Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli
Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinin,
elmi müəssisə və təşkilatların
Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 393 Bakı şəhəri, 17
dekabr 2021-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 12, maddə 1117; 2011, ¹ 9, maddə 853; 2013, ¹ 7, maddə 883, ¹ 10, maddə 1232; 2014, ¹ 1, maddə 57, ¹ 6, maddələr 736, 752; 2015, ¹ 4, maddə 455, ¹ 8, maddə 967; 2016, ¹ 5, maddə 955, ¹ 6, maddə 1208, ¹ 8, maddə 1435, ¹ 11, maddə 1953; 2017, ¹ 2, maddə 301, ¹ 4, maddə 667, ¹ 7, maddə 1494, ¹ 10, maddə 1931; 2018, ¹ 3, maddə 598, ¹ 8, maddə 1798, ¹ 9, maddə 1935; 2019, ¹ 1, maddə 150, ¹ 5, maddə 944, ¹ 8, maddə 1463, ¹ 12, maddə 2089; 2020, ¹ 1, maddə 83, ¹ 4, maddə 481, ¹ 11, maddə 1412; 2021, ¹ 6 (IV kitab), maddə 674; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 8 oktyabr tarixli 300 nömrəli və 19 noyabr tarixli 358 nömrəli qərarları) ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Milli Elmlər Akademiyası üzrə” bölməsində aşağıdakı dəyişikliklər edilsin:
1. “Biologiya və Tibb elmləri bölməsi”nin 7-ci hissəsinin 4-cü sütununa “elmlər doktoru üzrə” sözləri əlavə edilsin.
2. “İctimai elmlər bölməsi” üzrə:
2.1. 2-ci hissədə “Arxeologiya və Etnoqrafiya İnstitutu” sözləri “Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu” sözləri ilə əvəz edilsin;
2.2. 3-cü hissədə “Fəlsəfə İnstitutu” sözləri “Fəlsəfə və Sosiologiya İnstitutu” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti
.-2021.- 18 dekabr.- S.6.