Qarabağın inkişaf modeli: dəyərli və zəngin mədəni irs nümunələri bərpa ediləcək, lazım olanlar isə yaradılacaq

 

Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik. İndi bərpa dövrü başlayır, genişmiqyaslı quruculuq işləri aparılacaq.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Milli varlığımıza qənim kəsilmiş erməni vandalları 30 il işğalda saxladıqları Qarabağda sivil mədəni irsimizin yerində başdan-başa klassik bir cəhənnəm yaradıb. Bu barbarlığın qaynağı Azərbaycan xalqına qarşı qatı və hüdudsuz nifrət olsa da, hədəfi bütün dünyaya məxsus sivil dəyərlərdir. Təcavüzkar Ermənistan dövləti və millətçilik bəlasına yoluxmuş dünya erməniliyi üçüncü minilliyə qədəm qoymuş bəşər sivilizasiyasının çağdaş səhifələrinə Qarabağda yaratdığı gerçək cəhənnəmin nifrət doğuran mənzərələrini həkk edib.

Prezident İlham Əliyev erməni vandalizminin şah əsəri olan Qarabağ cəhənnəmini belə təsvir edib: “Hər tərəf dağıdılıb, infrast­ruktur dağıdılıb, binalar sökülüb, inzibati binalar sökülüb, daş daş üstündə qalmayıb”. Bu mənzərəni rəsmi statistika belə tamamlayır: İşğaldan azad edilmiş rayonlarda yaşayış evləri və inzibati binalarla yanaşı, 700 tarixi-mədəni abidə, 927 kitabxana, 800 mədəniyyət mərkəzi, 85 musiqi və incəsənət məktəbi, ümumilikdə 100 min artefaktın saxlanıldığı 22 muzey, 4 rəsm qalereyası, 4 kinoteatr, 2 konsert zalı ya məhv edilib, ya da zədələnib. Beləliklə, regionun bərpasına uzun zamanböyük maliyyə resursu lazım olacaq. Bəzi ekspertlər hesab edir ki, bu işlərin başa çatdırılması üçün 5--10 il vaxt və 10 milyard dollardan çox vəsait tələb olunur.

Azərbaycanın dövlət başçısı xalqa dekabrın 1-də ünvanladı­ğı müraciətində bildirib: “Biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın nor­mal həyatı üçün bütün addımları atacağıq”.

Azərbaycan xalqı 30 il əvvəl itir­diyi cənnət Qarabağı cəhənnəmə döndərilmiş halda geri qaytarsa da, misilsiz yurd sevgisindən və bəşəri dəyərlərə dərin bağlılıqdan güc alaraq bu yerləri yenidən gülüstana çevirmək eşqi və amalı ilə yaşa­yır. 2016-cı ilin Aprel zəfərindən sonra xarabalıq içindən dirçəldilmiş Çocuq Mərcanlı Qarabağa Böyük qayıdışın modeli kimi qəbul edildi. Artıq Böyük qayıdışa böyük də qapı açılıb: Qarabağ əvvəlkindən də gözəl, tarixdə heç vaxt olmamış qədər əzəmətli olacaq!

Bu böyük qayıdışda, ilkin ola­raq, tarixən vilayətin tacı sayılan, işğaldan sonra isə Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan mədəniyyətinin pay­taxtı elan etdiyi Şuşaya Füzulidən çəkilən çoxcərgəli magistral ulu yurdun dünəninə və içərilərinə, bu yolun başlanğıcında tikilən beynəlxalq aeroport isə Qaraba­ğın sabahına və böyük dünyaya yönəlik yeni simasını rəmzi olaraq ifadə edir.

Qarabağı xalqın dəmir yum­ruğa çevrilmiş birliyi xilas etdiyi kimi, onun bərpa, dirçəliş və tərəqqi proqramı da bütün xalqın fəal, yaradıcı iştirakına meydan açıb. Bu gün müxtəlif peşə sahibi olan sıravi vətəndaş da, sabahın konturlarını yaradan iqtisadçı da, memar da Qarabağın yaxın sabahı barədə düşünür, Böyük qələbəmiz qədər önəmli olan Böyük qayı­dışa öz töhfəsini hazırlayır. Bu ümumxalq duyğu-düşüncəsinin özülündə Qarabağda itirdiyimiz ən qiymətli nə varsa hamısını bərpa edib geri qaytarmaq istəyi ilə bu bölgəyə müasir həyatın ən üstün yeniliklərini gətirmək arzusu üzvi surətdə qovuşur.

