“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

№ 394    Bakı şəhəri, 17 dekabr 2021-ci il

 

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abza­sını rəhbər tutaraq, Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 1999, № 3, maddə 191, № 6, maddə 388, № 8, maddə 534; 2002, № 3, maddə 148, № 4 (II kitab), maddə 199; 2003, № 6, maddə 342; 2006, № 5, maddə 474, № 9, maddələr 819, 830; 2008, № 2, maddə 130; 2009, № 7, maddə 604; 2010, № 3, maddə 264; 2012, № 12, maddə 1356; 2016, № 4, maddə 824, № 7, maddə 1343, № 9, maddə 1585, № 11, maddə 1976; 2017, № 2, maddə 306, № 4, maddə 610, № 5, maddə 994; 2019, № 9, maddə 1552; 2020, № 10, maddə 1295, № 11, maddə 1397; 2021, № 3, maddə 275, № 4, maddə 404, № 7, maddələr 871, 875; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 6 oktyabr tarixli 295 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na aşağıdakı məzmunda 3.2.9-1-ci yarımbənd əlavə edilsin:

 

“3.2.9-1. sosial yerlərinin və işsiz şəxslərin özünüməş-ğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı şəhidin ailə üzvlərinə üstünlük verilir;”.

 

Əli ƏSƏDOV

 

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti .-  2021.- 18 dekabr.- S.6.