Heydər Əliyev Fondunun layihə və təşəbbüsləri cəmiyyət tərəfindən yüksək dəyərləndirilir

 

 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva – avqustun 26-da Xəzər rayonunun Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın, Şüvəlan qəsəbəsində 12 saylı xüsusi internat məktəbinin yeni inşa edilən yataqxana korpusunun, Buzovna qəsəbəsində yenidən qurulan 229 saylı uşaq bağçasının açılışlarında iştirak edib.

 

Öncə Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimna­ziyanın yeni binasının açılışında iştirak edən Mehriban xanım Əliyeva təhsil kompleksində yaradılan şəraitlə tanış olub. Birinci vitse-prezidentə məlumat verilib ki, 1960-cı ildən fəaliyyət göstərən gimnaziyanın ərazisindəki məktəb və yataqxana binaları istismara yararsız olduğundan, sökülüb və Heydər Əliyev Fondu­nun təşəbbüsü ilə onun yerində gimnaziyanın yeni binası tikilib. Xatırladaq ki, gimnaziya 1029 şagird yerlikdir. Gimnaziyanın yeni binasında la­boratoriya, informatika, hərbi hazırlıq, sinif otaq­ları, kitabxana, yeməkxana yaradılıb. Komplek­sin həyətində yerləşən Laçın məktəbinin binası, yataqxana korpusu da yenidən inşa edilib. 216 şagird yerlik Laçın rayonu 32 nömrəli tam orta məktəbində 12 sinif otağı, akt və qapalı idman zalları da fəaliyyət göstərəcək. Eyni zamanda, açıq havada futbolidman meydançası yara­dılıb. Ərazidəki yataqxana korpusu 185 yerlikdirbina zəruri mebel və avadanlıqlarla təchiz edilib.

 

Sonra Birinci vitse-prezident Meh­riban Əliyeva Şüvəlan qəsəbəsində istifadəyə verilən 12 saylı xüsusi internat məktəbinin yeni inşa edilən yataqxana korpusu ilə tanış olub. Bildirilib ki, 12 saylı xüsusi internat məktəbində dayaq-hərəkət pozğunluğu olan – sağlamlıq imkanları məhdud 6 – 14 yaş həddində 120 şagird təhsil alır. 1972-ci ildən fəaliyyət göstərən məktəbin yataqxanası Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq tədris otaqlarına uyğunlaşdırılıb və müəssisənin ərazisində yeni yataq­xana korpusu inşa edilib. Yeni korpus üçmərtəbəli olmaqla 128 nəfərlikdir. Kor­pusda yemək zalı, mətbəx sahəsi, tibb otağı, istirahət zonası, kitabxana, asudə vaxtın təşkili otaqları yaradılıb.

 

Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bu­zovna qəsəbəsində yenidən qurulan 229 saylı uşaq bağçasında yaradılan şəraitlə də tanış olub. Bu uşaq bağ­çası da Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisəsinin yenidən qurulması işinə daha bir töhfəsidir.

 

Vaxtilə fərdi yaşayış evi kimi inşa olunan bina 1957-ci ildən uşaq bağ­çasına uyğunlaşdırılıb. 1937-ci ildə inşa olunan bina qəzalı vəziyyətdə olduğundan sökülərək Heydər Əliyev Fondunun təşəbbüsü ilə yerində yeni bağça binası inşa edilib. İstifadəyə verilən üçmərtəbəli uşaq bağçasında oyun, yataq, tibb, geyinib-soyunma otaqları, idman, musiqi və rəsm zalları, yeməkxana və digər texniki otaqlar ya­radılıb. Bağça zəruri mebel və avadan­lıqlarla təchiz edilib. Uşaqların asudə vaxtının təşkili məqsədilə açıq havada oyun meydançası da yaradılıb, ərazi yaşıllaşdırılıb.

 

Qeyd edək ki, Heydər Əliyev Fondunun fəaliyyətində prioritet sahələr sırasında elm və təhsilin inkişafı üzrə proqram və layihələr xüsusi yer tutur. Fondun 2014-cü ildən reallaşdırdığı “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bu sahədə mövcud problemlərin həllinə yönəlib. Heydər Əliyev Fondu qeyd olunan proqramı həyata keçirməklə bu istiqamətdə əhəmiyyətli töhfəsini verir. Proqram çərçivəsində təmirə ehtiyacı olan bağ­çaların yenidən qurulması və yeni bağ­çaların inşası həyata keçirilməkdədir.