Bu bərpa-quruculuq modeli­nin baş memarı Qarabağın baş xilaskarı adını qazanmış Ali Baş Komandan İlham Əliyevin özüdür. Dövlət başçısı Cocuq Mərcanlını onun dünəninin və sabahının timsalı olaraq ərsəyə gətirilməsini təmin etdi. Ölkə rəhbəri Qarabağın bərpa və dirçəlişi ilə bağlı bütün çağırış və addımlarında da dünənlə gələcəyin vəhdətini yaratmağı əsas götürür: O dəyərlər ki, yaşarıdır, gərəklidir, yenidən yaradılacaq, dikəldilək; o tələbatlar ki, indi orta­ya çıxır, onlara da geniş meydan açılacaq.

Hələlik Qarabağ düşmənin iyrəncliyinin, vəhşiliyinin toxumları kimi torpağa basdırılmış mina və partlamamış sursatdan təmizlənir. Bununla yanaşı, əsas məntəqələrin zəruri kommunikasiyaları bərpa edilir. Bundan sonra isə əsaslı bərpa-quruculuq işləri barədə iqti­sadçı və memarların mülahizələri əsasında baş planların hazırlanma­sı gəlir.

İqtisadçılar ölkəmizin ümu­mi qüdrətinə, xalqımızın yurd sevgisinə və qurub-yaratmaq əzminə əsaslanaraq bildirirlər ki, Qarabağ ölkə prezidenti­nin tələbinə uyğun olaraq, qısa müddətdə və uğurla bərpa ediləcək.

Milli Məclisin deputatı, iqtisad­çı akademik Ziyad Səmədzadə Qarabağın bərpası və bölgənin yaxın gələcəkdə inkişaf etdirilməsi barədə qənaətini yığcam şəkildə belə ifadə etdi:

– Artıq Dağlıq Qarabağ münaqişəsindən söhbət düşəndə də biz yalnız onu deməliyik ki, bu münaqişə keçmişdə qalıb. Vətən müharibəsinin başa çatması 33 illik qanlı, dağıdıcı münaqişəsini arxa­da qoymaqla yanaşı, Qarabağa böyük qayıdışa start verib, Qaf­qaz regionunda qonşu dövlətlərin illərdən bəri arzu olunan çoxtərəfli əməkdaşlığı üçün geniş mey­dan açıb. Vətən müharibəsində möhtəşəm qələbə Azərbaycan dövlətinin qarşısında yeni hədəflər və vəzifələr qoyub. İndi bizi növbəti mübarizə, növbəti mərhələ və yeni böyük hədəf gözləyir.

Ötən müddətdə Qarabağ­da Rusiya sülhməramlılarının tənzimləyici və əlaqələndirici fəaliyyəti ilə yanaşı, Ağdam rayo­nunda Rusiya – Türkiyə Monitorinq Mərkəzinin yaradılması üzrə də in­tensiv aparılıb və həmin mərkəz bugünlərdə uğurla fəaliyyətə başlayıb. Bunlar bölgədə sülh və təhlükəsizliyin növbəti təminatlarını yaratmağa xidmət edir. Azərbaycan dövlətinin rəhbərinin vurğuladığı kimi, ölkəmiz Qafqazda sülhü, əmin-amanlığı bundan son­ra da qorumaq, dinc qonşuluq münasibətlərini inkişaf etdirmək niyyətindədir

Yanvar ayında Moskvada Azərbaycan Ermənistan və Rusiyanın dövlət başçılarının görüşündə əldə edilmiş razı­laşmalar da Qarabağda bərpa və quruculuq işlərinin ümumi prinsiplərinin gerçəkləşdirilməsi üçün əməli addımlara meydan açıb. Birgə bəyanata əsasən, hökumət başçılarının müavinlərinin rəhbərliyi ilə yaradılan işçi qrup, ilk növbədə, bölgədə kommunikasiya­ların bərpası və açılması tədbirləri üzərində işə başlayıb. İndi Qara­bağdakı səngərləriin və istehkam­ların yerində irimiqyaslı bərpa və quruculuq işlərinin özülü qoyulur.

Biz müharibə bitəndən dərhal sonra işğaldan azad olunmuş ərazilərimizin quruculuğuna, bərpasına başlamışıq. Bu, heçasantez başa gələn bir məsələ deyil. Çünki məhv edilmiş, dağıdıl­mış infrastruktur yenidən yaradıl­malı və bərpa edilməlidir. Yenidən yollar, elektrik, qaz, kommunikasiya xətləri çəkilməli, körpülər salınma­lıdır və sair. Hazırda işğaldan azad olunmuş, uzun illər tapdaq altında qalmış ərazilərimiz ardıcıl olaraq minalardan təmizlənir.

