Dünya miqyasında Azərbaycan nümunəsi

 

 Bu gün Birinciİkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək, daim qəlbimizdə saxlamaq üçün böyük işlər görülür və görülməlidir. Şəhid ailələrini, Qarabağ qazilərini evlərlə təmin etmək bizim siyasətimizin əsas istiqamətlərindən biri idi, bu günbu, belədir. Ancaq bununla yanaşı, əlbəttə ki, bu proses müəyyən müddət davam etdiriləcək. Çünki yaxın gələcəkdə bu prob­lem tamamilə aradan qaldırılacaq.

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Prezi­denti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni məhv edərək, torpaqlarımızdan qovub çıxardı. Dəmir yumruqla başı əzilən düşmən Azərbaycan əsgəri qarşısında diz çökdükapitulyasiya aktını imza­lamağa məcbur oldu. Vətən müharibəsində qazanılan parlaq qələbə, təbii ki, qəhrəman şəhid və qazilərimizin canı-qanı bahasına əldə edil­di. Elə buna görə də postmüharibə dövrü başlanan kimi, müharibə əlilləri və şəhid ailələrinə dəstək layihələrinə start verildi. Hazırda bu tədbirlər Vətən müharibəsi şəhidlərinin və itkin düşmüş hərbçilərin ailələrini, yaralanmış hərbçiləri, erməni terrorundan zərər çəkənləri və müharibə iştirakçılarını – ümumilikdə 6 minədək şəxsi əhatə edir.

 

 Ötən müddətdə şəhid ailələri və müharibə əlillərinin mənzil və avtomobillərlə təmin edilməsi istiqamətində aparılan işlər diqqət mərkəzində saxlanılıb. Bundan başqa şəhidlərin və itkin düşmüş hərbçilərin ailələrinin, yaralanmış hərbçilərin məşğulluq və özünüməşğulluq məsələlərinin reallaşdırılması istiqamətində də davamlı tədbirlər həyata keçirilib.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqus­tun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində bu barədə ətraflı bəhs edilib. Dövlətimizin başçısı tərəfindən İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə uca­lanların ailə üzvlərinə, bu haqq sava­şımızda şanlı zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərildiyi bildirilib. Eyni zamanda, hazırda dünyada pandemiyanın davam etdiyi və iqtisadi-maliyyə çətinliklərinin yaşandığı bir şəraitdə ölkəmizdə bu sahədə işlərin uğurla həyata keçirildiyi vurğulanıb.

 

Prezident İlham Əliyev tərəfindən Vətən müharibəsindən sonra imzalanan bir sıra fərman və sərəncamlarla həssas əhali qrupla­rına göstərilən qayğı və diqqət daha da artırılıb. Məsələn, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na dəyişiklik olunub və şəhid statusu Gəncə və Naftalan şəhərlərində, Bərdə rayonunda erməni təxribatı nəticəsində həyatlarını itirən mülki şəxslərə də aid edilib. Bundan başqa, dövlət başçısının müvafiq fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanına Pre­zidentin aylıq təqaüdünün məbləği 20 faiz artırılaraq 1500 manatdan 1800 manata çatdırılıb.

 

İkinci Qarabağ müharibəsində möhtəşəm zəfərimizin əldə edilməsində şücaət göstərən Vətən müharibəsi qəhrəmanlarının sosial müdafiəsinə də xüsusi önəm verilib. Belə ki, Azərbaycan Prezidentinin imzaladığı müvafiq fərmanla sosial təminat sistemində yeni təqaüd növü kimi, Vətən Müharibəsi Qəhrəmanı üçün Prezidentin aylıq təqaüdü (2 min manat) təsis olunub.

 

Dövlətimizin başçısının 2021-ci il 25 yanvar tarixli “Azərbaycan Res­publikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quru­luşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yax­şılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da həmin kateqoriyadan olan əhali qruplarına ölkə rəhbərinin xüsusi qayğısının bariz ifadəsidir. Bu, eyni zamanda, Prezident İlham Əliyevin xalqımızın, xüsusilə həssas təbəqənin rifahının daha da yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlamasından xəbər verir.

