Nizami Gəncəvi öz dövrünün elmi nailiyyətlərinə dərindən bələd idi

 

 

Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi öz zəkası və zəhməti ilə bəşəriyyətin fikir salnaməsində yeni mərhələ açmış və misilsiz poetik əsərlər yaratmış nəhəng sənətkardır. Nizami öz dövrünün elmi nailiyyətlərinə dərindən bələd olmuşdur. Onun XII əsrdə elmin müxtəlif sahələrinə aid söylədiyi fikirlər indimüasirdir, aktualdır. Şifahi xalq ədəbiyyatının parlaq incilərindən olan “Kitabi–Dədə Qorqud” dastanında yer alanAta malından nə fayda, başda ağıl olma­sa” kəlamı ulu əcdadlarımızın ağıla, kama­la, elmə münasibətinin aşkar ifadəsidir. Nizami Gəncəvi heyrətamiz bir müdrikliklə deyirdi:

 

Qüvvət elmdədir, başqa cür heç kəs

 

Heç kəsə üstünlük eyləyə bilməz.

 

Qızılı saymada bil ki səhvin var,

 

Dünyanın gözünü ağıl parladar.

 

Bir elmi öyrənmək istədikdə sən

 

Çalış ki, hər şeyi kamil biləsən.

 

Orta əsrlərdə təlqin edilən, dilə gətirilən bu poetik kəlam bu gün aktual səslənir. İndi hansı xalq, ölkə elmdə ön sıralardadırsa, baş­qalarına nümunədir, üstündür.

 

Nizami astronomiya sahəsində tədqiqatçıların gələcəkdə böyük kəşflər, ixtiralar edəcəyini ağıl gözü ilə görərək yazırdı:

 

Hələ açılmamış elm ilə göylər

 

Lakin elm ilə gülür bir səhər.

 

Bu beyt göstərir ki, Nizami uçan apa­ratlar vasitəsilə göy cisimlərinin, kosmosun öyrənilməsinin zaman məsələsi olduğuna dərin inam bəsləyirdi. Şair insanı yaşayaraq yaratmağa, hünər göstərməyə, zəfər çalmağa, vənətpərvər olmağa çağırırdı:

 

Göylərdə yüksəldər hünər, cəsarət səni,

 

Hünərsiz alçalarsan, tapar əsarət səni.

 

Kim hünər köhlənini cilovlaya bilibdir,

 

Diləyin ovlağında ov ovlaya bilibdir.

 

Şairin yaşadığı dövrdə kimya elmində qeyri-elmi floqiston nəzəriyyəsi hökm sürürdü. Bu nəzəriyyəyə görə, bəzi metalları qızdırıb-əritməklə, üzərinə turşu tökməklə, bir-biri ilə qarışdırmaqla qızıla çevirmək mümkündür. Bu qeyri-elmi nəzəriyyəni tənqid edən şair zərgər dəqiqliyi ilə yazmışdır:

 

Hər kim əsl kimyaya verərsə ürək

 

O saxta kimyaya uymasın gərək.

 

Dərin ensiklopedik biliyə malik olan Nizami dörd ünsürün (od, su, torpaq, hava) mahiyyətini düzgün başa düşərək kimyaçıları bir neçə əsr qabaqlayaraq bu qeyri-elmi nəzəriyyənin gələcəkdə tənqid ediləcəyini söyləmişdir.

 

Maraqlıdır ki, Yerin kürə şəklində olmasını, öz oxu ətrafında fırlanmasını, səma cismlərinin hərəkətini, kainatın zamanın əbədiliyini dəqiqliklə bilirdi:

 

Göyün lövhəsində yanar rəqəmlər,

 

O saf ulduzları mən birər-birər,

 

qədər oxuyub öyrəndim heyhat,

 

Yenə qəlbimi görmədim rahat.

 

Saturn planetinin öz hərəkət dairəsiorbi­ti, halqası olduğu Nizamiyə məlum idi. Həmin halqa çox sonralar Avropada Qaliley tərəfindənkəşfedildi. Nizami bu fakt haqqında yazırdı ki, qısa bir müddətdə Saturnun dairəsi, Yer kürəsi ilə bağlı fənləri öyrənib elmlərin ümmanı oldum.