Biz bu münaqişəni öz gücümüzlə 44 gündə həll etdiyi­miz kimi, ərazilərimizin bərpası və quruculuğu işlərini də səbrlə, təmkinlə, ardıcıl addımlarımız, ən əsası öz gücümüzlə həll edə biləcəyik. Bunun üçün də kifayət qədər maddi və mənəvi resurs­larımız, əmək ehtiyatlarımız, maliyyəmiz var. Prezident İlham Əliyev dönə-dönə bəyan edir ki, biz müharibədə qalib gəldiyimiz kimi, Qarabağın bərpa edilib dirçəldilməsinin də öhdəsindən layiqincə gələcəyik. Artıq bu istiqamətdə dövlət başçısının tapşırığı ilə müvafiq dövlət struk­turları, aidiyyatı orqanlar ilkin dəyərləndirmələrə, hesablamalara başlayıblar.

Ölkə rəhbərinin müəyyən etdiyi kimi, indi biz müharibə başa çatandan sonra ölkəmizə, insanlarımıza vurulmuş ziyanın həcmini qiymətləndiririk: “Əvvəlcə beynəlxalq ekspertlərin iştira­kı ilə biz həm mənzil fonduna, həm tarixi, mədəni abidələrə, həm də ekologiyaya vurulmuş ziyanı qiymətləndirəcəyik. Bu­nunla paralel olaraq infrastruktur layihələri üzrə proseslər artıq başlanıb. Artıq yol tikintisinə dair ilk kontraktlar, digər infrastrukturla bağlı kontraktlar bağlanıb. Mən öz bəyanatlarımın birində demişəm ki, dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik”.

Artıq birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kont­raktı İtaliyadan olan bir şirkətlə bağlamaq planlaşdırılır. “Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin”-- deyən Prezident İlham Əliyev dostluq münasibətləri saxladığımız ölkələrin başçılarına müraciət edərək onların şirkətlərini bu layihələrdə podratçılar kimi fəal iştirak etməyə çağırıb.

Əlbəttə, işğal edilmiş ərazilərin bərpasına özəl sektor da cəlb ediləcək, onlar üçün heç şübhəsiz ki, əlverişli şərait yaradılacaq. Bu gün Azərbaycan sahibkarlığı dövlətimizin strateji resursu kimi qiymətləndirilir və tam əminliklə demək olar ki, yeni yaradılmış Qarabağ Dirçəliş Fondu və digər imkanlı qurumlar işğaldan azad edilmiş əraziləri çiçəklənmiş diyara çevrilməsi üçün sahibkarlarımızı bu nəcib işə cəlb edəcəkdir.

AMEA-nın müxbir üzvü, Əməkdar elm xadim Əli Nuriyev Qarabağın bərpa-quruculuğu prosesində regional iqtisa­di inkişaf prinsiplərinə əməl edilməsinin zəruriliyini vurğu­ladı:

– Qarabağın işğaldan azad edilməsi xalqımızın, dövlətimizin qarşısına yerinə yetirilməsi hamı­mızın birgə səylərini tələb edən çox mühüm vəzifələr qoyur. Biz işğaldan azad edilmiş rayonların, şəhərlərin, kəndlərin əvvəlki sima­sını yeni keyfiyyətdə, indiki dövrün tələblərinə uyğun bərpa etməliyik. Etiraf edək ki, bu o qədər də asan vəzifə deyil. Qarabağın düşməndən azad olunmuş ərazilərində xalqı­mızın uzun illər yaratdığı maddi, mənəvi sərvətlər dağıdılmış, saxtalaşdırılmışdır. Evlər, məktəblər, yollar, enerji, su təminatı sistemi, səhiyyə müəssisələri talan və məhv edilmişdir. Bizə sinəsi cadar-cadar olan torpaqlar, kol basmış yamaclar, burada vaxtı ilə insanların yaşamış olduğunu göstərən xarabalıqlar qal­mışdır. Torpaqların böyük bir hissəsi indiki vəziyyətində kənd təsərrüfatı üçün yararsız hala salınmışdır.

