Vaksinlər uğrunda mübarizə daha da kəskinləşə bilər

Azərbaycan dünyadakı “ədalətsiz vaksin bölgüsü”nə qarşıdır. Çünki bizim dövlətimiz mənəvi dəyərlərə hər zaman hörmətlə ya­naşmış, birliyi, həmrəyliyi, humanizmi daim təbliğ və tərənnüm etmişdir. Odur ki, zəngin Qərb dövlətlərinin dünyaya vaksin ədalətsizliyi nümayiş etdirməsi, digər insanların həyatını təhlükə altında saxlamasına ölkə olaraq səssiz qala bilməzdik. Çünki 44 günlük Vətən müharibəsində Azərbaycana insan hüquqları və humanizm dərsi keçmək istəyən Qərb dövlətləri ədalətsiz vaksin bölgüsünə imza ataraq necə “demokrat” olduqlarını sübut etdilər.

Dövlətimiz pandemiya ilə mübarizədə ilk günlərdən doğru və vaxtında addımlar ataraq, əhalinin sağlamlığının maksimum səviyyədə qorunması üçün digər ölkələrə nümunə olacaq tədbirlər görmüşdür. Bütün dünyanı bürüyən pandemiyanın təsiri pa­yız aylarında daha ağır olsa da, karantin tədbirlərinin mərhələli şəkildə tətbiqi nəticəsində bu gün artıq yoluxma saylarında əhəmiyyətli azalma müşahidə olunur. Payızda test edilən hər 3 nəfərdən birində virus aşkar­lanırdısa, bu nisbət indi 48-in, 43-ün 1-ə arasında dəyişir. Əlbəttə, konkret gedişatı heç kim deyə bilməz. Sadəcə, hazırda ölkəmizdə mövcud olan son dörd aydakı tendensiyanı nəzərə almaqla, yaz aylarında böyük bir dalğanın müşahidə edilməsi ehtimalı gerçək kimi görünmür. Ancaq bu, bizim rahatlanmağı­mız üçün səbəb ola bilməz. Bu, sadəcə, ehtimal olunmur, bəlkə vəziyyət dəyişəcək? Ona görə də insanlar virusdan qorunmaqda davam etməli, verilən tövsiyələrə riayət olunmalıdır.

Mütəxəssislər bildirirlər ki, dünyada hər bir milyon in­sana düşən yoluxma, xəstə sayına, yoluxmanın sürətinə, xəstəxanalarda yataqların doluluq nisbətinə baxdıqda və bu ümumi göstəriciləri ölkəmizlə müqayisə etdikdə, vəziyyətin Azərbaycanda nə qədər müsbət olduğunu görə bilərik. Bu reallığı ifadə etməkdə hər hansı bir şişirtmə yoxdur. Sözsüz ki, bu, virusun həm epide­mioloji vəziyyəti ilə bağlıdır, həm də hər bir bölgənin bəlli dönəmdə dalğa sürəti var. Eləcə də ölkədə bu günə qədər görülən epidemio­loji tədbirlər verilən qərarların bir daha doğru olduğunu göstərir.

Binəqədi rayonundakı 27 saylı poliklinikanın həkimi Ayğün Kərimova hesab edir ki, insanla­rın vaksindən qorxmalarına heç bir səbəb yoxdur: “Hər kəs bu prosesdə iştirak edərək, yal­nız özlərini deyil, ailə üzvlərini, yaxınlarını və cəmiyyətimizi bu bəladan qurtarmağa könüllü olmalıdır. Bir halda ki, vaksinlərin əldə edilməsi uğrunda dünya ölkələri arasında “soyuq savaşgedir, deməli qurtuluş yolumuz vaksindir. Qlobal dünyanın bəlasına çevrilən pandemiyaya son qoymaq üçün, normal həyata qayıdış üçün yeganə çıxış yolu indiki halda yalnız peyvənddir. Peyvənd elmin məhsuludur, hər il yer üzündə milyardlarla uşaq və yeniyetmə peyvənd olunur və nəticədə bir çox yoluxucu xəstəliklər getdikcə tarixə qo­vuşurnadir hallarda kütləvi yoluxma hallarına rast gəlinir. Ölkəmizdə də valideynlər övlad­larını kiçik yaşlardan peyvənd etdirirlər, çünki cəmiyyətdə peyvəndlərə inam illərlə forma­laşıb. Düşünürəm ki, insanlar əyani şəkildə COVID–19-a qarşı vaksinin nailiyyətlərini gördükcə, ona inam daha da artacaqbu proses rutin immunoprofilaktika tədbiri kimi qəbul ediləcək”.