 

Onu da qeyd edək ki, Vətən müharibəsinin başladığı ilk gündən etibarən ölkə rəhbərinin diqqət və qayğısı erməni vandalizmindən zərər çəkmiş vətəndaşlarımızın üzərində idi. Hələ müharibənin aktiv fazası başa çatmamış yaşayış yerləri erməni vəhşiləri tərəfindən dağıdılmış əhalinin müvəqqəti məskunlaşdırılması üçün müvafiq addımların atılması, onların layiqli həyat şəraitinin təmin olunması məqsədilə ardıcıl tədbirlərin görülməsi bir daha Azərbaycan Prezidenti üçün insan amilinin hər şeydən önəmli olduğunu göstərdi.

 

Prezident İlham Əliyevin “Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” 25 avqust 2021-ci il tarixli Sərəncamı isə bu prosesin ardıcıl xarakter aldığını göstərir və bu kateqoriyadan olan vətəndaşların mənzil problemlərinin həllində müstəsna rol oynayır.

 

Yeri gəlmişkən, respublika­da müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılma­sı istiqamətində həyata keçirilən tədbirlər sırasında onların mənzil və fərdi evlə, avtomobillə təmin olun­maları xüsusi yer tutub. Qeyd edək ki, indiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub. Cari ildə isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub. Həmçinin 1997–2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim edilib. Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı müvafiq sərəncamla bu sahədə yeni proqramlar təsdiqlənib. Həmin proqra­ma əsasən 2021–2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub.

 

Ölkədə şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluqla əhatə olunmaları da diqqətdə saxlanılır. Son 7 ay ərzində 52 min nəfərin işlə təmin olunması, 7200 nəfərin özünüməşğulluq proqra­mına, 56 min nəfərin isə ictimai işlərə cəlb edilməsi bunun bariz ifadəsidir.

 

Respublikada müharibə veteranla­rının reabilitasiya vasitəsilə təminatına da xüsusi önəm verilib. Belə ki, cari ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub, 2600 nəfərə isə reabilitasiya xidmətləri göstərilib. Bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 2018–2020-ci illərdə 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artırılıb. Postmüharibə dövründə 26 min nəfərə 36 min xidmət göstərilib.

 

Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanları ilə görüşü zamanı etdiyi çıxışında da həssas əhali qruplarına göstərilən qayğı və diqqət haqqında geniş məlumat verib. Dövlətimizin başçısı deyib: “Bu günə qədər dövlət siyasəti olaraq şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlər görülmüşdür. Onu demək kifayətdir ki, bu kateqo­riyadan olan 10 minə yaxın insan dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin edilmişdir. Təkcə keçən il 1572 mənzil verilmişdir, bu il 3 minə yaxın mənzil veriləcəkdir və beləliklə, növbədə duran vətəndaşların proble­mi öz həllini tapacaq. Eyni zamanda, bu gün 50 avtomobil təqdim ediləcək. Bu günə qədər verilən maşınların sayı 7 mini ötüb, daha doğrusu, 7200-dür. Bu gün açılışına toplaşdığımız yaşa­yış kompleksində bu kateqoriyadan olan mindən çox vətəndaş yaşaya­caq...”.

 

Dövlətimizin başçısı daha sonra Azərbaycanda həssas əhali qrupla­rına qayğı və diqqətin dünya miq­yasında nümunə sayıla biləcəyini vurğulayaraq bildirib ki, biz ən həssas kateqoriyadan olan insanlara daim diqqət göstərməliyik və bu məsələ Birinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində priori­tet istiqamətlərdən biri kimi daim diqqətdə saxlanılıb. Ölkə rəhbəri çıxı­şında müharibə dövründə öz əmlakını itirən insanlar üçün hazırda minlərlə yeni ev tikildiyini xatırladıb: “Çünki mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən bunun əvəzini mülki vətəndaşlardan çıxmaq istəyirdi. Bizim bir çox şəhərlərimiz daim atəş altında idi, artilleriya ilə, qadağan edilmiş bombalarla, fosforlu bombalarla, ballistik raketlərlə bombalanırdı. Yüzdən çox mülki şəxs, onların arasında qadınlar, uşaqlar bu namərd atəş nəticəsində həlak olmuşlar və minlərlə insan öz əmlakını itirmişdir. Ona görə bu gün bu işlər də görülür, minlərlə ev inşa edilir, onların böyük hissəsi artıq inşa edilib”.

