“Azərbaycan”, “Xalq qəzeti”
və “Bakinski raboçi”
qəzeti redaksiyalarına maliyyə yardımı barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹387 Bakı şəhəri,
9 dekabr 2021-ci il
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 12, maddə 1350; 2011, ¹ 10, maddə 965; 2019, ¹ 7, maddə 1342) aşağıdakı dəyişikliklər edilsin:
1. Adına, preambulasına və 1-ci hissəsinə “Xalq qəzeti” sözlərindən sonra“, “Respublika” sözü əlavə edilsin.
2. Həmin Qərara əlavə – “Dövlət sifarişlərinin yerinə yetirilməsi üçün “Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti redaksiyalarına dövlət büdcəsinin vəsaiti hesabına alınacaq qəzet kağızının norması” üzrə:
2.1. adına “Xalq qəzeti” sözlərindən sonra “, “Respublika” sözü əlavə edilsin;
2.2. “Bakinski raboçi” sətrində “1700” və “123” rəqəmləri müvafiq olaraq “166” və “12” rəqəmləri ilə əvəz edilsin;
2.3. üçüncü sətir dördüncü sətir hesab edilsin və aşağıdakı məzmunda üçüncü sətir əlavə edilsin:
“Respublika” 1534 min 10 111
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti
.- 2021.- 11 dekabr.- S.2.