 

Həmin gün birinci xanım Mehri­ban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevlə Bakının Xətai rayonu ərazisində yeni yaradılan “Gənclik” parkının açılışında iştirak ediblər. Uzun illər baxımsız ərazi olan bu yerin indi həmin görkəmindən əsər-əlamət qal­mayıb, yenidən qurularaq Azərbaycanın meşə tipli füsunkar parklarından birinə çevrilib. Hələ 2019-cu il noyabrın 11-də “Gənclik” parkı yeni salınarkən Heydər Əliyev FondununRegional İnkişafİctimai Birliyinin “Təbiət naminə birləş! Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak edən dövlətimizin başçısı parkın abadlaşdırılması, təbii mənzərəsinin qorunub saxlanılması, burada əyləncə və idmanla məşğul olmaq üçün şəraitlə yanaşı, iaşə obyektlərinin qurulması, insanların asudə vaxtlarının səmərəli təşkili məqsədilə zəruri infrastrukturun yaradılmasına dair tapşırıqlar vermişdi.

 

Üzərindən qısa zaman keçməsinə baxmayaraq, tapşırıqlar tam şəkildə icra olunub və nəticədə yeni istirahət mərkəzi paytaxtın ən gözəl məkanlarından birinə çevrilib.

 

Parkda şəhər sakinlərinin və qonaq­ların istirahəti üçün müxtəlif infrastruktur yaradılıb. Buraya üz tutanlar həm yay, həm də qış aylarında paytaxt Bakının, Xəzər dənizinin əsrarəngiz mənzərəsini seyr edə bilərlər. Gənclik parkı 43 hektar ərazini əhatə edir. Burada 300 minədək ağac əkilib, yaşıllıqlar salınıb. Bir sözlə, sakinlər və qonaqlar park­da asudə vaxtlarını səmərəli keçirə biləcəklər. Yeni istirahət məkanında həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılıb, attraksion quraşdırılıb. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fiziki məhdudiyyətli şəxslər üçün idman və əyləncə sahəsi yaradı­lıb. “Gənclik parkı”nın tərtibatı zamanı hər bir detal xüsusi zövqlə hazırlanıb. Burada təqdim olunan “Ürəklər” kom­pozisiyası paytaxtımıza, təbiətimizə, insanlarımıza olan sevgini tərənnüm edir.

 

Burada bağlı və açıq futbol meydan­çaları inşa olunub. Parkda ziyarətçilər üçün piknik məntəqələri də var. Qaçış üçün cığırlar, eləcə də velosiped yolları parkın idmansevərlərin də ən çox üz tutduqları məkana çevriləcəyindən xəbər verir. Park ərazisinin genişliyi nəzərə alınaraq istirahət edən şəxslərin rahatlığı üçün müvafiq məlumatlandırıcı və istiqamətləndirici lövhələr quraşdırı­lıb. Ərazinin ən görməli yerlərindən biriparkda yaradılan göldür.

 

Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi diqqət yetirir. Fond ölkəmizdə yeni yaşıllıqların salınması və mövcud yaşıllıq sahələrinin qorunması üzrə layihələr icra edir. Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının ana xəttini vətəndaş firavanlığının təminatı, sosial cəhətdən həssas qruplardan olan vətəndaşların etibarlı sosial müdafiə sistemi ilə təmin edilməsi təşkil edir. Bu istiqamətdə aparılan, mənəvi dəyərlərə əsaslanan dövlət siyasətinin icrasında, xüsu­si qayğıya ehtiyac duyan şəxslərin şəfqət, qayğı mühiti ilə əhatə olunma­sında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yüksək humanizm, nəciblik, xeyirxahlıq nümunəsi olan təşəbbüs və layihələri mühüm dəstək rolunu oynayır.

 

Sosial sahənin bütün istiqamətlərində bu təşəbbüs və layihələr öz töhfəsini verib və verməkdə davam edir. Hələ 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbə ilə Azərbaycan Ordusu güclü ordular sıra­sında olduğunu təsdiq etmişdi. Həmin döyüşlərdə yaralanmış hərbçilərimizin reabilitasiyası işinə Mehriban xanım Əliyeva tərəfindən yüksək diqqət və qayğı göstərildi. Fondun “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi çərçivəsində qısa zaman ərzində həmin əsgər və zabitlərimiz Almaniya, İslandi­ya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin edildilər.

 

Valideyn himayəsindən məhrum gənclərə qayğı həmişə Mehriban Əliyevanın fəaliyyətində mühüm yer tutub. Bunun təzahürü kimi, Heydər Əliyev Fondunun sosial əhəmiyyətli layihəsi olaraq, son illərdə Abşeron ra­yonunda üç çoxmənzilli yaşayış binası tikilərək dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmişvalideyn himayəsindən məhrum gənclərin istifadəsinə verilib. Hazırda bu binalar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki So­sial Xidmətlər Agentliyinin “Məzun evikimi fəaliyyət göstərir və burada 365 gənc mənzillə təmin olunub.