 

Böyük mütəfəkkir göstərirdi ki, hərəkət mad­di varlığın, kainatın ayrılmaz xassəsidir, cazibə hadisəsi isə bütün maddi aləmin əsasında durur:

 

Göyə doğru əyər çox qalxarsa su,

 

Yenə torpaq olur ən son arzusu.

 

Kainatda hər şey cəzbə bağlıdır,

 

Filosoflar bunu eşq adlandırır.

 

Deməli, Nizami Gəncəvi ümumdünya cazibə hadisəsinin maddi aləmin qanunauyğunluğu ol­ması ideyasını ingilis alimi Nyutondan təxminən beş əsr qabaq söyləmişdir.

 

Ölməz şairimiz dərketmə obyekti olan təbiətin sonsuzluğunu bununla əlaqədar biliyimizin kafi olmadığını dəqiq bildiyindən bəşəriyyəti daim axtarşa, elmin qaranlıq sirli nöqtələrini açmağa çağırırdı:

 

Təbiət quranda xilqətimizi

 

Başqa səhifədə yazmışdı bizi.

 

Anlayıb düşünək hər şeyi gərək,

 

Hər sirri açmağa hünər göstərək.

 

O şey ki, bizlərə lap aşikardır,

 

Orada gizli bir xəzinə vardır.

 

Bu misralar dərin məna kəsb edir, müasirdir gələcəyə yönəlik işıq saçır. Bunu fotosintez üzərində izah etsək, onun məna dərinliyinin böyük hikməti üzə çıxır. Doğrudan da, hamımız həyatımızda dəfələrlə ağacın tumurcuq (puçur) əmələ gətirməsini, tumurcuğun böyüyərək kiçik yarpağa çevrilməsini, bu kiçik yarpağın tədricən böyüyərək yaşıl yarpağa döndüyünü nəhayət, saralıb töküldüyünü müşahidə etmişik. Bu hadisə hamıya bəllidir, lakin burada gedən fotosintez prosesi əsrlərdən bəri tədqiq olunur hələ tam öyrənilməmişdir.

 

Yarpaqda ona yaşıllıq verən xlorofil piq­menti ilə yanaşı, bu yaxınlarda kəşf olunmuş sarı rəngli ksantofil narıncı rəngli karotin piqmentləri vardır. Qış yaxınlaşanda xlorofil parçalandığından yarpaq yaşıllığını itirərək sarı ksantofil rənginə (misal üçün çökə, fısdıq, tozağacı yarpaqları) ya karotin rənginə boyanırlar. Rəng çalarlarının bu ya digər formada dəyişməsi isə yarpaqdakı antosian maddəsi ilə hələlik, elmə məlum olmayan digər birləşmələrlə əlaqədardır.

 

Görürsünüzmü, zahirən aşkar olan bu prosesdə daxilən açılmamış qədər gizli xəzinə, elmi-tədqiqat obyekti vardır.

 

Ensiklopedik biliyə malik olan Şeyx Nizami­nin metrologiya elmini dəqiq bildiyi əsərlərindən aydın görünür. Şair ölçmə işlərinə böyük diqqət vermiş dəqiqliyin əsasını onda görmüşdür. Bu barədəİsgəndərnamə”də oxuyuruq:

 

Ölçü-biçi bilsən hər işdə sən

 

Böyük hesabları düz həll edərsən.

 

Şair o vaxtkı şahların nöqsanlarından birini onların dəqiq ölçüləri bilməzliyində görürdü:

 

Bütün bəxti dönmüş şahların əlbət,

 

Ölçü bilməzlikdən olub bəxti bəd.

 

Hökmdar ölçü ilə bəxş edə gərək,

 

Odu da, suyu da güntək, buludtək.

 

Şair o vaxtlar Qafqaza hücum edən ruslara qarşı döyüşə gedən atlıların haqqında yazırdı:

 

Rusa iki ağac qaldığı zaman,

 

Atlardan enərək tutdular məkan.

 

Uzunluq vahidi olan bir ağac 7 kilometrə bərabərdir.

 

Nizami Gəncəviyə tərəzinin həssaslığı, dəqiqlik göstəriciləri məlum imiş. Bunu aşa­ğıdakı beyt təsdiq edir:

 

Bu yerin çox incə tərəzisi var,

 

Bircə arpa onu əyərək pozar.