Unutmamalıyıq ki, ilk növbədə, səhiyyə işçilərimizin qorunması, sonrakı mərhələdə isə hüquq-mühafizə orqanlarının heyətinin, müəllimlərin peyvəndlənməsi pro­sesinin başlanıb. Vaksinasiyanın başlanması ilə ölkəmizdə yoluxma zəncirinin ciddi şəkildə qırıla­cağına ümid edə bilərik. Amma vaksinlərin bölüşdürülməsi prose­sinin müəyyən vaxt tələb etməsi və sifarişlərin hissə-hissə ölkəmizə daxil olmasını nəzərə alaraq, bu mərhələdə arxayınlaşmaq olmaz. Peyvəndlərin paylanışı 2021-ci il boyunca davam edəcək və dünya bir anda sosial təcrid tədbirlərinə son qoya bilməyəcək. Çünki hər kəs qorunmayınca, heç kəs qorun­muş hesab oluna bilməz. Bütün dünyada hər gün virusa yoluxma halları, hətta yenidən yoluxma hal­ları da qeydə alınır. Virusun yeni variantları da artıq aşkar olunub. Bu səbəbdən, yaxın keçmişdən öyrənilmiş dərsləri nəzərə alaraq, qeyri-müəyyən vaxtadək fərdi qorunma vasitələrindən istifadəyə davam etməli, maska taxmalı, digər insanlarla aramızda fiziki ara məsafəsi saxlamalıyıq, əllərimizi təmiz saxlamalıyıq.

Qeyd edək ki, ölkələr üzrə vaksinin bərabər paylanışının təmin edilməsi üçün GAVI Alyansı, CepheidÜmumdünya Səhiyyə Təşkilatı COVAX təsisatını yaratdılar. Son 9 ayda paylanış üzrə xüsusi strategi­yalar hazırlandı, elmi maneələr, hüquqi tənzimləyici, maddi-tex­niki məsələlər həll edildi. Beş istehsalçının 2 milyard doza peyvəndi təhvil alındı və fev­ral ayından COVAX tədarükə başlayıb. Lakin son günlərdə COVAX-ın işinə şübhə ilə yana­şanlar oldu, üzv olan dövlətlər lazım olan qədər doza ala bilməyəcəklərini və ya yüksək gəlirli ölkələrin verdikləri vədlərə əməl edib etməyəcəklərini sor­ğulamağa başladılar. Nəticədə ilk peyvəndlər tətbiq olunmağa başlandıqda, ədalətlilik prin­sipi nəzərə alınmadı. ÜST-ün məlumatına əsasən, ən azı 49 daha yüksək gəlirli ölkədə 39 milyondan çox dozada peyvənd tətbiq edildiyi halda, ən az gəlirli bir ölkədə hələ yalnız 25 doza qəbul edilmişdir.

Ekspertlər bildirirlər ki, bəzi ölkələr və şirkətlər ikili müqavilələrə üstünlük verməyə davam edir, keçən il 44 ikitərəfli müqavilə imzalanmışdı və bu il hələlik ən azı 12 müqavilə im­zalanıb. Əksər istehsalçıların öz dozalarını və sənədlərini təsdiq almaq üçün ÜST-ə təqdim etmək əvəzinə mənfəətinin daha yüksək olduğu zəngin ölkələrlə birbaşa əməkdaşlığa üstünlük verməsi vəziyyəti daha da çətinləşdirib. Bu cür yanaşma dünyanın ən kasıb və həssas qruplarından olan insanlarının sağlamlığını risk altına atmaqla yanaşı, sistem özü-özünü məğlub edə bilər.

