Azərbaycanda bütün layihələr və proqramlar uğurla reallaşdırılır

 

Prezident İlham Əliyev son çıxışlarının birində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyimizin üzv dövlətlərin dəvəti ilə daha bir il uzadılması­na münasibət bildirərək qeyd edib ki, bunun bir neçə səbəbi var. İlk növbədə, Azərbaycanın bu təşkilata sədrliyi dövründə bütün üzv ölkələr gördülər ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Çünki Azərbaycan ötən müddətdə üzv ölkələrin maraqlarını, beynəlxalq hüqu­qu və ədaləti müdafiə edib və hazırda da bu cür səmərəli fəaliyyətini həyata keçirir. Azərbaycanın İkinci Qarabağ müharibəsində təkbaşına, bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, beynəlxalq hüququ və ədaləti bərpa etməsi bunun bariz ifadəsidir.

 

Vətən müharibəsində əldə edilən parlaq tarixi qələbə Qoşulmama Hərəkatına bütün üzv dövlətlər tərəfindən ölkəmizə olan hörməti daha da artırdı. Eyni zamanda, Azərbaycan sədrlik fəaliyyətinə çox bö­yük məsuliyyətlə yanaşdı, üzv ölkələrin maraqlarını beynəlxalq tribunalarda qətiyyətlə müdafiə etdi. Təbii ki, bu, qarşılıqlı oldu. Azərbaycanın təşəbbüsü ilə COVID-lə bağlı Zirvə görüşü keçirildi. Respublikamız 30-dan çox ölkəyə humanitarmaddi yardım göstərdi. Onların böyük hissəsi Qoşulmama Hərəkatına üzv ölkələr idi. Bundan baş­qa, Azərbaycanın təşəbbüsü ilə COVID-lə bağlı BMT Baş Assambleyasının Xüsusi sessi­yası keçirildi. BMT çərçivəsində digər addımlar da atıldı, vaksin millətçiliyinə qarşı Azərbaycan səsini ucaltdı. Bununla da ölkəmiz dünyada ön sıralarda dayandı­ğını təsdiqlədi. Ümumiyyətlə, bu məsələ ilə bağlı Azərbaycan kimi qətiyyətlə çıxış edən, sözü­nü deyən ikinci dövlətin olması nəzərə çarpmadı.

 

Azərbaycanın təşəbbüsü ilə dünya ölkələri ilə, beynəlxalq təşkilatlarla əməkdaşlıq ildən-ilə genişlənir. Məsələn, bu gün Avropa İttifaqı–Azərbaycan siyasi əlaqələri ən yüksək səviyyədədir. Tərəflər arasında nəzərdə tutulan layihələr uğurla həll edilir. Yeri gəlmişkən, ölkəmizdə makroiqtisa­di sabitliyin qorunması, iqtisadiy­yatın diversifikasiyasının davam etdirilməsi, biznesinvestisiya mühitinin daha da yaxşılaşdırılma­sı, dünya iqtisadi sisteminə inteq­rasiyanın sürətləndirilməsi, xarici iqtisadi əlaqələrin və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, xarici dövlətlərlə ikitərəfli əlaqələrin inkişafı müstəqil Azərbaycanın daha da qüdrətlənməsində mühüm önəm daşıyır, ölkəmizin dünyada nüfu­zunu daha da artırır. Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən, Avropa İttifaqı ilə sıx əməkdaşlığında da bu məsələlər diqqətdə saxlanılır. Bununla bağlı bəzi məqamlara nəzər salaq. Əvvəlcə onu xatırladaq ki, Avropa İttifaqı ölkələri Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarıdır. Son 10 ildə Azərbaycanda əsas kapi­tala yönələn xarici investisiyaların yarıdan çoxu, qeyri-neft sektoru­na birbaşa xarici investisiyaların isə 35,3 faizi bu təşkilatın üzv dövlətlərinin payına düşüb.

 

Azərbaycan hazırda Avro­pa İttifaqı ilə Tvinninq, TAİEX, SİGMA, Texniki Dəstək, Büdcəyə Dəstək alətləri çərçivəsində də əməkdaşlıq edirbu istiqamətlərdə 1992-ci ildən etibarən Azərbaycana 582 milyon avro məbləğində yardım göstərilib.

 

Bütün bunlar Azərbaycan ilə Avropa İttifaqı arasın­da əməkdaşlığın inkişafının ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu göstərir. Məhz bunun nəticəsidir ki, respublikamızla Avropa İttifaqı arasında əlaqələr enerji, inves­tisiya, ticarət və s. sahələrdə yüksək səviyyədə inkişaf edir, bu beynəlxalq təşkilat Azərbaycanın yuxarıda vurğuladığımız kimi, əsas ticarət tərəfdaşlarından biri kimi tanınır. Respublikamız, eyni zamanda, hazırda Avropa ba­zarlarına xam neft nəqlini həyata keçirən etibarlı təchizatçıdır və yaxın gələcəkdə ölkəmizin Avropa İttifaqına üzv dövlətləri təbii qazla da təchiz edəcəyi nəzərdə tutulur. Respublikamızda Avropa İttifaqı ilə birgə müxtəlif proqramlar və layihələr də əvvəllər olduğu kimi, bu günuğurla reallaşdırılır.

