Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında  Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Əli Əsədov

 

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 2 avqust 2021-ci il

 

¹ 231

 

 

 

Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmişYoluxucu, parazitar  kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına aşağıdakı məzmunda 2.5-4-1-ci bənd əlavə edilsin:

 

“2.5-4-1. 2021-ci il 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir:

 

2.5-4-1.1. Almaniya Federativ Respublikası;

 

2.5-4-1.2. Avstriya Respublikası;

 

2.5-4-1.3. Belçika Krallığı;

 

2.5-4-1.4. Çexiya Respublikası;

 

2.5-4-1.5. Danimarka Krallığı;

 

2.5-4-1.6. İrlandiya Respublikası;

 

2.5-4-1.7. İspaniya Krallığı;

 

2.5-4-1.8. İsveç Krallığı;

 

2.5-4-1.9. İsveçrə Konfederasiyası;

 

2.5-4-1.10. Kanada;

 

2.5-4-1.11. Lüksemburq Böyük Hersoqluğu;

 

2.5-4-1.12. Malta Respublikası;

 

2.5-4-1.13. Niderland Krallığı;

 

2.5-4-1.14. Polşa Respublikası;

 

2.5-4-1.15. Portuqaliya Respublikası;

 

2.5-4-1.16. Serbiya Respublikası;

 

2.5-4-1.17. Sinqapur Respublikası;

 

2.5-4-1.18. Sloveniya Respublikası;

 

2.5-4-1.19. Slovakiya Respublikası;

 

2.5-4-1.20. Yunanıstan Respublikası.”.

 

 

Xalq qəzeti  2021.- 3 avqust.- S.5.