Ölkəmizdə koronavirusa qarşı vaksinasiya prosesinə yanva­rın 18-dən başlanılıb və proses könüllülük prinsipi ilə uğurla davam etdirilir. Vaksinasiyanın əhəmiyyəti bu infeksiyaya qarşı orqanizmdə immunitetin yaran­masına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ən əsası, ölüm halının qarşısını almaqdan ibarətdir. Azərbaycanın aldığı Çinin Sinovac şirkətinin istehsal etdiyi CoronoVAC vaksini bir neçə ölkədə kliniki sınaqlardan keçirilib və mənfi təsiri aşkarlanmayıb. Prezi­dent İlham Əliyev ölkəmizdə aparılan vaksinasiya ilə bağlı bildirib: “Azərbaycan Cənubi Qafqazda ilk olaraq artıq vaksi­nasiya işlərinə start verdi. Eyni zamanda, yerləşdiyimiz bölgədə Azərbaycan birincilər sırasında­dır. Onun nəticəsidir ki, pandemi­yanın ilk günlərindən işlər düzgün qurulmuşdur, bütün lazımi addımlar atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar qurulmuş­dur. Biz COVAX təşəbbüsünün üzvüyük və COVAX xətti ilə müxtəlif vaksinləri ölkəmizə gətirəcəyik. Eyni zamanda, biz bir neçə şirkətlə vaksinlərin ölkəmizə gətirilməsi ilə bağlı müqavilələr bağlamışıq. Eyni zamanda, biz artıq 4 milyon doz vaksin sifariş etmişik və onların artıq Azərbaycana gəlməsi təmin edilib”.

Hava-damcı yolu ilə ötürülən xəstəliklər sərhəd tanımır, buna görə də dünyadakı son insan qorunmayanadək heç kəs qorunmuş hesab oluna bilməz. Peyvəndlərin bərabər paylanışı sadəcə mənəvi vacib deyil, stra­tejiiqtisadi vacib məsələdir. Beynəlxalq Ticarət Palatası Araşdırma Fondu peyvəndlərin qeyri-bərabər bölüşdürülməsinin nəticələri ilə bağlı iqtisadi araş­dırma aparıb. Belə ki, vaksin “millətçiliyinə” son qoyulmazsa, bu, dünya iqtisadiyyatına 9,2 tril­yon ABŞ dolları dəyərində ziyan vuracaqbunun, təxminən, yarısının – 4,5 trilyon ABŞ dolla­rının ən zəngin iqtisadiyyatların payına düşəcəyi qeyd olunur. ÜST ədalətsiz vaksin bölgüsünün COVID–19-dan ölümlərin sayını ikiqat artıracağını bildirir.

Əfsuslar olsun ki, dövlətlər yüksək səviyyəli görüşlər zama­nı hər zaman həmrəylik, birlik, bərabərlik, “heç kim kənarda qalmasın” prinsipini qəbul edib öhdəlik götürsələr də, reallıqda bunun əksi baş verir. Azərbaycan Prezidenti İlham Əliyev dövlət te­leviziyasına verdiyi müsahibədə, bütün ölkələrin dərman, vaksintibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışı­nın əhəmiyyətini vurğulayıb, bütün ölkələri bu bəlaya qarşı mübarizədə həmrəyliyə çağı­rıb. Dövlət başçısı vaksinlərin bölgüsünə toxunaraq, bu sahədə müəyyən ölkələr arasında baş verən gərginlikdən söz açıb. Bunu müttəfiqlər arasındakı münasibətlərdə olan ziddiyyətlər kimi dəyərləndirib. Avropa İttifaqı (Aİ) ölkələri və Böyük Britaniya­nın NATO-nun üzvləri olduğunu və onların arasında belə qalma­qalın bir çox suallar doğurdu­ğunu vurğulayıb. Bildirib ki, Aİ nümayəndələri Böyük Britaniyanı ittiham edirlər ki, onların istehsal etdikləri vaksinin qeyri-ədalətli bölünməsi ilə bağlı çox ciddi proseslər gedir.

Dövlət başçımız, həmçinin bildirib ki, mən sədrliyi öz üzərimə götürərkən Azərbaycanın beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyinə, bütün üzv ölkələrin maraqlarını müdafiə edəcəyinə söz vermişdimbiz bunu edirik. Biz özümüzü bu sahədə də məsuliyyətli ölkə kimi aparırıq və bundan sonra da öz səsimizi daim ucaldacağıq. Çünki istisna edilmir ki, bundan sonra vaksinlər uğrunda mübarizə daha da kəskinləşəcək və bu, çox faciəvi fəsadlara gətirib çıxara bilər.

 

Zərifə BƏŞİRQIZI

Xalq qəzeti 2021.- 13 fevral.- S.9.