Azərbaycanın tarixi qələbəsi regional əməkdaşlığa və ümumi inkişafa meydan açıb

 

Azərbaycan Cənubi Qafqazda yaratdığı yeni reallıqlarla həm də regionun tarixində yeni bir səhifə açdı. Artıq region ölklərinin və qonşu dövlətlərin qarşısında tamamilə yeni, daha perspektivli inkişaf istiqamətləri açılıb.

Əlbəttə, bu imkanlardan yararlanmaq üçün növbəti beynəlxalq əməkdaşlığın qurulması lazımdır. Azərbaycan isə hər zaman konstruktiv əməkdaşlığın tərəfdarı olub. Aprelin 13-də ADA Universitetində keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda səslənən fikirlər də bunu bir daha təsdiq etmiş oldu. Azərbaycan xalqı öz qələbəsini dövlətimizin iqtisadisiyasi gücü, eləcə də beynəlxalq nüfuzunun xüsusilə son illər artması nəticəsində əldə etmişdir.

Qarabağ mövzusu həmişə ölkənin bütün mötəbər məclislərinin gündəliklərində olub. Bütün beynəlxalq tədbirlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev Dağlıq Qarabağ məsələsini hər zaman prioritet edibbütün bu illər ərzində dünyanın ən mötəbər kürsülərindən etdiyi bütün çıxışlarında dövlətimizin başçısı bu məsələni daima önə çəkib. Lakin rəsmi İrəvan bütün bu illər ərzində Azərbaycanın dəyişildiyini və gücləndiyini dərk edə bilmədi. Buna görə də indi Ermənistan məğlub və misgin bir ölkəyə çevrilmişdir.

Azərbaycanın qələbəsi isə həm ölkəmizin, həm də regionun inkişafında yeni bir mərhələ açıb. Lakin möhtərəm Prezidentimizindediyi kimi, inkişafın əsası sabitlikdir. İnkişaf üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ehtiyac var. Təbii ki, Azərbaycan riskləri minimallaşdırmaq üçün müvafiq addımlar atacaq. Azərbaycanın Qoşulmama Hərəkatında götürdüyü öhdəliklər və bu əsasla regionda yaratdığı yeni əməkdaşlıqlar dövlətimizin böyük uğurudur. Buraya Türkiyə–İran, Gürcüstan–Türkiyə, Rusiyaİran üçtərəfli əməkdaşlığı daxildir və əməkdaşlıq formatları regional stabilliyə misilsiz töhfədir.

Azərbaycanın indiyədək bütün məsələlərdə konstruktiv mövqe sərgilədiyi və beynəlxalq hüququn tərəfdarı olması konfrans iştirakçıları tərəfindən də birmənalı qəbul edildi. Konfrans iştirakçıları da öz çıxışlarında qeyd etdilər ki, Azərbaycan innovasiya, texnologiyataktika ilə yanaşı, misilsiz cəsarət nəticəsində həlledici qələbə qazanmışdır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təmkinli şəkildə müharibə apardı. Qarşı tərəfin mülki infrastrukturuna zərər və mülki vətəndaşlar arasında itki minimal səviyyədə olmuşdur. Azərbaycan Prezidenti müharibənin hərbi fazasını Şuşadakı qələbəmizdən sonra dayandırmaqla dərin strateji baxış nümayiş etdirdi.

Müharibə zamanı çatdığımız hədəflər, əslində, illər boyu aparılmış danışıqların, ilkin razılaşmaların, 2009-cu ildə razılaşdırılmış baza prinsipləri ilə uzlaşır. İkinci Qarabağ müharibəsinin yenidən qabarıq formada üzə çıxardığı məqamlardan biri də Azərbaycanın, həqiqətən, tolerantmultikultural bir ölkə olmasıdır. Azərbaycan burada yaşayan bütün xalqların doğma Vətənidir və Azərbaycan çoxmillətli ölkədir. Vətən müharibəsi zamanı bütün etnik qruplardan olan insanlar son damla qanlarınadək düşmənə qarşı vuruşublar. Azərbaycan həmişə konstruktiv mövqedə olub, danışıqların simulyasiyasına etiraz edib.

Ölkəmiz münaqişənin həlli yollarının tapılmasında hər zaman maraqlı olub, çünki biz münaqişədən əziyyət çəkən tərəf olmuşuq. Lakin bu gün biz artıq bu çəkdiklərimizin hesabını tələb etmək iqtidarındayıq və bunu edirik. Azərbaycan rəsmi İrəvandan “İsgəndər-M” raketi ilə bağlı açıqlamaları tələb edirbiz bu cavabı alacağıq. Ermənistandan fərqli olaraq Azərbaycan müharibə dövründə də məsuliyyətli ölkə kimi davranıb. Müharibə zamanı hərbi qulluqçularımız tərəfindən bir nəfər belə olsun mülki vətəndaşa zərər yetirilmədi. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması bunun açıq sübutudur.

Bir məqamı da qeyd edim ki, Prezident İlham Əliyevin tarixi həqiqətlərin təhrif olunmasının yolverilməzliyinə dair konfransda səsləndirdiyi fikirlər Ermənistanın bəzi revanşist əhval-ruhiyəli dairələrinə ünvanlanmış sərt xəbərdarlıq mesajı kimi qəbul olunmalıdır. Möhtərəm dövlət başçımızın öz çıxışında toxunduğu tarixin təhrif olunması məsələsi son dərəcə vacib məqamlardan biridir. Bu gün münaqişədən sonrakı mərhələ barədə danışıqlarda iştirak edəcək bütün tərəflər başa düşməlidirlər ki, məhz bizim ərazilərimiz 30 il işğal altında qalıb. Cənab Prezidentimizindediyi kimi, münaqişənin tarixi təhrif olunmadan xalqın yaddaşında qalmalıdır. Xüsusilə gənc nəsil tarixi həqiqətləri olduğu kimi bilməlidir. Gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilməlidir.

Tarixi qələbəmizlə bitən müharibədən keçən 5 ayda Azərbaycan dövləti göstərdi ki, ölkəmiz ümumi gələcək naminə konstruktiv addımlar atmağa hazırdır, lakin Ermənistan ordusu tərəfindən törədilmiş vəhşiliklər də xalqımız tərəfindən heç zaman unudulmayacaq. Birki, əgər Ermənistanda kimlərsə yenə də revanşist şüarlar səsləndirməyə qalxarlarsa, bu, erməni xalqına daha böyük bədbəxtliklərdən başqa heç nə gətirməz.

 

Səttar MÖHBALIYEV

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı

Xalq qəzeti  2021.- 18 aprel.- S.3.