.15-ci yarımbəndində “8 may saat 00:00-dan 10 may saat 06:00-dək, 15 may saat 00:00-dan 17 may saat 06:00-dək” sözləri “9 may saat 00:00-dan 16 may saat 06:00-dək” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

Xalq qəzeti  2021.- 20 aprel.- S.9.