On səkkiz il
öncə
2003-cü il avqustun
4-də cənab İlham Əliyev namizədliyi
Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunmuşdur.
İlham Əliyev 1977–1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil aldığı, sonra daha üç il həmin institutun aspiranturasında oxuduğu və dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini aldığı və 1990-cı ilədək MDBMİ-də müəllimlik etdiyi dövrlərdə biliyi, geniş erudisiyası ilə özünü gələcəyin uğurlu siyasət adamı kimi tanıda bilmişdi. Atası, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra isə o, fəaliyyətini Bakıda davam etdirib və 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifələrində uğurla fəaliyyət göstərib, ulu öndərin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.
İlham Əliyev 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib, 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. Ona həvalə olunmuş bütün vəzifələrdə etimadı layiqincə doğruldub.
...Bir vaxtlar çalışdığım dövlət televiziyasının çəkiliş qrupu ilə ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyevdən müsahibə aldığımız anları iftixarla xatırlayıram. Sadəliyi, səmimiliyi, təvazökarlığı, neft strategiyasının əsas aspektlərini dərindən bilməsi və praqmatik düşüncə tərzi ilə hər birimizi heyran edən çıxışı onun çox işıqlı perspektivinin, dövləti işlərdə parlaq gələcəyinin olacağı barədə qənaətlərimizi daha da gücləndirmişdi. Çox keçmədi ki, Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi olan cənab İlham Əliyev Azərbaycanın Baş naziri vəzifəsinə yüksəldi, 2003-cü ilin oktyabrında isə Prezident olaraq, həqiqətən də, dövlətimizin müasir tarixinin qızıl hərflərlə yazılan səhifələrinin müəllifi oldu, dünya şöhrəti qazandı. Bu gün hər bir azərbaycanlı fəxr edir ki, məhz İlham Heydər oğlu Əliyevin uğurla rəhbərlik etdiyi bir dövlətin vətəndaşıdır.
Möhtərəm Prezidentimizin həyat və fəaliyyətinin ötən dövrləri, tərcümeyi-halının bütün sətirləri Vətənə, dövlətə və xalqa layiqli xidmət nümunəsidir. 2003-cü il avqustun 4-də cənab İlham Əliyevin Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunması da elə xalqımızın taleyində mühüm bir dövrün başlanması kimi böyük əhəmiyyət kəsb edir.
Onda hələ Azərbaycan suveren bir dövlət kimi yenicə dirçəlirdi. Ümummilli liderin tarixi xidmətləri sayəsində ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik yaradılmış, müstəqilliyimiz dönməz, sarsılmaz xarakter almışdı. Bakı–Tbilisi–Ceyhan neft kəmərinin inşasında işlərin yarıya qədəri görülmüşdü. Böyük qaz ehtiyatı olan “Şahdəniz” yatağından hasilat yenicə əldə edilirdi. Bakı-Ərzurum qaz kəmərinin tikintisinə vəsaitlər qoyulurdu. Əsası 1994-cü ildə qoyulan böyük işlərin təntənəsi qarşıda idi. Neft strategiyasının tərkib hissəsi ondan ibarət idi ki, bundan qazanılan gəlirlər Azərbaycan xalqına səmərəli şəkildə xidmət etsin. Bu məqsədlə, Azərbaycan Dövlət Neft Fondu yaradılmışdı. Tezliklə Azərbaycan öz iqtisadi potensialını inkişaf etdirəcək və ölkəmizin imkanları daha da artacaqdı. Qeyri-neft sektoru, sahibkarlıq, həyat əhəmiyyətli digər sahələr genişlənəcək, ordu quruculuğu sürətlənəcəkdi. Belə bir vaxtda İlham Əliyevin baş nazir postuna irəli çəkilməsi ölkəmizin etibarlı və uğurlu gələcəyinə hesablanmışdı.
Zaman göstərdi ki, ulu öndərin Azərbaycan naminə daha böyük hədəfləri nəzərdə tutan siyasəti, dirçəliş və inkişaf strategiyası son dərəcə dəqiq səciyyə daşımışdır. Bu gün həmin strategiya yeni dövrün – qloballaşan dünyanın böyük dövlət xadimi, enerjili və təşəbbüskar bir şəxsiyyət olan cənab İlham Əliyevin qətiyyətli və cəsarətli siyasəti, eləcə də, sarsılmaz dövlət-xalq birliyi sayəsində gerçəkliyə çevrilmişdir.
