Milli Prioritetlər xoşbəxt gələcəyimizi təmin edən mükəmməl inkişaf proqramıdır

 

Ulu öndər Heydər Əliyevin iftixarla xatırladığımız “Azərbaycan dünyaya Günəş kimi doğacaqdır” fikri bu gün reallaşmaqdadır. Ölkəmizin regional güc mərkəzinə çevrilməsi, mötəbər Davos Forumu uğurlarımızı etiraf edir. Sənayenin rəqəmsallaşdırılması və ən müasir texnologiyaların geniş tətbiqi dünyanın güclü dövlətləri sırasında layiqli yer tutmağımızı şərtləndirir. Doğma Qarabağımızın 30 illik erməni işğalından azad olunması isə Azərbaycanın qarşısında xüsusilə geniş inkişaf perspektivləri açmışdır. Bu baxımdan, müstəqil və suveren dövlətimiz postpandemiyapostkonflikt dövründə keyfiyyətcə yeni olan strateji mərhələyə daxil olur. “Azərbaycan–2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də məhz bu dönəmdə qarşıda duran ən mühüm vəzifələr müəyyənləşdirilmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu günlərdə Milli Prioritetləri təsdiq edən sərəncamında bildirilir ki, son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyümüş, güclü sosial-iqtisa­di infrastruktur yaradılmış, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli şəkildə azal­mışdır. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupun­da möhkəmlənmişdir. Artan iqtisadi gücümüz ölkəmizə Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı vermişdir. Azərbaycan artıq regional iqtisadiyya­tın lokomotivi rolunu oynayır, dün­yanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilmişdir.

Qazanılan iqtisadi üstünlük, möhkəm ictimai-siyasisosial-iqti­sadi bünövrə ölkəmizin hərbi qüdrətini də yüksəldib. Bu nailiyyətlər sayəsində torpaqlarımız işğaldan azad edilib və ərazi bütövlüyümüz, nəhayət, bərpa olunub. Bütün bunlar mövcud iqtisadi potensialdan xalqımızın rifahı üçün tam istifadə olunmasına geniş imkan­lar yaradır.

Milli Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının “Dün­yamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlik”dən irəli gələn öhdəliklərin icrası baxımından da əhəmiyyətlidir. Sərəncamda vurğulanır ki, uzun müddətdir, koronavirus pandemiya­sına qarşı aparılan effektiv mübarizə, ümumdövlət məqsədləri naminə həmrəylik təcrübəsi və ərazi bü­tövlüyünün bərpası irimiqyaslı və dərin islahatları zəruri edir. Əvvəlki islahatlar bundan ötrü çox etibarlı bir bünövrədir. Başlıca hədəfimiz yüksək rifaha malik lider dövlət yaratmaqdır. Yeni strateji mərhələdə azadlığına qovuşmuş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir. Milli prioritetlər də məhz ölkənin uzunmüddətli inkişaf vektorunun müəyyənləşdirilməsini tələb edir.

Mühüm sənəddə Nazirlər Kabinetinə tapşırılıb ki, Milli Prioritetlərə uyğun olaraq, “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın layihəsini hazırlayıb təqdim etsin. Buraya qabaqcıl beynəlxalq təşkilatlar və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsi, aidiyyəti dövlət qurumları­nın, elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunması kimi vacib istiqamətlər aiddir.

Artıq Milli Prioritetlərə uyğun olaraq, ilk beşillik inkişaf strate­giyasının formalaşdırılması, bu sahədə idarəetmənin effektiv təşkil və əlaqələndirilməsi, habelə uyğun siyasət və islahat istiqamətlərinin müəyyən edilməsi məqsədilə Nazirlər Kabinetində komissiya yaradılıb. Baş nazir Əli Əsədovun sədr, iqtisadiyyat naziri Mikayıl Cabbarovun müavin kimi təsdiqləndiyi komissiyanın tərkibinə nazirlər, komitə sədrləri daxil ediliblər. Komissiyanın alt işçi qrupları forma­laşdırılacaq və bütün işlər səmərəli əməkdaşlığın həyata keçirilməsinə xidmət edəcək.

Qarşıdakı 10 ildə 5 prioritet gerçəkləşdirilməlidir. Bunlar kon-kret olaraq, dayanıqlı şəkildə artan rəqabətqabiliyyətli iqtisadiyyata nail olmaq, dinamik, inklüzivsosial ədalətə əsaslanan cəmiyyəti forma­laşdırmaq, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanını yaratmaq, Qarabağa böyük qa­yıdışı layiqincə təmin etmək və nəhayət, Azərbaycanı təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi şöhrətləndirməkdir.