Qarabağ kimi iriböyük po­tensialı olan bir bölgədə irimiqyaslı, uzunmüddətli bərpa, dirçəliş və inkişaf prosesinə start verildiyi bir məqamda, bildirək ki, ümumiyyətlə, regionlarda iqtisadiyyatın və bütövlükdə məhsuldar qüvvələrin inkişaf istiqamətləri müəyyən edilərkən hər bir bölgənin fərqli xüsusiyyətləri (iqtisadiyyatın inki­şafında tarixən toplanmış təcrübə, inkişafın mövcud vəziyyəti, torpaq, iqlim şəraiti və i.a.) və respublika­mızın qarşısında duran ümuni stra­teji xarakterli vəzifələr nəzərə alınır. Bu baxımdan Qarabağın işğaldan azad edilmiş rayon və şəhərlərinin əvvəlki həyatının yeni keyfiyyətdə bərpa və inkişaf etdirilməsi daha çox özünəməxsusluq kəsb edir.

Şübhəsiz, dövlət səviyyəsində bütün təsərrüfat və xidmət sahələrinin yeni keyfiyyətdə bərpası və inkişafını əhatə edən uzunmüddətli (təqribən, 10 il müddətinə) strateji xətt, planproqram hazırlanıb həyata keçiriləcəkdir. Artıq ölkə rəhbəri İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətlərdə təşkilati və praktiki fəaliyyət və tədbirlər geniş vüsət almaq­dadır. Fikrimizcə, təsərrüfat və xidmət sahələrinin keyfiyyətli bərpası və inkişafı məsələlərinin həllində növbəlilik, ardıcıllıq müəyyənləşdirilməlidir.

İrimiqyası, uzunmüddətli bərpa və inkişaf posesində öz yurdlarına qayıdacaq insanların həyat və fəaliyyəti üçün ən zəruri şəraitin təmin edilməsi birinci plana keçməlidir. Prezident, İlham Əliyev, çox haqlı olaraq, Qarabağ əraziləri işğaldan azad edilən andan su, enerji, yol, səhiyyə kimi insanın həyat və fəaliyyəti üçün zəruri olan sahələrin bərpasına göstəriş verdi. Su həyatın özüdür, yol müasir həyatınqan damarlarıdır, enerji fəaliyyət və inkişafın hərəkətverici qüvvəsidir, səhiyyə Qarabağa qayı­dacaq insanların sağlamlığının və işgüzarlığının qorunmasının vacib şərtləridir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Vüsal Qasımlı isə Qarabağın, bərpa və inkişaf layihələrinin ölkənin ümumi tərəqqisinə təkan verəcəyini söylədi:

– İqtisadiyyatın özünün səmərəliliyi və insan kapita­lı amilini nəzərdə tutan dövlət başçısı İlham Əliyev Qarabağda yeni üstün idarəetmə modeli­nin anonsunu verib. Prezidentin xüsusi nümayəndəliyi institutu-- Qarabağ Dirçəliş Fondu yaradılıb. Bu, inkişafın Qarabağ modelinin əsasının qoyulmasıdır və uğur qazanacağı təqdirdə Azərbaycanın qalan ərazisində də tətbiq ediləcək. Qarabağın reinteqrasiyası ilə Azərbaycan iqtisadiyyatında ümumi kapital artacaq. 2021-ci ilin dövlət büdcəsindən ayrılan 2,2 milyard manat vəsait ilə yanaşı, dövriyyəyə cəlb olunan torpaq, meşə, su, faydalı qazıntı, əmlak və mədəni irs kimi sərvətlər kapita­lın həcmini– əsas fondları artırır. Azərbaycanda əmək ehtiyatlarının sabit qaldığı şəraitdə də əsas fondların çoxalması kapitaltutumlu iqtisadi artımı sürətləndirir.

Yaradılan yeni əsas fond­lar müasir texnologiyalara əsaslandığından daha çox fond­verimliliyi, yəni hər manat kapitala düşən məhsulu artıracaq. Digər tərəfdən, Solou modelinə görə, Qa­rabağda kapital qoyuluşu sıfırdan başladığına və tarazlıq nöqtəsinə məsafə çox olduğuna görə daha çox dəyər yaradacaq. II Dünya müharibəsindən sonra AlmaniyaYaponiya dağıntların üzərində belə rəqabətqabiliyyətli iqtisadiyyat qur­du. Qarabağda dövlət sərmayələri katalizator, qeyri-dövlət sərmayələri isə drayver olacaq.

Qarabağın meşə, su, torpaq, faydalı qazıntı və qeyri-maddi resursları ilə Azərbaycan iqti­sadiyyatının dövriyyəsinə cəlb olunması, həmçinin yeni reallığa uyğun olaraq regional nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsi böyük artım poten­sialına malikdir. Müzəffər Ali Baş Komandanordumuzun yaratdığı yeni reallıq ölkə iqtisadiyyatının növbəti 10 ildə iki dəfə artırılma­sına inamı gücləndirir. Xüsusən də Qarabağda yaşıl enerji, dağ-mədən, metallurgiya, emal sənayesi, aqrar sahə və turizm kimi sahələr həm dövlət, həm də özəl yerlixarici sərmayələr hesabına inkişaf etdiriləcək. Dünya Bankının “Doing Business” hesabatında dün­yanın ən islahatçı 10 ölkəsindən biri olan Azərbaycanın əldə edilmiş qələbəmizi sistemli və davamlı is­lahatlarla yeni imkanlara çevirməsi mümkündür.

