“Donor
orqanların götürülməsi, hazırlanması,
saxlanması, daşınması, idxalı və
ixracını həyata keçirən tibb
müəssisələrinin Siyahısı”nın təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 235 Bakı şəhəri, 20
avqust 2021-ci il
“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti
.- 2021.- 22 avqust.- S.2.