Əlilliyi olan hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi ictimaiyyət tərəfindən razılıqla qarşılanır

 

Azərbaycanda sosial islahatlar davam etməkdədir. 2019-cu ildəki islahatların davamı olaraq, 2022-ci ilin sonlarında Azərbaycan Prezidenti İlham Əliyev üçüncü sosial islahatlar paketini təqdim edir. Artıq bununla bağlı dövlət başçısı bir neçə fərman sərəncam imzalamışdır. Yeni islahatlar mərhələsi dövlət başçısınınƏhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək bu islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar ümumilikdə, 2,1 milyondan çox insanı əhatə edəcək.

 

Prezident İlham Əliyevin bu il dekabrın 17-də imzaladı­ğı sərəncamla minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 1 yanvar 2022-ci ildən 300 manata çatdırıldı. Elə həmin vaxt elan olundu ki, minimum əməkhaqqı artımı dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə eyni sayda – 400 min nəfər olmaqla, ümumən 800 min işçini əhatə edəcək.

 

Dövlət başçısı dekabrın 23-də yeni islahatlar paketinin növbəti mərhələsi ilə fərmanlar imzaladı, dövlət büdcəsindən maliyyələşdirilən bir sıra sahələrdə çalışanların əməkhaqları artırıldı. Prezident, eyni zamanda, “Azərbaycan Res­publikasının ərazi bütövlüyünün, müstəqilliyinin konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) al­ması ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qul­luqçuların daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haq­qındada fərman imzalayıb.

 

FərmanHərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqın­daAzərbaycan Respublikasının 1997-ci il 20 may tarixli, 296-IQ nömrəli Qanunu 1997-ci il avqustun 2-də qüvvəyə minənədək ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kon­tuziya) alması ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların daxili işlər orqanları əməkdaşlarının, habelə on­ların ailə üzvlərinin sosial müdafiəsini gücləndirməyi nəzərdə tutur. Qərara alınır ki, əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanla­rının əməkdaşlarına ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilsin: I dərəcə əlilliyə görə – 8 800 manat, II dərəcə əlilliyə görə – 6 600 manat, III dərəcə əlilliyə görə – 4 400 manat.

 

Bundan əlavə, fərmana əsasən, birdəfəlik ödəmənin verilməsi qay­dasına dair təkliflərin hazırlanması, bu istiqamətdə yerinə yetiriləcək işlərin əlaqələndirilməsi məqsədilə xüsusi komissiya yaradılır. Komissi­yanın sədri Əmək əhalinin sosial müdafiəsi naziri olacaq. Müdafiə, daxili işlər, ədliyyə fövqəladə hallar nazirlərinin, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Səfərbərlik Hərbi Xidmətə Ça­ğırış üzrə Dövlət Xidməti, Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəislərinin müavinləri, o cümlədən, Dövlət Sığor­ta Kommersiya Şirkətinin sədri komis­siyanın üzvlüyünə daxil ediliblər.

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə komissi­yanın təklifləri əsasında birdəfəlik ödəmənin verilməsi qaydasını iki ay müddətində Azərbaycan Respubli­kasının Prezidenti ilə razılaşdırmaq­la təsdiq etmək tapşırılıb. Nazirlər Kabineti, eyni zamanda, nəzərdə tutulmuş ödənişlərin verilməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsindən ilkin olaraq 50 milyon manat vəsait ayrılması üçün tədbirlər görəcək.

 

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi ödənişlərin nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürülməsini təmin edəcək.

 

Göründüyü kimi, respublikamızın ərazi bütövlüyünün, müstəqilliyinin konstitusiya quruluşunun müdafiəsi uğrunda mübarizədə yaxından iştirak etmiş, yaralanaraq əlil olmuş şəxslər onların ailələri daim dövlətimizn, eləcə şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Ona görə ölkədə hər dəfə sosial isla­hatlar həyata keçiriləndə ilk növbədə Vətən uğrunda candan keçən, əlil olan insanlarımız onların ailələrinin sosial müdafiəsi yada düşür. Bu isə bütün ictimaiyyətimiz tərəfindən razı­lıqla qarşılanır.

 

Cəlil BAXŞIYEV,

 

YAP Lerik Rayon Təşkilatının sədr əvəzi

 

Xalq qəzeti  2021.- 25 dekabr.- S.18.