 

Burada ölkə Prezidentinin çıxışında vurğuladığı bir məqama toxunmazdan əvvəl xatırladaq ki, Ermənistan uzun illər ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayaraq, beynəlxalq tələblərə məhəl qoymur, mövcud status-kvonu hər vəhclə uzatmağa çalışırdı. Beynəlxalq ictimaiyyətin düşmənin bütün fitnəkar əməllərinə göz yumduğu, nüfuzlu dövlətlərin sus­qunluğundan ruhlanaraq, qəsbkarın təxribatları dayanmadan həyata keçir­diyi bir şəraitdə, nəhayət, Azərbaycan pozulan haqq-ədaləti məhz silahlı qüvvələrimizin gücü ilə bərpa etdi.

 

Vətən müharibəsi getdiyi günlərdə Ermənistan həmişə olduğu kimi, yenə də Azərbaycana iftira atmaqdan, məkrli yalanlarla ordumuzun haqq işinə – tarixi, müqəddəs missiyasına kölgə salmaqdan belə çəkinmədi. Bü­tün dünyaya ordumuz tərəfindən guya fosfor tərkibli sursatların tətbiqi iddiası­nı yaydı. Halbuki, Azərbaycan Ordusu­nun arsenalında beynəlxalq hüquqla qadağan olunan heç bir silahsursat yox idi. Bu kimi əsassız xəbərlər yay­maqla işğalçı ölkə dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi hərbi cinayətləri gizlətmək məqsədi güdürdü. Əslində isə silahlı qüvvələrimizin sarsıdıcı cavab zərbələri qarşısında geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alır, döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqda yerləşən şəhərləri və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tuturdu.

 

Beləliklə, Ermənistan cəbhədə aldığı ağır məğlubiyyətlərin acısını dinc sakinlərdən çıxır və Azərbaycanın mülki şəxslərini hədəf alırdı. Düşmən ölkəyə qarşı siyasi-diplomatik təzyiqlərin olmaması və işğalçının əməllərinin qınanılmaması onu yeni cinayətlər törətməyə sövq edirdi. İstifadəsi qadağan olunmuş raketlərin dinc insanlara qarşı tətbiqi isə çox­saylı mülki şəxsin həlak olması, evlərin, sosial obyektlərin dağılması ilə nəticələnirdi.

 

Müharibə parlaq qələbəmizlə başa çatdıqdan sonra işğalçının faşist əməllərinin aradan qaldırılması istiqamətində tədbirlərə başla­nıldı. Bunun üçün, ilk növbədə, Prezident İlham Əliyev tərəfindən “2020-ci il sentyabrın 27-dən baş­layaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruk­tur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldı­rılması ilə bağlı tədbirlər haqqında” 6 noyabr 2020-ci il tarixili Sərəncam imzalandı. Bu sərəncam həm də erməni vandallarının hücumundan əziyyət çəkən vətəndaşlarımızın ölkə rəhbərinin daim diqqətində oldu­ğunu bir daha göstərdi. Sənəddə erməni terrorunun hədəfi olan mülki vətəndaşlarımıza, infrastruktur obyektlərinə, eləcə də, sahibkarlara dəyimiş ziyanın dövlət tərəfindən ödənilməsinin konkret istiqamətləri öz əksini tapdı.

 

Prezident İlham Əliyevin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublika­sının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 dekabr 2020-ci il tarixli Sərəncamı isə müharibə dövründə erməni vandalizminin acı nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərin ardıcıl xarakter daşıdığının göstəricisi idi.

 

Vətən müharibəsində əldə edilən parlaq qələbəmizdən sonra dövlətimizin başçısının rəhbərliyi ilə erməni cəlladlarının törətdiyi dağıntılar aradan qaldırılmağa başlanıb. Prezi­dent İlham Əliyev Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində bu barədə bəhs edərkən deyib: “Təbii ki, bütün bunlar böyük vəsait tələb edirbütün bu işləri Azərbaycan öz vəsaiti hesabına edir, heç kimə möhtac deyil, heç kimdən yardım istəmir, öz hesa­bına edir və edəcək. O cümlədən, azad edilmiş torpaqlarda bu gün bütün bərpa işləri Azərbaycanın vəsaiti hesabına icra olunur. Biz Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul etdik. Bu proq­ram bir neçə ili əhatə edirbirinci il – 2021-ci il üçün proqram icra olunur. Bu gün o bölgələrdə gedən qurucu­luq-abadlıq işləri göz önündədir. Bir çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük. Əlbəttə, burada təkcə maliyyə vəsaiti kifayət etməz. Gərək bu genişmiqyas­lı layihələri icra etmək üçün texniki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun. Biz bütün bu gücləri səfərbər etmişikbu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq...”.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti 2021.- 28 avqust.- S.1;3.