“Heydər Əliyevlə görüşdə möhtəşəm və əvəzolunmaz bir insanı kəşf etdim

 

 

Bu yaxınlarda Azərbaycanlı tədqiqatçı jurnalist Aida Eyvazlı sıx əlaqə saxladığı Rusiya Federasiyasının Saxa (Yakutiya) Respublikasında yeni yaradıcılıq səfərində olub. Soydaşımız bu qədim, ulu türk diyarında görkəmli teatr rejissoru, Saxa Respublikasının dövlət müşaviri və Əməkdar incəsənət xadimi, Rusiya Federasiyasının Xalq artisti, SSRİ Dövlət mükafatı və Rusiya Federasiyasının “Qızıl maskamilli teatr mükafatı laureatı Andrey Savviç Borisovla görüşüb, ondan geniş müsahibə alıb.

 

Saxa Respublikasının dövlət və mədəniyyət xadimi, Rusiya Federasiyası­nın və Türk dünyasının şöhrətli rejissoru Andrey Borisov öz açıqlamasında 18 il əvvəl Bakıda ümummilli lider Heydər Əliyevlə görüşündən böyük sevgiehtiramla söz açıb:

 

Biz TÜRKSOY-un tərkibində 2003-cü ildə Bakıda keçirilən tədbirlərə gəlmişdik. Dedilər ki, Azərbaycan Prezidenti Heydər Əliyev 4 ölkənin mədəniyyət nazirini qəbul edəcək. O görüşə adı yazılanlardan biri də mən idim. Mən Heydər Əliyevlə görüşmüşəm. Və o görüşü heç vaxt unutmayacağam.

 

Deyirdilər ki, səhhəti sağlam deyil. Lakin səhhətində problemlər olmasına baxmayaraq, TÜRKSOY adına gələn qonaqları qəbul etməyə zaman tapmışdı. Məndən başqa üç nəfər naziri tanıyırdı. Mən özümü təqdim edib, Saxa Respub­likasından gəldiyimi söylədim. Mənə diqqətlə baxıb soruşdu:

 

İndi haradadır Mixail Nikolayev? (Heydər Əliyevin Kremldə çalışdığı vaxt­dan tanıdığı partiya rəhbəri, Yakutiyanın birinci prezidenti Mixail Yefimoviç Nikola­yev nəzərdə tutulurred).

 

Dedim ki, Rusiya Federasiyasında məsləhətçidir.

 

Mənim bu sözümün cavabında dedi:

 

Ləyaqətli insandır!

 

mən onunLəyaqətli insandırsözünün intonasiyasını heç vaxt unut­madım. Ləyaqətsözünün bu qədər temperamentlə layiqincə söylənməsini ilk son dəfə Heydər Əliyevin dilindən eşitmişdim. O, bu sözü Nikolay Yefi­moviçin özünə yaraşan tərzdə söylədi. Onun dediyiləyaqətsözü bütün cingiltisi, deyilişi şəsti ilə yaddaşıma yazıldı. onun dediyiLəyaqətli insankəlməsindən sonra, bu sözü leksikonum­da çox ehtiyatla işlədirəm. Qorxuram ki, onun kimi deyə bilmərəm.

 

İkinci cümləsi isə bu oldu:

 

Sizin yollarınız çox bərbaddır.

 

Heydər Əliyev Sovet İttifaqının Nazirlər kabinetində sədr müavini işləyəndə həm yol-nəqliyyat məsələlərini idarə edirdi. Bizim iqlim şəraitinə görə yollarımız, həqiqətən, çox bərbaddır. Təsəvvür edirsinizmi, bəzən bir ulusdan digərinə getmək üçün 3 min kilometr yol qət etməli olursan. o yolun yorğunluğundan sonra hələ teatr da göstərməlisən. Biz belə işləmişik işləyirik.

