“Əmək şəraiti ağır və
zərərli olan işlərdə və
iqlim şəraitinə görə
işləmək üçün əlverişli
olmayan iş yerlərində
çalışan işçilərin əmək
haqqının yüksək məbləğdə ödənilməsini
təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli
Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 110
Bakı şəhəri,
23 aprel 2021-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 8, maddə 548; 2003, ¹ 4, maddə 225, ¹ 7, maddə 392, ¹ 10, maddə 616; 2004, ¹ 5, maddə 379; 2005, ¹ 9, maddə 853; 2007, ¹ 2, maddə 191; 2008, ¹ 2, maddələr 104, 112, ¹ 6, maddə 584, ¹ 8, maddə 788; 2010, ¹ 4, maddə 361, ¹ 6, maddə 566; 2012, ¹ 3, maddə 265; 2013, ¹ 6, maddə 728, ¹ 8, maddə 1035; 2014, ¹ 6, maddə 728; 2015, ¹ 4, maddə 461, ¹ 10, maddə 1217, ¹ 11, maddə 1418; 2017, ¹ 5, maddə 983) 1 nömrəli əlavə - “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın “Qeyd” hissəsi ləğv edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti
2021.- 27 aprel.- S.5.