Azərbaycan Respublikası Nazirlər Kabi­netininAviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2013-cü il 17 oktyabr tarixli 306 nömrəli, “Dövlət ekoloji ekspertizasını həyata keçirən Ekspert Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2020-ci il 5 fevral tarixli 31 nömrəli və “Vətəndaşların peşə təhsili üzrə qeyri-formalinformal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 5 avqust tarixli 279 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 374 Bakı şəhəri, 29 noyabr 2021-ci il

 

 

“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanu­nunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 297-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsinin təsdiq edilməsi barədə” 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 616 nömrəli, “Azərbaycan Respublikasının KiçikOrta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli və “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 11 fevral tarixli 527 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Preziden­tinin 2021-ci il 16 iyun tarixli 1364 nömrəli Fərmanının 6-cı hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2013-cü il 17 oktyabr tarixli 306 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2013, ¹ 10, maddə 1224; 2014, ¹ 5, maddə 577; 2019, ¹ 5, maddə 948; 2020, ¹ 12 (V kitab), maddə 1613) ilə təsdiq edilmişAviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası”nın 4.1.6-cı yarımbəndi ləğv edilsin.

 

2. Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2020-ci il 5 fevral tarixli 31 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 2, maddə 182) ilə təsdiq edil­miş “Dövlət ekoloji ekspertizasını həyata keçirən Ekspert Komissiyası haqqında Əsasnamə”nin 3.5.4-cü yarımbəndinin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 3.5.5-ci yarımbəndi ləğv edilsin.

 

3. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunveri­cilik Toplusu, 2020, ¹ 8, maddə 1097) ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formalinformal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nın 4.4.7-ci yarımbəndinin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 4.4.8-ci yarımbəndi ləğv edilsin.

 

Əli ƏSƏDOV

 

Azərbaycan Respublikasının Baş naziri

 

 Xalq qəzeti .- 2021.- 2 dekabr.- S.6.