Bu günlərdə “Standard & Poor'sagentliyi Azərbaycanın yerlixarici valyutada uzunmüddətli suveren kredit reytinqini “BB+/B” səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə “mənfi”dən “sabit"ə yüksəldib. Agentlik bunu Qarabağın azad olunması və atəşkəs razılaşmasının imzalan­ması nəticəsində təhlükəsizliyin, maliyyə sektorunun və tədiyyə balansının risklərinin azalması ilə əsaslandırıb.

Beləliklə, Ermənistan üçün 30 illik işğal dövründə talan edib xara­balığa çevirdiyi Qarabağ ağır yükə və buxova çevrildisə, Azərbaycan üçün azad edilmiş və dirçəldilən Qarabağ inkişafın drayveriilham mənbəyidir. Bütövlüksə isə inkişafın Qarabağ modelinin qurulması bərpa prosesinin sürət və səmərəsini yüksəldəcək. Eyni zamanda, biz ərazilərimizi bərpa etməklə, yenidən qurmaqla həm də ölkəmizin tarixi multikultural ənənələrini, mühtini, millidini tolerantlığını bir daha qoruyub-sax­lamış, inkişaf etdirmiş olacağıq.

 

İqtisadçılar göstərirlər ki, Qarabağda əvvəlki həyatın yeni keyfiyyətdə bərpası və inkişa­fının çox mühüm şərtlərindən biri əhalinin məskunlaşmasının təşkilidir.

Bu məsələdə şəhər və kənd əhalisinin məskunlaşmasına sıx əlaqədə və eyni zamanda bir qədər fərqli formada yanaşmaq lazımdır. Birinci növbədə, Qara­bağda mədəni-iqtisadi mərkəz rolunu oynayacaq şəhərlərin müəyyənləşdirilməsi və onların in­kişafına üstünlük verilməsi vacibdir. Məlumdur ki, bunlardan birincisi Şu­şadır. Azərbaycan Prezidenti İlham Əliyev artıq şəhəri Azərbaycan mədəniyyətinin paytaxtı elan etmiş, Şuşanın nəinki Azərbaycanın, həm də bütün regionun mədəniyyət mərkəzi olduğunu qeyd etmişdir.

İstehsal sahələrini bərpa edərkən, birinci növbədə, xalqın tarixən zəngin təcrübə toplamış olduğu sahələrin yeni şəraitin tələblərinə uyğun bərpasına diqqət yetirilməlidir. Məlumdur ki, işğaldan azad olunmuş ərazilərin iqtisa­diyyatı tarixən çoxsahəli xarakter daşımışdır. Qarabağın zəngin təbiəti, əlverişli coğrafi mövqeyi bu­rada istehsal və xidmət sahələrinin kompleks inkişafına şərait yaradır. Keçən əsrin 80-ci illərində regi­onda müxtəlif istehsal sahələri öz inkişafının ən yüksək səviyyəsinə çatmışdı. İşğaldan azad olunmuş ərazilər üzümçülük-şərabçılıq, baramaçılıq-ipəkçilik, pambıqçılıq və mahlıc, tütünçülük- siqaret, meyvəçilik-konserv, taxılçılıq-qi­da, heyvandarlıq-ət-süd və digər istehsal sahələrində Azərbaycan iqtisadiyyatında çox mühüm yer tuturdu.

İstehsalsosial infrastruk­tur sahələrinin bu istiqamətlərdə inkişafı bir tərəfdən işğaldan azad olmuş rayonların, bütövlükdə, Qarabağ bölgəsinin iqtisadiyya­tının vahid bir regional sistem kimi inkişafına, digər tərəfdən Ermənistanla həmsərhəd rayon­larla Azərbaycanın digər əraziləri arasında ikitərəfli əlaqələrin inkişa­fına şərait yaratmalıdır. Şübhəsiz ki, yaxın vaxtlarda Qarabağda elm və təhsil ocaqlarının yaranması­na, elmin və təhsilin inkişafına da xüsusi diqqət yetiriləcəkdir.

 

Tahir AYDINOĞLU

Xalq qəzeti  2021.- 6 fevral.- S.5.