İlham Əliyev yeni və müstəqil Azərbaycan uğrunda ən ağır mübarizələrdə dahi rəhbərin yaxın silahdaşı olmuş, həyata keçirilən bütün islahatlarda fəal iştirak etmiş, sərbəst iqtisadiyyatın qanunauyğunluqlarına mükəmməl yiyələnmiş, Heydər Əliyev neft strategiyası və gənclər siyasətinin hazırlanması və həyata keçirilməsində öncül rol oynamış, vəzifə pillələrində inamla yüksəlmişdi. Üstəlik, çoxlarından fərqli olaraq, həm təhsilinə, həm də konkret ictimai-siyasi fəaliyyət təcrübəsinə görə yüksək peşəkar kadr idi. İlham Əliyev hökumət rəhbərliyinə gətirilənə qədər də beynəlxalq münasibətlər tarixi sahəsində dərin biliyə malik olan peşəkar siyasətçi kimi dünya miqyasında böyük hörmət və nüfuz qazanmışdı. Dünyanın bir çox ölkələrində rəsmi səfərlərdə, o cümlədən, dövlət səfərlərində olmuş, çoxsaylı beynəlxalq konfrans və konqreslərdə məruzələrlə çıxış etmiş, ölkəmizin iqtisadi və siyasi maraqlarını qətiyyətlə müdafiə etmişdi.
Hökumətin yeni rəhbəri həmin vəzifədə cəmi bir neçə ay çalışdı. Bu, bütün sahələrdə özünü təsdiqləmək üçün o qədər də böyük vaxt deyildi. Amma həmin müddət Prezident İlham Əliyevə kifayət etdi ki, özünün bəyan etdiyi kimi, Heydər Əliyev yolu ilə getdiyini, onun siyasət xəttinə sadiq olduğunu konkret fəaliyyəti ilə, gördüyü işlərə sübuta yetirsin. Elə növbəti prezident seçkiləri ərəfəsində səhhətində problemlər yaranan ulu öndərin “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – deyə inamını bəyan etməsi cənab İlham Əliyevin qısa müddətdə etimadı layiqincə doğrultduğunun sübutu idi.
Tarixi və politoloji tədqiqatlara əsaslanaraq, cənab İlham Əliyevin qısa Baş nazirlik dövründən bəhs edərkən bir unudulmaz məqamı da vurğulamaq lazımdır ki, o, Azərbaycan Respublikasının BMT Baş Məclisinin sessiyasında nitq söyləyən ilk Baş naziri olmuşdur. Bildiyimiz kimi, 2003-cü ilin sentyabr ayında BMT Baş Məclisinin 58-ci sessiyasında iştirak edən Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev öz çıxışında beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlərin arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxmasına görə, BMT Təhlükəsizlik Şurasının şəraitə uyğun, çevik və adekvat münasibət göstərə bilməməsini qeyd edərək, mövcud BMT mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini vurğulamış və bununla bağlı təşkilat daxilində islahatların vacib məsələyə çevrildiyini bildirmişdir. İlham Əliyev etdiyi çıxışında regional və beynəlxalq təhlükəsizliyə qarşı olan təhdidlərlə bağlı fikirlərini açıqlamış, dünyada ñəãəóàn edən mürəkkəb proseslərdə BMT-nin yenidən strukturlaşmasını, onun perspektiv fəaliyyət strategiyasında əsaslı dəyişikliklər etməsini ön plana çıxartmışdı. Azərbaycan hökumət başçısının fıkrinñə, BMT Təhlükəsizlik Şurasında “həm bugünkü, həm də yarıməsrlik reallıqlar öz əksini tapmalı” idi. Azərbaycan Respublikası BMT mexanizmlərinin yenidən işlənməsini, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılmasını təklif etmişdir. Eyni zamanda, Şərqi Avropa dövlətlərindən birinin Təhlükəsizlik Şurasının üzvlüyünə qəbul edilməsinin vacibliyini bildirmişdir.
Bir neçə il sonra Azərbaycan Respublikasının dünyanın ən mötəbər qurumu sayılan BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsində, şübhəsiz ki, həmin çıxışın da böyük rolu olmuşdur. Bu, məhz İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət fəaliyyəti nəticəsində tariximizdə yaratdığı ilklərdən biri kimi çox önəmli faktdır. Özü də Azərbaycan üzvlük üçün səsvermədə tələb olunan 129 səsdən də çox – 155 səs qazanmışdır. Dövlətimizin və xalqımızın tarixində qürurverici hadisədir ki, respublikamız öz müstəqilliyinin 20-ci ilində artıq dünya siyasətini müəóóən edən 15 ölkədən birinə çevrilmişdir. Özü də Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə olmuşdur. Bu möhtəşəm nailiyyət dövlətimizin beynəlxalq nüfuzunu daha da artırmış, regionun lideri statusunu möhkəmləndirmişdir. Sonrakı dövrlərdə Azərbaycanın BMT TŞ-da sədrlik missiyaları da uğurlu keçmişdir.