 

Yeri gəlmişkən, qlobal güc mərkəzi olan Avropa İttifaqına üzv dövlətlərin üçdəbir hissəsi ilə Azərbaycan Strateji Tərəfdaşlıq ad­lanan sənədləri və bəyannamələri imzalayıb. Məhz bunun nəticəsidir ki, ölkəmizin ticarət dövriyyəsinin yarıdan çoxu məhz bu nüfuzlu təşkilatın payına düşür.

 

Ölkəmizlə Avropa İttifaqı arasında ticarət əlaqələri Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə tənzimlənib. Təsadüfi deyil ki, Avropa İttifaqı ticarət tərəfdaşlarımız arasında birinci sı­radadır. Bu təşkilat Azərbaycanın ixracda 45,8 faiz, idxalda isə 27,89 faiz payla ən böyük ticarət tərəfdaşıdır. Avropa İttifaqının Azərbaycana ixracı əsasən maşın­qayırma və nəqliyyat avadanlıqa­rı, Azərbaycanın adı çəkilən bu quruma ixracı əsasən neftqaz məhsullarıdır.

 

Azərbaycanın Avropa İttifaqı ölkələri arasında ən böyük ticarət tərəfdaşları İtaliya (1,445 milyard ABŞ dolları, 30,5 faiz), Almaniya (768,70 milyon ABŞ dolları, 16,25 faiz) və Böyük Britaniyadır (449,71 milyon ABŞ dolları, 9,5 faiz).

 

Burada Avropa İttifaqı ilə Azərbaycan arasında birgə iqtisadi layihələrin, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin, o cümlədən, TAP layihəsinin mühüm önəm daşıdığını da qeyd etmək yerinə düşər. Belə ki, Azərbaycanı Avropa İttifaqı bazarlarına bağla­yacaq 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizinin tikintisi­nin təşəbbüskarı da məhz bu beynəlxalq qurumdur. Xatırla­daq ki, hazırda Avropa İttifaqına üzv ölkələr tərəfindən Cənub Qaz Dəhlizi enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsi kimi dəyərləndirilir.

 

Cənub Qaz Dəhlizi layihəsindən söz düşmüşkən, xatırladaq ki, 2011-ci ilin yanvar ayında Avropa Komissiyasının sabiq prezidenti Xose Manuel Barrozu və Azərbaycan Respub­likasının Prezidenti İlham Əliyev tərəfindən Bakıda Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə imzalanıb. Cənub Qaz Dəhlizi Xəzər dənizi, Mərkəzi AsiyaOrta Şərq qaz resurslarını Avropa bazarına gətirə biləcək və Avropa İttifaqının enerji təhlükəsizliyinin şaxələndirilməsində rol oyna­ya biləcək strateji təşəbbüsdür. Xəzər hövzəsindən, xüsusən “Şahdəniz-2” yatağından təbii qazın nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin infrastrukturu Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TransAnadoluTransAdriatik boru xəttinin inşasını əhatə edir.

 

Cənub Qaz Dəhlizi layihəsinə 33 milyard ABŞ dolları həcmində ümumi investisiya qoyuluşu iqti­sadi-siyasi əlaqələrimizin qarşı­lıqlı əhəmiyyətindən və faydalılıq səviyyəsindən xəbər verir. Ötən ilin son günlərində istismara verilən Cənub Qaz Dəhlizinin so­nuncu seqmentiTrans-Adriatik kəməri vasitəsilə Avropa İttifaqına üzv dövlətlərə artıq 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Bakı–Tbilisi–Qars dəmir yolu Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində tutduğu yerin müstəsnalığına dəlalət edir. Ümu­mi yükaşırma qabiliyyəti 25 milyon tonadək olan Ələt Beynəlxalq Ticarət Limanının açılışı isə ölkəmizin logistik və nəqliyyat imkanlarının potensialından xəbər verir.

 

Yeri gəlmişkən, bu gün Avropa İttifaqı Azərbaycanın nəqliyyat infrastrukturuna xüsusi önəm verir. Bununla bağlı dövlətimizin başçısı deyib: “Nəqliyyat sektoru Avropada çox böyük maraq doğu­rur. Bu yaxınlarda Azərbaycana səfər etmiş Avropa Komissiyası­nın Genişlənmə üzrə Komissarı cənab Varhelyi də Ələt Dəniz Ticarət Limanına baş çəkdi. Avropa İttifaqı Azərbaycanı artıq nəinki önəmli nəqliyyat, logisti­ka mərkəzi kimi tanıyır və bizim potensialımıza da arxalana bilir. Ancaq, gəlin, yada salaq, biz Bakı-Tbilisi-Qars dəmiryolu çəkilişinin təşəbbüsünü irəli sürəndə Av­ropa bizi dəstəkləmədi.... Nəyə görə? Ermənistana görə. Erməni lobbisi, hansı ki, bu günböyük ölkələrin paytaxtlarında at oyna­dır, o vaxt bütün gücləri səfərbər etmişdi ki, bu, baş tutmasın, çünki Ermənistan kənarda qalır. Amma Ermənistanın kənarda qalmasının səbəbi, səbəbkarı elə Ermənistandır. Mən deyirdim ki, işğala son qoykommunikasi­yalar açılacaq, necə ki, indi bunu deyirəm və edirik də”.