Prezidenti İlham Əliyev fevralın 3-də İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən müasirləşmə səyləri barədə fikirlərini bildirib: “Biz Azərbaycanda ən qa­baqcıl texnologiyaları tətbiq etmək istəyirik. Çünki ölkə müasirləşməlidir, intellektual baxımdan bacarıqlı olmalı­dır və sənaye sahəsində güclənməlidir ki, biz neftqaz qiymətlərindən asılı olmayaq. Bu, ölkəmizin dayanıqlı inki­şafını təmin edəcək. Təbii ki, sənaye inkişafı prosesi zamanı, qeyd etdiyiniz kimi, şirkətiniz ilə Azərbaycan ara­sında strateji birlik çox alqışlanacaq. Müasirləşmək, irəliyə doğru getmək və inkişaf etmək üçün bizim bu cür güclü tərəfdaşa ehtiyacımız var”.

Xatırladaq ki, işçi qüvvəsinin 72 faizini azərbaycanlıların təşkil etdiyi həmin İtaliya şirkətinin ölkəmizdə çalışan heyəti, həm də yerli universitet tələbələri və ümumiyyətlə gənclərlə əməkdaşlıq edir. Bu isə gələcək perspektiv baxımından təqdirəlayiqdir. Şirkət texnoloi tərəqqi baxımından yenilik olan “yaşıl kimya” sahəsini inkişaf etdirmək istəyir ki, bu da Milli Prioritetlərə aid məsələdir.

Azərbaycan indiyədək çirklənmiş ərazilərin təmizlənməsinə böyük sərmayələr yatırıb, ətraf mühitin qo­runması naminə mühüm addımlar atıb və bu, davam edir. Dövlət başçısı “ya­şıl enerji” konsepsiyasını irəliyə apa­ran yol adlandırıb: “Mən artıq bəyan etmişəm ki, azad olunmuş bütün ərazilər “yaşıl enerji zonası”nı təşkil edəcək. Onlar Azərbaycanın böyük hissəsini təşkil edir. Eyni zamanda, biz orada “ağıllı şəhər”, hətta “ağıllı kənd” adlanan müasir texnologiyaları tətbiq edəcəyik. Bu, həmçinin Azərbaycanın yenidənqurmaya, müasirləşməyə və texnoloji tərəqqiyə ehtiyac duy­duğumuz digər bölgələri üçün yaxşı nümunə olacaq”.

Prioritetlərin bir aspekti də vətəndaşların uzunömürlülüyüsağlam həyat tərzini diqqətdə saxla­masıdır. Bu, vətəndaşların məhsuldar fəaliyyəti və sosial rifahının artırılması üçün çox vacibdir. Prioritetlərdə sağ­lamlığın və uzunömürlülüyün ölkədə səhiyyə sisteminin keyfiyyətindən bir­başa asılı olacağı bildirilir. Maraqlı bir fakt da budur ki, Azərbaycan doğum səviyyəsinə görə dünyanın 229 ölkəsi arasında 126-cı yeri tuturQafqazda liderdir. Müsbət demoqrafiyanın özü yeni prioritetləri zəruri edir.

Ölkəmizdə əsrin tələblərinə uyğun təhsilin təşkili də prioritetlər sırasın­dadır. Çünki dünyada artan rəqabətə davam gətirə biləcək iqtisadiyyat güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalı milli sərvətdə üstünlük qazanır. Prioritetlərdə Qarabağa qayıdan soydaşlarımızın təhlükəsiz yaşayışının təmin edilməsi, bu bölgələrin ən abad guşələrə çevrilməsi də əsas yer tutur. Burada müasir həyatın əsası olan layiqli ya­şayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır.

İqtisadi yüksəliş tendensiyasından bəhs edən nazir Mikayıl Cabbarov bildirib ki, regionun ən böyük sənaye zonası olan Sumqayıt Kimya Sənaye Parkında indiyə qədər 24 sahibkarlıq subyektinə rezident statusu veri­lib. Növbəti mərhələdə 400 milyon manatdan çox investisiyanın qoyul­ması və 900-ə yaxın daimi yerinin yaradılması nəzərdə tutulur. Kimya sənayesinin tərəqqi üfüqləri daha da genişlənir.

Milli Prioritetlərdə əksini tapan məsələlərdən biri özəl sektorun, xüsusilə də kiçikorta sahibkarlı­ğın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühitin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, məhkəmə-hüquq sistemində şəffaflığın artırılması, haqsız rəqabətin qarşısının alın­masıdır. Bununla əlaqədar olaraq, yeni və şəffaf özəlləşmə strategiyası həyata keçirilməlidir. Biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Vergigömrük siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət etməlidir.

Milli Prioritetlərdə göstərilib ki, strateji dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, xüsusilə daha çox artacaq. Odur ki, ölkəmizdə enerjidən tam səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir.

Bir sözlə, qarşıdakı dövrdə Azərbaycan dövləti və hökumətinin əsas amalı ölkəni daha da irəli aparmaq və sürətli tərəqqini təmin etməkdir.

 

Əli NƏCƏFXANLI

Xalq qəzeti  2021.- 5 fevral.- S.2.