İnkarolunmaz həqiqətdir ki, əsrimizin əvvəllərində Azərbaycan çətin sınaqlar dövrünü yaşayırdı. Geosiyasi vəziyyət gərgin idi. Ölkəmiz hər tərəfdən təzyiqlərlə üzləşən, zəngin sərvətlərinə hamının göz dikdiyi strateji bir məkan idi. Digər tərəfdən, ümumdünya tarixinin böyük şəxsiyyəti, bütün dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşdu. Son dərəcə ağır itki bütün xalqımızı, Azərbaycanımızı silkələdi. Heydər Əliyevdən sonra hakimiyyət sükanını onun kimi əldə möhkəm saxlamaq, sərrast siyasi gedişlər etmək, müstəqilliyimizi, milli mənafeyimizi onun kimi qorumaq, çətin məqamlarda ən düzgün çıxış yollarını tapmaq, əlbəttə, asan məsələ deyildi! Ümummilli lider Azərbaycanı dünyanın ən qabaqcıl ölkələrindən birinə, onu güclü və qüdrətli bir dövlətə çevirmək istəyirdi. Hələ tamamlanmamış çox perspektivli layihələr, görüləsi işlər var idi. Yeni Prezidenti irəlidə çox çətin və ağır sınaqlar gözləyirdi. İlham Əliyev çox güclü tarixi şəxsiyyət olan Heydər Əliyevdən sonra hakimiyyətə başlayırdı.
Çiynini olduqca məsuliyyətli bir yükün altına verməyə hazır olduğunu gözəl bilən İlham Heydər oğlunun seçkiqabağı təşviqat mərhələsində səsləndirdiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam” fikri qısa müddətdə ona xalq arasında daha geniş populyarlıq, sonsuz inam və etibar qazandırdı. Elə həmin seçkilər ərəfəsində – 2003-cü il avqustun 15-də prezidentliyə namizəd, Baş nazir İlham Əliyev ABŞ-ın “Assoşieyted Press” agentliyinin müxbirinə müsahibəsində demişdi: “Ölkəmizin əksər vətəndaşları üçün də ən başlıcası indiki siyasətin davam etdirilməsi, indiki vəziyyətin qorunub saxlanmasıdır. Əgər bu gün məni bunun üçün lazımlı adam hesab edirlərsə, bu məsuliyyəti üzərimə götürməyə hazıram”. Əlbəttə, bu əminliyin arxasında Heydər Əliyev məktəbinin verdiyi güc, siyasi səriştə, möhkəm iradə və xalqın ümummilli liderin siyasətinə və ona inamı dayanırdı.
Beləliklə, İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Xalqımız İlham Əliyevi özünə yeni əsrin yeni liderini seçməklə həm də Heydər Əliyevin dövlətçilik irsinə, onun siyasi kursuna sadiqliyini nümayiş etdirib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.
Cənab İlham Əliyev 18 illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Artıq dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı kifayət qədər çoxdur. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə müxtəlif formatlarda əlaqələr qurulur və inkişaf etdirilir.
Ötən ilin payızında Azəbycan Prezidenti, Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə reallaşan 44 günlük zəfər yürüşü sayəsində 30 ildən bəri erməni işğalı altında olan əzəli torpaqlarımız – gözəl Qarabağımız azad olunub. Ölkəmizin ərazi bütövlüyü təmin edilib. Hazırda işğaldan qurtarmış ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bu gün-sabah məcburi köçkün soydaşlarımızın Qarabağa böyük qayıdışı başlanacaq.
Həyatımızın bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən illər ərzində xalqımız daim öz liderinə güvənib, ona güclü dayaq olub. Azərbaycan rəhbəri İlham Əliyev respublikamızın tərəqqisindən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, uğurların kökündə ölkədəki sağlam ictimai-siyasi mühit, xalq-iqtidar birliyi dayanır. Məhz bu cür qarşılıqlı inam şəraitində Prezident İlham Əliyev hələ uzun illər xalqı öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaq.
Əli NƏCƏFXANLI
Xalq qəzeti
2021.- 4 avqust.- S.2.