 

Prezident İlham Əliyev daha sonra bildirib ki, həmin dövrdə Azərbaycan, hətta kreditlər üçün müraciət edib. Amma buna məhəl qoyulmayıb. Bu məsələ Azərbaycan, Türkiyə və Gür­cüstan tərəfindən reallaşdırılıb. Əsas maliyyə yükünü də ölkəmiz öz üzərinə götürüb. Hazırda isə Bakı–Tbilisi–Qars dəmiryolu, digər infrastruktur – Ələt Dəniz Ticarət Limanı, Azad İqtisadi Zona, perspektivdə Zəngəzur dəhlizi bö­yük maraq doğurur. Çünki bunlar bütün ölkələr üçün sərfəlidir.

 

Dövlətimizin başçısı daha sonra bildirib: “Mən indi bu xatirələri dilə gətirməklə heç kimi ittiham etmək istəmirəm. Olan olub, keçən keçib. Əsas odur ki, biz istəyimizə nail ola bilmişik. Amma bu tarixçə onu göstərir ki, bizim bu təşəbbüslərimiz vaxtında, düzgün atılmış təşəbbüslərdir. Əgər kimsə birinci, ilkin mərhələdə bunu anlamırsa, illər keçdikcə, bunu anlamağa başlayır. Bu gün nəqliyyat sahəsində Avropa İttifaqı–Azərbaycan əlaqələrinin xüsusi gündəliyi vardır”.

 

Burada onu da qeyd etmək yerinə düşər ki, ölkəmizin reallaş­dırdığı bütün nəqliyyat layihələrinə, eləcə də, Şimal-Cənub nəqliyyat dəhlizinə yatırdığı irimiqyaslı in­vestisiyalar, 2023-cü ilədək Füzuli, Zəngilan və Laçında bir-birinin ardınca açılması nəzərdə tutu­lan yeni hava limanları, çəkilən avtomobil və dəmir yolları regionalqlobal inteqrasiya proseslərinin daha da sürətlənməsinə imkan verəcək. Bu, Cənubi Qafqaz ölkələri ilə yanaşı, bütün region dövlətlərinin inkişafını daha da sürətləndirəcək, eləcə də, Avropa və Asiyanın daha sıx iqtisadi inteq­rasiyasına xidmət edəcək.

 

Azərbaycan hazırda bütün aparıcı dünya gücləri ilə sıx əlaqələri uğurla davam etdirir. Dövlətimizin başçısı bunun səbəbi ilə bağlı deyib: “Səbəb bizim düz­gün siyasətimizdir, səbəb bizim dürüstlüyümüzdür, sözlə imza arasındakı vəhdətdir və səbəb bizim daxili gücümüzdədir. Çünki bizim bütün tərəfmüqabillərimiz çox yaxşı bilirlər ki, Azərbaycanın çox güclü daxili potensialı var. Biz onu müharibə dövründə, postmüharibə dövründə göstərdik. Bilirlər ki, Azərbaycanda milli həmrəylik var, xalq-iqtidar birliyi varbiz ləyaqətli ölkə kimi bütün tərəfdaşlarla bərabərhüquqlu, dostluq və əməkdaşlıq əsasında münasibətlər qura bilmişik. He­sab edirəm ki, bu, bizim böyük nailiyyətimizdir”.

 

Dövlətimizin başçısı ayrı-ayrı çıxışlarında, müsahibələrində Azərbaycanın hər zaman xarici ölkələrlə səmərəli əməkdaşlığa üstünlük verdiyinibunun müsbət nəticələrlə müşahidə edil­diyini diqqətə çatdırıb, həmçinin respublikamızın müxtəlif vaxt­larda yaxın-uzaq ölkələrə imkan daxilində kömək göstərdiyini də vurğulayıb. Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “Bizim bir neçə önəmli transmilli layihəmiz məhz bu prinsip əsasında qurulubuğur da məhz bu əsasda qazanılıb. Azərbaycan xarici siyasətdə qar­şılıqlı dəstəyi sözdə yox, əməldə, həmrəylikdə nümayiş etdirib”.

 

Yuxarıda qeyd olunanlar Azərbaycanın hazırda dün­yada güclünüfuzlu dövlət, ictimai-siyasi sabitliyin, davamlı inkişafın təmin edildiyi respub­lika kimi tanındığını deməyə əsas verir. Ölkəmizin inkişafı­nın, nailiyyətlərinin əsasında isə dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla, uzaqgörənliklə reallaşdırılan daxilixarici siyasət kursu dayanır. Bunun nəticəsidir ki, xalqımız dövlətimizin başçısının həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir, bu siyasətə alterna­tiv görmür, əldə olunan uğurları yüksək qiymətləndirir.

 

V.BAYRAMOV

 

Xalq qəzeti  2021.- 14 avqust.- S.3.