 

Mehriban Əliyevanın nəcib layihələrinin bir istiqaməti də sağlam­lıq imkanları məhdud uşaqların fiziki cəhətdən bərpasına dəstək məqsədi daşıyır. Onun təşəbbüsü və dəstəyi ilə Bakının Yeni Günəşli yaşayış massivində yaradılan Uşaq Reabilitasi­ya Mərkəzi həmin kateqoriyadan olan uşaqların reabilitasiya imkanlarının artı­rılmasında, bu sahədə yüksək standart­lara uyğun infrastrukturun formalaşdırıl­masında önəmli rol oynayır. Mərkəzdə hər il yüzlərlə uşağa səmərəli fiziotera­pevtik üsullarla reabilitasiya xidmətlər göstərilir. Bu qayğı sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı müəssisələri də əhatə edir: Heydər Əliyev FondununUşaq evləri və internat məktəblərinin inkişafı” proq­ramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun olan, nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.

 

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına da Mehriban Əliyeva tərəfindən daim xüsusi diqqət və qayğı göstərilir. Bunun daha bir göstəricisi kimi, Heydər Əliyev Fondu tərəfindən 2010– 2012-ci illərdə Naxçı­van, Gəncə və Yevlaxda məhdud fiziki imkanlı insanlar üçün regional informa­siya mərkəzləri yaradılıb. Bu mərkəzlər məhdud fiziki imkanlı şəxslərin cəmiyyət həyatında fəal iştirakına, informasiyakommunikasiya texnologiyaları vasitəsilə məlumat əldə etmək və biliklərini artır­maq imkanlarının genişləndirilməsinə, məşğulluğunun artırılmasına xidmət edir. Həmçinin sağlamlıq imkanları məhdud gənclərin əl işlərindən ibarət sərgilərin təşkili, onların yaradıcılıq imkanlarının dəstəklənməsi, cəmiyyətə tanıdılması Fondun fəaliyyət istiqamətlərindən biridir.

 

Respublikanın Birinci vitse-prezi­dentinin sosial sahə ilə bağlı mühüm təşəbbüslərindən biribu gün artıq Azərbaycanın daha bir brendi kimi tanınan DOST konsepsiyasıdır. Bu konsepsiyanın uğurlu həlli olaraq, Prezident İlham Əliyevin fərmanı ilə 9 may 2019-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentiliyiilk DOST mərkəzi, ümumilikdə ötən dövrdə Bakıda 4 və Abşeron rayonunda 1 mərkəz olmaqla 5 DOST mərkəzi açılıb. Bu mərkəzlərdə əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə 152 növdə xidmət in­novativ yanaşmalar əsasında “bir pəncərə”dən daha yaxın və əlçatan, tam şəffaf mühitdə, vətəndaş məmnunluğu prinsipinə uyğun təqdim edilir. DOST xidmətlərindən artıq 500 minədək vətəndaş faydalanıb və bu xidmətlərdən vətəndaş məmnunluğu 97,5 faiz təşkil edir. 2019 – 2025-ci illər üzrə “DOST regional proqramı”na əsasən, Bakıda və respublikanın regionlarında 17 DOST mərkəzi və 47 DOST filialının açılması nəzərdə tutulub.

 

Heydər Əliyev Fondu tərəfindən həssas qrupların, habelə ahılların yaşadığı sosial xidmət müəssisələrində mütəmadi olaraq nəcib aksiyaların, dövlət himayəsində yaşayanlara fərəhli hisslər bəxş edən tədbirlərin təşkili, həmçinin pandemiya dövründə həmin müəssisələrdəki insanların, o cümlədən yaşlıların COVID – 19 infek­siyasından qorunması üçün profilaktik tədbirlərin görülməsinə bütün dəstəyin göstərilməsi də yüksək humanizm, şəfqət və xeyirxahlıq nümunələridir. Eyni zamanda, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə, sosial cəhətdən həssas olan əhali qruplarına sovqatlar, ərzaq yardımları paylanılıb. Həmçinin fondunRegional İnkişafİctimai BirliyininSosial bağlar” layihəsi çərçivəsində özünüməşğulluq proqramına önəmli dəstək olaraq, 2018 – 2020-ci illərdə aztəminatlı 625 ailə üçün intensiv meyvə bağları, tərəvəz və bostançılıq təsərrüfatları yaradılıb.

 

Bütün bunlar Mehriban Əliyevanın xoşməramlı, nəcib layihələrinin, təşəbbüslərinin yalnız bir hissəsidir və həssas qruplardan olan vətəndaşlara, xüsusi qayğıya ehtiyac duyan şəxslərə böyük dəstək olan bu layihələr, təşəbbüslər cəmiyyət tərəfindən daim yüksək dəyərləndirilir.

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti .- 2021.- 28 avqust.- S.1;4.