Azərbaycanı qalib ölkəyə çevirən qüdrətli lider

 

 

 

Qarabağ uğrunda Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra ümumxalq bayramlarını, tarixi ildönümlərini və korifey soydaşlarımızın yubileylərini ikiqat təntənə və öyünclə qeyd edirik.

 

Xalqımız memarı və quru­cusu ulu öndər Heydər Əliyev olmuş dövlət müstəqilliyinin 30 illiyi və hərb tariximizin ən bö­yük Qələbəsinin birinci ildönü­mü təntənələrindən sonra öz qalib Pezidenti və müzəffər Ali Baş Komandanı İlham Əliyevin anadan olmasının 60 illiyinisonsuz sevgi-sayğılarla və qədirbilənliklə qarşılayır. Ümummilli lider Heydər Əliyevin ideya və əməllərini yüksək səviyyədə davam etdirən müdrik bir rəhbəri xal­qımıza bəxş etmiş 24 dekabr 1961-ci il Azərbaycan tarixinin ümummilli önəm daşıyan günləri sırasında xüsusi məna daşıyır. Sevimli rəhbərimizin 60 yaşının tamam olması yalnız ümummilli bir hadisə deyil, həm də ümumbəşəri proseslərin idarə edilməsində fəal iştirak edən dünya miq­yaslı bir siyasətçi və dövlət xadiminin yubileyidir.

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi altında ötən ilin pa­yızında Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbə Azərbaycanı qalib ölkəyə çevirməklə uzun illər çəkdiyimiz məğlubiyyət acısına son qoydu, xalqımızın öz yurdunu və müstəqilliyini qorumağa, azad yaşamağa qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Möhtərəm dövlət başçımız bu zəfəri ilə layiqlisadiq varisi olduğu ümummilli lider Heydər Əliyevin Qarabağın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı yarımçıq qal­mış arzusunuAta vəsiyyətini də şərəflə yerinə yetirdi.

 

Ümummilli lider Heydər Əliyevin böyük siyasətini yeni şəraitdə və daha geniş miqyasda davam etdirən Prezident İlham Əliyev son 18 ildə həyatın bütün sahələrində hər liderə nəsib olmayan və hər bir dövlət başçısının həsəd apara biləcəyi uğurlar qazan­mışdır. Müstəqil Azərbaycan dövlətinin lideri olaraq öz ölkəsinin hərtərəfli inkişafına nail olmaq, rəhbərlik etdiyi dövlətin ərazi bütövlüyü kimi ən çətin problemi həll etmək, mənsub olduğu xalqın arzu-istəklərini gerçəkləşdirmək cənab İlham Əliyevin adını çağdaş tariximizə qızıl hərflərlə yazmışdır. Azərbaycan lideri, eyni zamanda, dünyada sülhə, beynəlxalq əməkdaşlığa, xalqlararası humanitar-mədəni əlaqələrə layiqli töhfələr vermişdir. Bütün bunlara görə ölkəmizdə və onun xaricində milyonlarla insan dünya miqyaslı lider kimi İlham Əliyevə dərin rəğbət bəsləyir, bəşəri xidmətlərini daim minnətdarlıqla xatırlayır.

 

Dövlətimizin rəhbəri İlham Əliyev mənim ana yurdum Qa­rabağı, doğma Ağdamımı işğal­dan azad edib, müasir layihələr əsasında bərpa etdirdiyinə görə ailəmizin, ağdamlıların və bütün qarabağlıların ən sevimli insanına çevrilmişdir. Mən son 18 ildəki sənət uğurlarımı da ölkə rəhbərinin Azərbaycan mədəniyyətinin daha da çiçəklənməsinə göstərdiyi hərtərəfli diqqət və qayğıdan hədsiz gücruh alaraq qa­zanmışam. Cənab Prezidentlə hər görüşüm həyatıma sonsuz sevinc gətirib. Onunla Ağdamın Quzanlı qəsəbəsində Muğam evininin açılışı, işğaldan azad edilmiş Ağdam şəhərinin bərpa layihəsinin təqdimatı mərasimlərindəki və Şuşada Cıdır düzündə keçirilən “Xarıbülbül” təntənəsindəki görüşlərimi isə ömrümün ən unudulmaz hadisələri kimi daim xatırlayacağam.

 

Bu əlamətdar yubiley günüdə əziz Prezidentimizi 60 illik yubileyi münasibətilə dərin sevgi-sayğı ilə təbrik edir, ali şəxsiyyətinə sonsuz ehtiramla ona möhkəm cansağlığı, xalqımızın xoşbəxtliyi naminə çoxşaxəli fəaliyyətində yeni-ye­ni uğurlar arzulayıram! Qoy ulu öndər Heydər Əliyevin xalqı­mıza əmanət etdiyi qalibiyyət bayrağı sevimli liderimiz İlham Əliyevin rəhbərliyi ilə fəth etdi­yimiz zirvələrdə daim əzəmətlə dalğalansın!

 

Ramiz QULIYEV,

 

Bakı Müsiqi Akademiyasının professoru,

 

Xalq artisti, Dövlət mükafatı laureatı

 

Xalq qəzeti  2021.- 25 dekabr.- S.16.