 

Deməli, bu dəqiq tərəzinin həssaslığı bir arpa ağırlığında imiş.

 

1981-ci ildə ulu öndər Heydər Əliyev Nizami Gəncəvinin 840 illik yubileyini keçirmək haqqın­da Moskvada çıxış etdi. Onda MK-nın ideoloji məsələlər üzrə katibi Mixail Andreyeviç Suslov dedi ki, yaxşı olar ki, 850 illik yubileyi təntənəli keçirilsin. O zaman Heydər Əliyev bildirdi ki, Nizami Gəncəvi bəşəri şairdir, ensiklopedik mütəfəkkirdir, onun yubileyi hər il keçirilməlidir. Bundan sonra SSRİ miqyasında şairin yubileyi təntənəli keçirildi.

 

Nizamiyə görə təbiətdə artıq heç yoxdur, varsa, hamısı öyrənilməli həyatda istifadə olunmalıdır. Bununla əlaqədar o, yazırdı:

 

Sən çalış, yaxşıca öyrən dünyanı,

 

Bəşəri, bitkini, daşı, heyvanı.

 

Avropa alimlərinini bəzilərinin əsərlərində tez-tez epiqraf şəklində verilən FaradeyinMövcudvarsa, hamısı öyrənilməlidir” kəlamı Nizaminin bu ifadəsindən törəyən nəticədən başqa bir şey deyildir. Nizami insanı həyatda son dərəcə ucaldaraq yazırdı:

 

Qısa söz: dünyada nə sən, nə də mən,

 

Oyuncaq deyilik xilqətimizdən.

 

Nə şəhvət, nə yuxu, nə də ki, yemək,

 

Həyatın mənası olmasın gərək.

 

Nizami yaradıcılığında elmə bağlı qiymətli incilər çoxdur. Ümumiyyətlə, böyük sənətkarın əsərləri axtarışa, qələbələrlə dolu həyata gur səslə çağırışdır, büllur kimi çağlayan çeşmədir. Gənclərimiz bu çeşmədən bəhrələnərək həyatda mənalı yaşamağı, yaratmağı öyrənməlidirlər. Dahi Nizaminin dediyi kimi:

 

Səadət kamalla yetişir başa,

 

Xalqa hörmət elə, ədəblə yaşa.

 

Böyük mütəfəkkirin yaradıcılığını təhlil edən unudulmaz şairimiz S.Vurğun yazmışdır: Nizaminin bizim üçün ən böyük əhəmiyyəti və qiyməti şairin demokratikhumanist görüşləridir, onun insana və həyata olan sonsuz eşqi, həyat həqiqətlərinə və insana möhkəm inamı, işıqlı qüvvələrin qaranlıq üzərindəki qələbəsinə inamı, nəhayət, onun zəhmətkeş insanın yaradıcı qüvvəsinə olan inamıdır. Onu da qeyd etmək lazımdır ki, bütün bu yüksək mənəvi keyfiyyətlər, şairin təkcə şəxsi keyfiyyəti deyil, həm də onun mənsub olduğu xalqın nəcib mənəvi keyfiyyətləridir”.

 

Nizami yaradıcılığının böyük tədqiqatçısı, professor Y.Bertels onun şəxsiyyətinə, zəngin irsinə dəyər verərək yazmışdır: “Nizami öz zamanının ən qabaqcıl adamlarını belə ötüb keçmişdir. Onu bədii söz sahəsində dünya epopeyasının yaradıcısı Firdovsi ilə müqayisə etsək deyə bilərik ki, bütün əzəmətinə baxma­yaraq, Firdovsi üzü keçmişə çevrilmişdir. O, keçmişi diriltmək istəyirdi. Elə fərq də bundadır ki, keçmişi diriltmək mümkün deyildir. Nizami onun tamamilə əksidir. O, öz zamanının bazası üzərində durmuşdur. Lakin üzü gələcəyə çev­rilmişdir. Nizaminin baxışı gələcəyin dumanını yarıb keçir. O, qızğın bir məhəbbətlə sevdiyi bəşəriyyət üçün gələcəkdə səadət axtarmağa çalışırdı”.

 

Həsən HƏSƏNOV, kimya üzrə fəlsəfə doktoru, dosent

 

Xalq qəzeti 2021.- 14 avqust.- S.6.