 

Sonra Heydər Əliyev mədəni əlaqələrimizin genişləndirilməsinin möhkəmləndirilməsinin mühüm şərt olmasından danışdı. Bu görüşdən sonra bizi Bakının gəzməli-görməli yerlərinə, muzeylərinə apardılar. O tədbirlər çərçivəsində teatrlardan birində Qara Qarayevin yubileyi keçirilirdi. O zaman mən yubiley konsertinə gələn kübar ba­kılıları azərbaycanlıları gördüm. Onlar bahalı geyinməmişdilər. Lakin üzlərində bir amiranəlik, xəlqi cizgilər var idi.

 

Konsertin sonunda Heydər Əliyev səhnəyə qalxdı. Mən onun hər bir artistlə necə şahanə görüşdüyünü gördüm. Onun konsermeystr maestro ilə görüşməyi, onlarla söhbəti diqqəti mənə çox maraqlı göründü. Hər bir hərəkətində şarm var idi. Onun söhbət edəndə əl hərəkətləri diqqətimi cəlb etmişdi. Onun jest üslubu bir başqa aləm idi. Mən Heydər Əliyevlə görüşdə möhtəşəm əvəzolunmaz bir insanı kəşf etdim. Mən onu damla-damla yaddaşıma yazdım.

 

Bir axşam isə taksi ilə gəzməyə çıxdım. Sürücü ilə söhbətimiz maraqlı idi. Bizim səfərimiz olan ili prezident seçkiləri keçirilməli idi. Sürücüdən soruşdum ki, kimi seçəçəksiniz, kim seçiləcək? O düşünmədən cavab verdi ki, əlbəttə Heydər Əliyevi...

 

Mən Heydər Əliyevin səhhətində problem olmasını xatırlatdım. Bilirsiniz sürücü mənə dedi? Dedi ki, təki nəfəsi gəlsin, bəsimizdir! onun bu cavabın­da Şərq fəlsəfəsini bir şərqli kişisinin cavabı var idi...

 

Mən bu cavabda xalqın məhəbbətini gördüm.

 

O zaman fotolar çəkdilər, bizə verəcəklərini desələr , sonradan gəlib çatmadı...

 

TÜRKSOY bizi tədbirlərə dəvət edirdi o vaxt. Lakin İlham Əliyevlə hələ görü­şümüz olmayıb. Ümid edirəm ki, o da olacaq.

 

Mənim azərbaycanlı dostlarım çox­dur, lakin erməni dostum yoxdur. Buna baxmayaraq, mənim üçün müharibə çox ağrılıdır. Həmin günlərdə xəbərləri oxuyurdum, izləyirdim. Fikirləşirəm ki, axı mədəniyyətləri necə məhv etmək olar. Mən müharibəyə, dağıntılara nifrət edirəm. Həmin müharibədə həlak olanlar haqqında xəbərləri oxuyanda pis olur­dum. Mən insanların ölümünə sevinə bilmirəm. Mən SSRİ-nin xalq deputatı olarkən Qarabağ hadisələri başladı...

 

Bu hadisələrin hamısı gözü­müzün qabağında baş verirdi. Çox dəhşətli idi, o illərin xəbərləri ... Məni mədəniyyətlərin məhvi çox düşündürür. Bizim mədəniyyətlərimiz isə çox yaxındır. Dil yaxınlığımız var, genetik yaxınlığımız var...

 

Biz gərək Azərbaycanda tamaşa qoyaq. Gərək öz tərcüməçimi tapım– Furkatı. O məni tərcümə edir. Yəqin ki, mədəniyyət naziri də deyəcək ki, əvvəlcə teatra müraciət etmək lazımdır. Mən türk dünyasında məşhur rejissoram. Çox istərdim ki, ən azı “Ulu Kudanqsa”nı Azərbaycan teatr səhnəsində görsünlər.

 

Hazırladı: Tahir AYDINOĞLU

 

Xalq qəzeti  2021.- 11 dekabr.- S.3.