Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 28 Bakı şəhəri, 2 fevral 2021-ci il

 

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 4, maddə 440, ¹ 11, maddə 1513; 2015, ¹ 5, maddə 665; 2016, ¹ 3, maddə 615, ¹ 5, maddə 955, ¹ 9, maddə 1563, ¹ 10, maddə 1733; 2017, ¹ 1, maddə 123, ¹ 8, maddələr 1616, 1623, ¹ 9, maddə 1758; 2018, ¹ 2, maddə 343, ¹ 3, maddə 622, ¹ 4, maddə 809, ¹ 5, maddə 1126, ¹ 8, maddə 1817, ¹ 10, maddə 2162, ¹ 11, maddə 2439; 2019, ¹ 3, maddə 522, ¹ 12, maddə 2101; 2020, ¹ 2, maddə 206, ¹ 10, maddə 1270; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 486 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na aşağıdakı məzmunda 3.20-ci bənd əlavə edilsin:

“3.20. Ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşın­ması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulpluqulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməlidir. Bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya (alıcıya) əvvəlcədən məlumat verilməlidir.”.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

Xalq qəzeti  2021.- 6 fevral.- S.9.