“Elektron qaimə-fakturanın
formasının, tətbiqi, uçotu və
istifadəsi Qaydaları”nın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli
Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 26 Bakı
şəhəri, 2 fevral 2021-ci il
“Azərbaycan Respublikasının
Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli
1704-VQD nömrəli Qanununun tətbiqi və
həmin Qanunun tətbiqi ilə əlaqədar
bir sıra məsələlərin tənzimlənməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanının
1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti
qərara alır:
“Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 3, maddə 488) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Qərarın 1-ci və 2-ci hissələri
ləğv edilsin.
2. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti 2021.- 6 fevral.- S.9.